Zakir bayramli


yüksək bacarığa və zəngin pedaqoji təcrübəyə malik olan bir təhsil



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə136/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   132   133   134   135   136   137   138   139   ...   348
2018-997

yüksək bacarığa və zəngin pedaqoji təcrübəyə malik olan bir təhsil 
işçisi və gözəl ailə başçısı idi. Bu insanın təlatümlü, bənzərsiz 
həyatı, həm zəhmət, həm fərəh doğuran iş fəaliyyəti haqqında bir 
kitab yazmaq olar. Lakin əfsus ki, məktəb-liseyin zəngin, 
uğurlarla dolu 45 illik tarixinə həsr edilmiş bu kitabda həmin 
təhsil məbədində işləmiş, açığını desək can qoymuş, var gücünü, 
biliyini, bacarığını, gözünün nurunu təhsil kimi mühüm strateji,
dövlət və xalq üçün mühüm əhəmiyyətli işə həsr etmiş digər 
müəllimlərdən də söz açmağa, onlardan da yazmağa müəllifin 
ciddi 
ehtiyacı vardır.
Ona görə də, istəkli oxucularım, mən söhbətimə yekun 
vurmağa qərar verdim. İndi isə gəlin haqq dünyasına qovuşmuş, 
lakin hələ bu gün də unudulmayan, heç vədə yaddaşlardan 
silinməyən bu yazının qəhrəmanı gözəl insan, hörmətli pedaqoq, 
mənim orta məktəb müəllimim İsbat müəllimin həyat və əmək 
fəaliyyəti ilə bir qədər sizi yaxından tanış edim:
İsbat Polad oğlu İsaqov 1930-cu ildə 
Şabran (keçmiş Dəvəçi) rayonunun ən 
səfalı guşələrindən sayılan Nohurlar 
kəndində dünyaya gəlib. 
Atası Polaq İsaq oğlu Məmmədov 
1898- 
ci ildə həmin kənddə anadan olub. 
Çox səfalı, göllər diyarı olan dağ kəndi 
Nohurların qoçaq və cəsur, sayılıb-seçilən 
sakinlərindən biri kimi yadda qalıb. Polad 
kişi həm kənddə dövlət quruculuğunun 
möhkəmlənməsində, həm də yeni kolxoz 
qurulu
şunun yaradılmasında böyük səy 
göstərib. 1968-ci ildə 70 yaşında dünyadan köçüb. 
İsbat İsaqov ilk təhsilə 1937-ci ildə yaşadığı Nohurlar kənd 
orta məktəbinin I sinfindən başlayıb. Bu məktəbdə 10 il oxuyaraq 
1947-
ci ildə yüksək təhsil nəticələri ilə həmin orta ümumtəhsil 
müəssisəsini bitirib. Orta məktəbdə oxuduğu illərə aid xatirələrində 
İsbat İsaqov nəql edərdi ki, kənd məktəbində təhsil alarkən bütün 


210 
dərslərinin, xüsusilə riyaziyyat fənninin dərindən öyrənilməsində 
əmiləri Güləli və Yunic müəllimlər onun üçün böyük zəhmət 
çəkiblər.
Oxuduğu kənd orta məktəbin ən nümunəvi şagirdlərindən 
olan gənc İsbatın hələ VI-VIII sinifdə oxuyarkən qəlbində riyaziy-
yatçı olmaq istəyi baş qaldırmışdı. Onun bu arzusunu əmiləri ilə 
yanaşı, atası Polad kişi də dəstəkləmişdi. 
Nəhayət ürəyi hədsiz istək və arzular həyəcanı ilə coşub-daşan 
gənc İsbatın taleyi üzünə gülüb. 1947-ci ildə o, Bakıya gedərək 
orada 
APİ-nin hazırlıq kursunda təhsil alıb. Kursu müvəffəqiyyətlə 
başa çatdırıb. Sonra isə təhsil sənədlərini Azərbaycan Dövlət 
Pedaqoji İnstitutunun tələbə qəbulu komissiyasına təqdim edib. 
Qəbul imtahanlarından yüksək qiymət aldığına görə həmin ali 
məktəbin fizika-riyaziyyat fakültəsinin tələbəsi adını qazanıb.
İsbat İsaqovun tələbəlik illəri elə ilk aylardan çox uğurlu və 
ürək açan olub. O, təkcə gündəlik mühazirələri dinləməklə 
kifayətlənməyib. Tələbə elmi cəmiyyətində, bilik yarışmalarında, 
riyaziyyat 
gecələrində yeni-yeni təkliflərlə çıxış edib. Ali məktəbin 

təbər idman tədbirlərinin də fəal iştirakçısı olub. Öz zəhmətilə 
q
ısa zaman kəsiyində oxuduğu ali məktəbin müəllim- professor 
heyətinin və tələbə yoldaşlarının sevimlisinə çevirilib. 
1952-
ci ildə gənc İsbat ali məktəbi böyük təhsil uğurları ilə 
başa vuraraq ali təhsil haqqında diplom almağa nail olub. 
Azərbaycan Respublikası Maarif Nazirliyi onun təyinatını doğma 
yurdu 
Dəvəçi rayonuna verib. O, əvvəlcə keçmiş S.M.Kirov adına 
Dəvəçi qəsəbə, sonra isə Pirəbədil kənd orta məktəblərində 
riyaziyyat müəllimi kimi çalışıb. 
Dəvəçi rayonunda ən tanınmış bu iki məktəbdə pedaqoji əmək 
fəaliyyətini davam etdirən İsbat müəllim rayonda ürəyində çoxdan 
götür-
qoy etdiyi yeni riyaziyyat məktəbi yaratmaq kimi yeganə və 
möhtəşəm arzusunu reallaşdırmaq fikirinə düşüb. O, öz doğma ixti-
sası olan riyaziyyat fənnini təkcə işlədiyi məktəblərdə deyil, bütün 
rayon səviyyəsində inkişaf etdirmək istəyib. Bunun üçün o, müxtəlif 
planlar qurub, yeni layihələr düşünüb- daşınıb. Məqsədinə çatmaq 
üçün 
əlindən gələni əsirgəməyib. Gələcəkdə yorulmaz pedaqoji 
fəaliyyətində o, bu möhtəşəm arzusuna və istəyinə çata bilib. 


211 
İsbat müəllim 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə