|
Zakir bayramliyüksək dərəcəli təssübkeşi olmuşdur2018-997yüksək dərəcəli təssübkeşi olmuşdur.
İsbat İsaqov sözün həqiqi mənasında Şabran (keçmiş
Dəvəçi) rayonunda güclü riyaziyyat məktəbinin təməl daşını
qoyan insanlardandır. Bu təhsil fədaisi dərs dediyi məktəblərdə və
dərsdən kənar məşğələlərdə riyaziyyat fənnini böyük canıyana-
lıqla, yüksək peşəkarlıqla, yeni və mütərəqqi dərs üsulları ilə
böyük həvəs və ürəklə tədris etmişdir. Onun bu fənnin tədrisi ilə
bağlı açdığı və bildiyi bir çox sirləri dərs dediyi şagirdlərə yüksək
peşəkarlıqla öyrətməsi mənə onu belə adla adlandırmağa əsas
verir. Bir sözlə, o illərdə İsbat İsaqovun tükənməz səyi, təşkilat-
çılığı və yaxından rəhbərliyi ilə rayonumuzda böyük riyaziy-
yatçılar dəstəsinin yetişdirilməsi kimi məsul və dövlət əhəmiyyətli
iş həyata keçirilib.
İsbat müəllimi mənə sevdirən və ona qırılmaz tellərlə
bağlayan bir cəhəti də onun orta məktəbdə VI-VIII siniflərdə
oxuyarkən mənə rəsmxət fənnindən dərs deməsi olub. Açığını
deyim ki, mən hələ yeniyetmə çağlarımda şagird partasında
oturan dövrlərdən onun biliyinə, bacarığına, səbrinə və dərsi bö-
yük həvəslə, ustalıqla, yüksək dirijorluqla və vətənpərvərliklə, özü
də nəzərə çarpacaq dərəcədə canıyananlıqla tədris etməsinə valeh
olmuşdum. Onun sinifdə dəqiq elmləri ürək coşqusu, böyük istək
və sevgi ilə, yüksək maraqla, yeni tədris metodlarına əsasən izah
etməsi və tədris işini uğurla həyata keçirməsi məni elə şagird
209
olduğum vaxtlardan ovsunlamışdı.
O, rayonumuzda riyaziyyat elminin mahir bilicisi, peşəkar,
Dostları ilə paylaş: |
|
|