Zakir bayramli


Baba Muradəliyevin səmərəli pedaqoji fəaliyyəti dövləti-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə149/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   145   146   147   148   149   150   151   152   ...   348
2018-997

Baba Muradəliyevin səmərəli pedaqoji fəaliyyəti dövləti-
miz tərəfindən layiqincə qiymətləndirilib. Ona “Qabaqcıl 
maarif xadimi” 
və “SSRİ maarif əlaçısı” fəxri adları verilib. 
İkinci Dünya müharibəsində fəal iştirak etdiyinə görə bir sıra 
orden və medallarla təltif olunub. 
Baba müəllim gözəl və mehriban, səmimiyyəti ölçüyə gəlməyən 
bir ailə başçısı idi. O, dörd övlad atası olub. Onlardan biri dünyasını 
dəyişib. Üç övladı: oğlanları Azad və Nazim, qızı Turac təhsil 
fədaisi olmuş atalarının peşə yolunun davamçısıdırlar.
Mehriban və dəyərli müəllimimiz, sədaqətli iş yoldaşımız, uzun 
illərin sınaqlarından keçmiş dostumuz və səfər yoldaşımız Baba 
müəllim 1994-cü ildə uzun sürən ağır xəstəlikdən sonra 70 yaşında 
dünyasını dəyişdi. Ancaq o vaxtdan 22 il ötsə də, hələ də bu gözəl, 
qay
ğıkeş və bacarıqlı təhsil işçisinin parlaq və əziz xatirəsi onu 
tanıyan insanların yaddaşından silinmək bilmir. Keçən vaxt ərzində 
onun nurlu,
daim gülümsəyən çöhrəsi, duzlu- məzəli söz-söhbəti 
azacıq da olsa unudulmayıb. O, yenə də ailəsinin, keçmiş iş 
yoldaşlarının, dostlarının, ən başlıcası isə keçmiş şagirdlərinin söz- 
söhbətlərində xatırlanır, yad edilir və ruhuna dualar oxunur. Allah 
rəhmət eləsin! 
 
 


224 
NURBALA 
QULİYEV – VƏTƏNİMİZİN ŞANLI TARİXİNİ 
BİZƏ SEVDİRƏN PEDAQOQ 
 
H
ər gün dona girir bu zalım fələk,
Yazıq insanlara gəlir min kələk. 
H
ərəni bir yolla aparır tək-tək,
Paltarı soyunub geyirlər kəfən,
N
ə deyim Fələyə, ah nə deyim mən! 
 
Mən hər dəfə hörmətli pedaqoq Nurbala müəllimi xatırla-
yanda tez 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə