Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə143/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   139   140   141   142   143   144   145   146   ...   348
2018-997

dəfələrlə Azərbaycan KP 
Dəvəçi RK-ya üzv seçilib, Dəvəçi rayon və şəhər sovetinin 
deputatı olub. 
Tamara müəllimin Vətən qarşısında göstərdiyi xidmətlər 
həmişə öz dəyərli qiymətini alıb. 
Dövlətimiz tərəfindən
o, 
“Qafqazın müdafiəsinə görə”, ”1941-1945-ci illərdə Faşist 
Almaniyası üzərində qələbəyə görə” və “Əmək veteranı” 
medalları ilə təltif olunub. Səmərəli əməyinə görə bir çox fəxri 
fərmanlara və pul mükafatlarına layiq görülüb.
Şərəflə və ləyaqətlə 45 illik əmək fəaliyyətini başa vuran 
Tamara xanım 1985-ci ildən təqaüddə idi. 1999-cu ildə 77 yaşında 
o, dünyasını dəyişdi. Lakin vəfatından 32 il keçsə də, sevimli 
müəllimimiz, gözəl insan Tamara Qasımova əzizləri, xüsusilə iş 
yoldaşları və dərs dediyi məzunlar tərəfindən bu günə kimi 
unudulmamış, tez-tez xatırlanır və yad edilir. 



218 
BABA 
MURADƏLİYEV- MÜƏLLİMİM, DOSTUM,
HƏM DƏ ETİBARLI SƏFƏR YOLDAŞIM
 
V
ədə yetişəcək, gün gələcəkdir,
Zakir d
ə dünyanı tərk edəcəkdir. 
Yasın saxlayacaq, el deyəcəkdir: 
Şair, xatirəni yaşadır Vətən,
N
ə deyim Fələyə, ah nə deyim mən! 
 
Baba müəllim mənim yaxın qonşum idi. O, Dəvəçi (indiki 
Şabran) şəhər Tofiq Abbasov adına orta məktəbinin VI-VIII 
siniflərində oxuyarkən müəllimim, sinif rəhbərim, dərnək və 
ekskursiya rəhbərim olub. Lakin məktəbdə onun vəzifəsi bu kimi 
işləri yerinə yetirməklə bitmirdi. O, məktəbimizin tədris hissə 
müdiri olmaqla yanaşı məktəbdə keçirilən bir çox ictimai işlərin 
mahir təşkilatçısı və aparıcısı idi. Bundan əlavə məktəbdə siyasi 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə