|
Zakir bayramliŞabran rayon təhsilinin aparatında 40 ildən artıq çalışmış2018-997
Şabran rayon təhsilinin aparatında 40 ildən artıq çalışmış
yeganə şəxs kimi mən iş prosesində müxtəlif vaxtlarda rayonda
işləyən əksər müəllimlərlə az-çox halda görüşmüş və işlə bağlı
daim onlarla
ünsiyyətdə olmuşam. Həmin insanlarda olan müsbət
keyfiyyətlərin canlı şahidi olmuş, onsuz da möhkəm olan yadda-
şımda bu keyfiyyətlərin siyahı əsasında şifahi olaraq sanki
”şifrələnmiş”və onların uçotunu aparmışam.Əldə etdiyim həmin
məlumatları yaddaşımın arxivində hələ də saxlamışam . Lakin bu
insanlar arasında Baba müəllim kimi hərtərəfli inkişaf etmiş,
çoxlu sayda
yaxşı xüsusiyyətləri özündə birləşdirən ikinci insan
görməmişəm. O, hərtərəfli yetişmiş ziyalı, öz hərəkətlərini ciddi
nəzarətdə saxlamağı bacaran çox mədəni bir şəxsiyyət idi. O,
kimdənsə qeybət etməyi, kiminsə ardınca danışmağı sevməzdi.
Onun s
özündə-söhbətində o qədər şirinlik, dərin məna və məntiq
var idi
ki,.. Sanki bu insanın qarşısındakı tərəf müqabilini xoşbəxt
insan saymaq olardı. Çünki o, elə bil öz sözündə-söhbətində acı və
pis əhval- ruhiyyə yaradan, bir sözlə, yoldaşın qəlbini qıran
sözlərdən tamamilə imtina etmişdi. Paxıllıq və kin nə olan şeydir,
ömrü boyu o,
bilməzdi.
Baba müəllim ailədə də özünü çox səmimi və mehriban
aparırdı. Bir neçə dəfə bunun şahidi olmuşdum. Ailə içində də o,
böyük hörmətə və nüfuza malik idi. Bütün övladları və ömür- gün
yoldaşı Tamara xanım daim qulluğunda durur, onun üçün lap “
əldən-ayaqdan” gedərdilər.
Dostları ilə paylaş: |
|
|