Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə141/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   137   138   139   140   141   142   143   144   ...   348
2018-997

Nazirliyinin 
kollegiya iclasının qərarına əsasən işdən azad 
olunmuşdu. Qərara uyğun olaraq şöbədə və rayonun ümumtəhsil 
məktəblərində başqa kadr dəyişilikləri də həyata keçirilmişdi. Bu 
azmış kimi həmin ilin son günlərində kadr təzələnməsi proseduru 
hətta şöbənin mərkəzləşdirilmiş mühasibatlığına da keçdi. 
Rayonun rəhbər orqanına gedən şikayət əsasında əvvəlki baş 
mühasib qəflətən dəyişdirildi. Məni RXMŞ-nin əmrilə müvəqqəti 
olaraq 
baş mühasib əvəzi təyin etdilər. 
O ildə mən D.X.Bünyadzadə adına Azərbaycan Xalq 
Təsərrüfatı İnstitutunda uçot-iqtisad fakültəsinin qiyabi şöbəsinin 
III kursunda uğurla təhsil alırdım. Ovqatım çox şən idi. 
Mühasibatlıqda da işlərim pis getmirdi. Şöbənin ikinci mühasibi 
kimi çətin bir vəzifənin öhdəsindən layiqincə gələ bilirdim. Lakin 
işlər mən dediyim kimi olmadı, vəziyyət birdən-birə dəyişildi. Məni 
indi yüksək məsuliyyətin altına salmaqla irəli çəkmək istəyirdilər. 
RXMŞ-nin baş mühasibini əvəz etdiyim 3 ay ərzində mənə 
dəfələrlə həmin vəzifəyə daimi keçmək təklif olunmuşdu. Ancaq 
bu tezkən belə yüksək vəzifədə işləmək təklifi mənim heç yuxuma 


215 
da girməmişdi. O dövrlərdə Siyəzən rayonu da Dəvəçinin tərkibinə 
daxil idi. Hələ RXMŞ kimi nəhəng təşkilatda ikinci rəhbər məsul 
vəzifə tutmaq üçün özümü çox gənc hesab edirdim. Əsgərlikdən 
də üçüncü il idi ki, tərxis olunmuşdum. Sözün qısası, mənim baş 
mühasib olmaq fikirim yox idi, arzularım başqa-başqa və daha 
böyük idi. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə