Zakir bayramli


Baçarıqlı və qabaqcıl müəllim Nurbala Quliyev 50 il



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə153/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   149   150   151   152   153   154   155   156   ...   348
2018-997

Baçarıqlı və qabaqcıl müəllim Nurbala Quliyev 50 il 
pedaqoji sahədə çalışıb. 
Çəkdiyi bu zəhmət ona nəinki Dəvəçidə, 
(indiki Şabranda) hətta respublikamızda da böyük şöhrət qazandırıb. 
Onun dərs dediyi məzunlar bu qocaman, fədakar pedaqoqa həmişə 
başıucalığı gətiriblər. 
O, səmərəli əməyinə görə Azərbaycan 
Respub
likası Maarif Nazirliyinin, Təhsil İşçilərinin Respublika 
Həmkarlar İttifaqı Komitəsinin Dəvəçi RK-nın, eləcə də SSRİ 
Maarif Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunub. 1970-ci 
ildə V.İ.Leninin anadan olmasının 100 illik yubileyi 
münasibətilə “Turist putyovkası” ilə mükafatlandırılıb. Rayon 
zəhmətkeşləri N.Quliyevin fədakar əməyini nəzərə alaraq onu 
iki dəfə Rayon Sovetinə deputat seçiblər. 
Lakin vaxt 
sürətlə ötür, o qocalırdı. Ürəyində çoxdan baş 
qaldıran, ancaq çox insanlardan gizli saxladığı bir arzunu isə hələ 
peallığa çevirə bilməmişdi. Ancaq bu onun qəlbində qoruduğu
bəslədiyi təxminən 60 illik bir istək və arzu idi. Həmin altımış ildə 
tariximizə aid tədqiq etdiyi, araşdırdığı faktları, topladığı 
məlumatları o, ayrıca kitab halında çar etdirmək istəyirdi. Nəhayət, 
taleyi 2005-
ci ildə Nurbala Quliyevin üzünə güldü. 
Onun “Bura 
Gülüstani-
İrəm torpağıdır” adlı həmin tarixi əsəri “Şuşa” 
nəşriyyatında çap olunaraq işıq üzü gördü

Nurbala müəllim bacarıqlı müəllim, yüksək ziyalı olmaqla 
bərabər, həm də mehriban və səmimi ailə başçısı idi. Onun xoş 
danışığı, gözəl rəftarı, təmiz işi və saf əməlləri bu ailədə hamıya 
nümunə idi. Ailənin 9 övladı, 23 nəvəsi, 4 nəticəsi demək olar ki, 
Nurbala 
müəllimin təlim-tərbiyə məktəbindən mənəvi qida alıb. 
10 oktyabr 2010-
cu ildə hörmətli müəllimimiz Nurbala Quliyev 
82 yaşında haqq dünyasına köçdü. Həyatdan və işdən zövq almağı 
bacaran saf qəlbli bu insan mənim rayonda tanıdığım onunla 
həmyaş olan müəllimlərdən ən çox yaşayanı oldu. Ancaq o, 
dünyadan köçsə də, sanki bu gün də qohum-əqrəbanın, dostlarının 
və iş yoldaşlarının, keçmiş şagirdlərinin xatirəsində yaşayır. Onun 
həm şirin, həm duzlu, həm də məzəli söz-söhbəti o qədər təsirli olub 
ki, 
hələ də bu günə qədər yaddaşlardan silinmək bilmir. 


229 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə