201
və b. adını bildirən dil vahidi, səs toplusu ilə işarəni bildirən məna
əlaqəsi və vəhdəti kimi başa düşülür.Leksik və qramatik cəhətdən
mənanı özündə əks etdirən söz müəyyən nitq hissəsinə aid olur.
Sözün dəyəri onun məna və məzmunu ilə ölçülür.
Söz haqqında mən öz publisistik əsərlərimdə çox yazmışam.
Onun insan həyatında nə qədər müsbət və mənfi rolu olduğunu ata-
lar sözləri, rəvayətlər, lətifələr, digər şifahi və yazılı ədəbiyyat nü-
mu
nələri və öz yazdığım şeirlər vasitəsi ilə çox açıqlamışam. Düz-
dür,
bəzi peşələr var ki, məsələn: həkim, müəllim, hüquqşünas və
digər iş sahələrində sözün işlədilməsində ehtiyatlı olmaq vacıbdir.
Lakin həmin peşələrdən heç də geri qalmayan jurnalistika sahəsində
deyilən və ya mətbuata yazılan sözün,cümlənin təsir qüvvəsi heç də
yuxarıda saydığım peşələrdəkindən az əhəmiyyətli deyildir.
Rayonumuzda
sözün və səsin sehrilə 80 illik ömür yaşamış
gözəl insanlardan biri də Mürsəl Muxtar oğlu Balayevdir.
Mürsəl Balayev 1937-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonu-
nun
Çölquşçu kəndində anadan olub. Atası Muxtar Şirin oğlu
Balayev
rayonun Çölquşçu kəndində böyüyüb, boya-başa çatıb.
Son
ralar Dəvəçiyə köçüb. Daxili Qoşunların Xüsusi Təyinat dəstə-
sində xidmət edib. Rayon Milis Şöbəsində işləyib. 1982-ci ildə 82
yaşında vəfat edib.
Anası Meyva Ağası bəy qızı ilahiyyatçı olub. Rayonda ibtidai
dini təhsil alıb. Qurani-Kərimi yaxşı oxumağı bacarırmış. Onun
yanıqlı səsi o qədər həzin və məlahətli olub ki, Yasin surəsini
oxumasını eşidənlər göz yaşını saxlaya bilmirlərmiş. Lakin kiçik
Mürsəl ana nəvazişini çox erkən yaşlarında itirib. O, 9 yaşında
olanda anası 35 yaşlı Meyva xanım vəfat edib.
Dostları ilə paylaş: