Zakir bayramli


- ci ildə Dəvəçi şəhər 5 nömrəli məktəbə



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə137/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   133   134   135   136   137   138   139   140   ...   348
2018-997

1971-
ci ildə Dəvəçi şəhər 5 nömrəli məktəbə 
direktor təyin olunub 
və bir il bu təhsil ocağına uğurla rəhbərlik 
edib. 
Azərbaycan KP Dəvəçi Rayon Komitəsinin, rayon XMŞ- nin 
və Azərbaycan SSR Maarif Nazirliyinin rəsmi razılığı ilə o, 
1972-ci 
ilin sentyabrında yeni tikilib istifadəyə verilmiş Dəvəçi şəhər

№-li orta məktəbə direktor vəzifəsinə irəli çəkilib. 
İsbat İsaqov 2 №-li orta məktəbdə - müəllim və direktor 
işlədiyi vaxtda məktəbin yeni ixtisaslı kadrlarla təmin olunması 
məsələsinə, məktəbin daxili tərtibatına, istilik sisteminin qaydaya 
salınmasına xüsusi diqqət yetirib. Bundan əlavə o, yeni açılmış 
təhsil müəssisəsində qarşıya çıxan çoxlu sosial və tədris xarakterli 
problemlərlə yanaşı bu təhsil ocağında yüksək keyfiyyətli, riyaziy-
yat elminin 
bütün tələblərinə cavab verən bilikli və bacarıqlı 
riyaziyyatçılar dəstəsinin yetişditilməsi kimi böyük məsulliyyət 
tələb edən bir işin bünövrəsini qoyub. Və elə bu sahədə irəliyə 
doğru atılan ilk addımlardan başlayaraq həmin vəzifənin öhdəsindən 
layiqincə və uğurla gələ bilib. 1973-cü ilin oktyabr ayına kimi o, bu 
məktəbə rəhbərlik edib. 
Lakin 
İsbat müəllim bütün canı və qanı ilə riyaziyyat elminə 
bağlı olduğu üçün həmin məktəbdə ixtisası üzrə müəllim işləməyə 
üstünlük verib. 1983-
cü ilə kimi, yəni düz on il bu məktəbdə riyya-
ziy
yat fənnini tədris edib. Bu fənni dərs dediyi bütün şagirdlərinə 
sevdirə bilib, onları əsl riyaziyyatçı kimi yetişdirməyə nail olub. 
Elə bu səbəbdən də o, nəinki Dəvəçi rayonunda, hətta qonşu 
rayonlarda və respublikamızın mərkəzində belə yüksək hörmətə və 
nüfuz
a malik bir müəllim kimi şöhrət qazanıb. Həmin illərdə dərs 
dediyi 
çoxlu sayda məzunların respublikamızın və xarici ölkələrin 
ali məktəblərinə qəbul olunması onun hörmətini daha da artırıb. 
İsbat müəllimin nəinki rayonumuzda, eləcə də respublika 
miqya
sında artan nüfuzu, onun məktəbdə riyaziyyatın tədrisində 
əldə etdiyi uğurlu nəticələr rayonun rəhbər təşkilatlarının diqqətin-
dən yayınmayıb. Ona görə də Azərbaycan KP Dəvəçi Rayon 
Komitəsi ciddi ehtiyaca görə onu şəhərimizdə təhsilin beşiyi sayılan 
Dəvəçi şəhər M.Nəzirov adına 1 nömrəli natamam orta məktəbə 
direktor 
vəzifəsinə göndərib. İsbat müəllim bu məktəbdə müəllim 
və direktor işlədiyi dövrdə də rayonda yaradılmış riyaziyyat məktə-


212 
binin 
tədris uğurlarını bu təhsil müəssisəsində davam etdirib. 
İ.İsaqov Dəvəçi şəhər M.Nəzirov adına 1 nömrəli natamam 
orta məktəbdə 10 il direktor vəzifəsində çalışıb. 1993-cü ildə həmin 
məktəb orta məktəbə çevirildiyinə görə o, səhhəti ilə əlaqədar ola-
raq bu vəzifədə işləməkdən imtina edib. Və ərizəsinə görə həmin 
vəzifədən azad olunaraq çalışdığı məktəbdə ixtisasına uyğun müəl-
lim saxlanılıb. 1993-cü ildən 1995-ci ilə qədər İsbat müəllim Dəvəçi 
şəhər M.Nəzirov adına 4 № -li orta məktəbində riyaziyyat müəllimi 
işləyib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə