Zakir bayramli


Ancaq  müdirimiz Tamara müəllimə məndən əl çəkmək



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə142/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   138   139   140   141   142   143   144   145   ...   348
2018-997

Ancaq 
müdirimiz Tamara müəllimə məndən əl çəkmək 
istəmirdi. Elə bil kimsə məni ona yaman tərifləmişdi. Hey deyirdi 
ki, “Öldü var, döndü yoxdur”. Ya müdir işindən çıxacağam, ya da 
sən bu şöbədə mənim baş mühasibim olmalısan. Çox qaçıb 
gizləndim, aradan çıxdım ki, bəlkə bu məsələ unudula, mən 
yaddan çıxam. Gördüm yox “ Daş qayaya rast gəlib”. Rəhbərliyin 
yeni təyinatı ilə razılaşmasam əvvəlki işimi də itirə bilərəm- deyə 
öz-
özümə fikirləşdim. Nəticədə çarəsiz qalıb razılıq verdim. 
Tamara müəllimə ilə mehriban ana-bala kimi onun son müdir 
olduğu günlərədək işlədik. Həmin dövr ərzində rayon RXMŞ-nə 
cavabdeh olan 
birinci və ikinci məsul şəxslər kimi ikimiz də öz 
vəzifəmizin öhdəsindən layiqincə gəldik. 
Yaddaşımda Tamara müəllimin bu məktəbin tikintisi, açılışı,
rayonda ən nəhəng təhsil ocağına rəhbərlik etməsi və digər 
məsələlərlə bağlı çoxlu maraqlı söz- söhbətim var. Ancaq bu 
kitabın həcmi onların hamısını yazmağa imkan vermir. Ona görə 
də sözümə yekun vuraraq bu yazımın zərif, lakin cəsur 
qəhrəmanı, fədakar təhsil işçisi Tamara xanımın həyat və əmək 
salnaməsi ilə sizi yaxından tanış etmək istəyirəm: 
Tamara Əhmədağa qızı Qasımova 
10 fevral 1922-
ci ildə Quba şəhərində 
ziyalı ailəsində dünyaya göz açıb.
Atası Əhmədağa kişi dövrünün ən 
fəal ziyalılarından olub. Gürcüstanda 
Qori seminariya
sında təhsil alıb. Keçən 
əsrin 30-cu illərində bir müəllim kimi 
respublikamızda savadsızlığın ləğvi ilə 
əlaqədar maarifləndirmə işlərində yaxın-
dan iştirak edib. Sonralar o, Quba, 
Naxçıvan və Bakı şəhərlərində ticarət sistemində rəhbər vəzifələrdə 


216 
çalışıb. II Dünya müharibəsinin fəal iştirakçısı olub. Orada şiddətli 
döyüşlərin birində həlak olub. 
T.
Qasımova ilk təhsilə Quba şəhərində başlayıb. Sonralar o, 
atası Əhmədağanın xidməti işi ilə əlaqədar olaraq təhsilini Naxçı-
vanda 
davam etdirib. Orta təhsilin qalan hissəsini Bakı şəhərindəki 
174 saylı orta məktəbdə alıb. Və 1939-cu ildə oranı bitirdiyinə görə 
ona 
kamal attestatı verilib. 
Gənc Tamaranın arzuları böyük idi. Elə bu arzularla da təhsil 
sənədlərini Azərbaycan Sənaye İnstitutuna (indiki Azətrbaycan Neft 
Akademiyasına) təqdim edib. Qəbul imtahanlarını uğurla başa 
vurduğuna görə o, həmin ali məktəbə daxil olub və orada təhsil 
almağa başlayıb. 
Laki İkinci Dünya müharibəsi başladığına görə 1942-ci ildə 
20 yaşlı Tamara Azərbaycan SSR Nazirlər Sovetinin hərbi səfər-
bərlik haqqında qərarına əsasən Bakının indiki Yasamal rayonundan 
hərbi xidmətə çağırılaraq döyüş cəbhəsinə göndərilib. O, 1903 saylı 
Artilleriya Alayında radioteleqrafçı vəzifəsində qulluq edib. Müha-
ribə qurtardığına görə 23 iyul 1945-ci ildə kapitan rütbəsində ordu 
sıralarından tərxis olunub. 
Müharibə cəbhəsindən evə buraxılan Tamara xanım əvvəlcə 
Azərbaycan Politexnik İnstitutunun hərbi kafedrasında, sonra isə 
Azərbaycan Pedaqoji İnstitutunda laborant vəzifəsində işləyib. 
1950-
ci ildə ali təhsil almaq məqsədi ilə təhsil sənədlərini ali 
məktəbin tələbə qəbulu komissiyasına təqdim edib. O, imtahan-
lardan uğurla keçərək APİ- nin coğrafiya fakültəsinə qəbul olunub . 
1954-
cü ildə oranı bitirib. Azərbaycan SSR Maarif Nazirliyi tərə-
findən T.Qasımovanın işləmək üçün təyinatı Dəvəçi rayonuna 
göndərilib. O, bir müddət Dəvəçi qəsəbə S.M.Kirov adına orta 
məktəbdə coğrafiya müəllimi işləyib. 
Yüksək savadı, təcrübəsi və təşkilatçılıq bacarığı nəzərə 
alınaraq T.Qasımova 1955-ci ildə Dəvəçi Rayon XMŞ-nin Metod-
kabinəsinin müdiri vəzifəsinə irəli çəkilib. O, bu məsul vəzifənin 
öhdəsindən layiqincə gəlib. Rayonda təhsilin səviyyəsinin artma-
sında, qabaqcıl təcrübənin rayon məktəbləri arasında yayılmasında 
xüsusi əmək sərf edib. 
1967-
ci ildə isə o, ciddi ehtiyaca görə Dəvəçi şəhər 3 №-li 


217 
səkkizillik məktəbinə tədris hissə müdiri vəzifəsinə təyin olunub. 
1970-
ci ildə Azərbaycan KP Dəvəçi Rayon Komitəsi Azər-
bay
can SSR Maarif Nazirliyinin razılığına əsasən Tamara Qasımo-
vanı rayonda ən məsul vəzifələrdən birinə - rayon Xalq Maarif 
Şöbəsinə müdir vəzifəsinə göndərib. O, bu məsul və çətin vəzifədə 
3 il qüsursuz 
işləyib. 1973-cü ildə öz xahişi ilə həmin vəzifədən 
azad olunub. Və bu gün 45 illiyini qeyd etdiyimiz indiki Şabran 
(
keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman 
Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb- liseyə
 
direk-
tor
u vəzifəsinə təyin olunub. 1973-1978-ci illərdə həmin məktəbə 
bacarıqla rəhbərlik edib. 1978-1985- ci illərdə isə həmin məktəbdə 
coğrafiya müəllimi işləyib. 1985-ci ildə o, yaşa görə təqaüdə çıxıb. 
T.Qacımova müəllimlik peşəsi ilə yanaşı rayonun ictimai 
işlərində də fəal iştirak edirdi. O, 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə