səmimi bir müəllim kimi bizi bağışlamağı bacardığınıza görə siz
dünyamızı bəzəyən yeganə insansınız. Allah sizi 100 yaşatsın.Siz
bizə çox lazımsınız, mənim əziz dostum!
Mürsəl müəllimin uşaqlıq illəri çox çətin və əziyyətli keçib.
Bir yandan
müharibə, sonra isə anasız keçən uşaqlıq,yeniyetməlik
və gənclik illəri...
İllər ötüb, tamam unudulmasa belə, illərin ağrı-acısı arxada
qalıb. Mürsəl Balayev ali təhsil pillələri ilə addımlamağa başlayıb.
Əvvəlcə qiyabi yolla Azərbaycan Dövlət Universitetində, sonra isə
Bakı Ali Partiya Məktəbində əyani təhsil alıb. Sonuncu ali məktəbi
rus dilində olmaqla fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə
Beynəlxalq Mühazirəçilər Məktəbini bitirib. Yetmişinci illərin
əvvəllərində iki il Azərbaycan KP Dəvəçi Rayon Komitəsində
təlimatçı işləyib. 1974-cü ildə “Qurucu” qəzetinə redaktor müavini
göndərilib. Burada 7-8 il ədəbi işçi və şöbə müdiri vəzifələrində
işləyib. Sonra uzun illər redaktor müavini və redaktor vəzifələrində
çalışıb.
Dörd çağırış üzrə şəhər sovetinin deputatı, üç konfrans-
da isə Azərbaycan KP Dəvəçi Rayon Komitəsinə üzvlüyə
203
namizəd seçilib.
20 il içtimai əsaslarla Rayon Xalq Nəzarət Komitəsinin sədr
müavini olub.
Uzun müddətli səmərəli əmək fəaliyyətinə görə “Əmək
veteranı” medalı ilə təltif edilib. SSRİ Jurnalistlər İttifaqının və
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mürsəl müəllimin ailə arxivini bəzəyən qəzetlər toplusundakı
rəngarəng yazılarını,yüksək Dövlət və hökümət mükafatlarını,
onlarla
fəxri fərmanları, zaman-zaman ona ünvanlanan səmimi
təbrikləri və təşəkkür məktublarını seyr etdikcə, bir jurnalist
ömrünün
heç də hədər keçmədiyini, onun nələrəsə nail olduğunu bir
daha görür
və hiss edirsən.
Mürsəl müəllimi mən 50 ildən artıqdır ki, tanıyıram. Dediyi
və yazdığı sözün məsuliyyətini dərk edən yetkin bir ziyalıdır Mürsəl
müəllim. Danışığında, söz-söhbətində o qədər məntiq və məna var
ki, hər oğulun işi deyil onda səhv tapsın. Çox danışmağı,qeybəti
sevmir, nikbin və istiqanlı insandır.
Cavan v
axtlarında yerli qəzet üçün bir neçə feleyton yazsa
da,
Mürsəl müəllimin yazılarında, xüsusilə, onun publisistikasında
dili kimi bir şirinlik var. İşlətdiyi sözlər və cümlələr yerli-yerində
olmaqla bərabər, dilimizin bütün tələblərinə cavab verir. Onun söz-
söhbətində, yazılarında yüksək məna dərinliyi, dövlətçilik, vətən-
pərvərlik prinsiplərinin qorunması və s. meyarlar daim gözlənilib.
Əbəs yerə deyil ki, vaxtı ilə keçmiş Sovet dövründə Dəvəçi
rayonunda
bütün dövlət və məhsul bayramlarında təntənəli parad-
ların, ümumxalq nümayişlərinin keçirilməsinə rayon radiosunda
aparıcılıq etməyə onu dəvət edirdilər. Mürsəl müəllim böyük istək
və həvəslə, eləcə də yüksək peşəkarlıqla ona tapşırılan bu işi
bacarıqla yerinə yetirirdi. O vaxtlar həmin tədbirlərdə deyilən bir
kəlmə səhv- yəni yerində işlədilməyən söz və ifadə bir neçə saniyə
ərzində bütün işləri korlaya bilərdi.Sözün və səsin ecazkar sehrinə
inanan Mürsəl müəllimin isə uzun illər ona tapşırılan bu işdə nöqsan
olmadı. Ona əbəs yerə “Dəvəçinin Levitanı” demirdilər. Dinib-
danışmaq üçün heç vaxt söz axtarmayan Mürsəl Balayev bayram
paradlar
ını məharətlə və ustalıqla idarə etməsi,tpibunadan uca səslə
dediyi şüarlar həqiqətən bu insanın gücünü, qüdrətini bir daha
204
nümayiş etdirirdi.
Mürsəl Balayev bu kitab da daxil olmaqla mənim 4 kitabımın
məsləhətçi redaktoru olub. Mənim Şabran (keçmiş Dəvəçi) şəhər
T.Abbasov adına 1 saylı tam orta məktəbin 55 illik yubileyinə həsr
edilmiş “Günəşdən nur alanlar” (2015), Gəndov kənd tam orta
məktəbin 85-illik yubileyinə həsr olunmuş “Arzuları qovuşduran
məkan” (2016) və Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına 4
saylı tam orta məktəbin 95 illik yubileyinə həsr edilmiş “Dünyaya
açılan pəncərə” kitablarımın araya - ərsəyə gəlməsində Mürsəl
müəllimin məsləhətçi redaktor kimi əməyi çoxdur.
Mən çox təəssüflənirəm ki, Mürsəl müəllimlə 1994-cü ildə
deyil, 2014-
cü ildə yaxından tanış olmuşam. Arxaya baxıb itirdiyim
bu 20 ili görəndə ağlım az qalır başımdan çıxsın. Onları necə
itirdiyimi isə heç özüm də bilmirəm. Ancaq bir onu bilirəm ki,
həmin dövrü bir də geri qaytara bilməyəcəm. Lakin onsuz keçən 20
ili itirsəm də, Allaha şükürlər olsun ki, çox da peşiman deyiləm.
Ona görə ki, biz əl-ələ verib həmin itən illərin əvəzini son 4-5 ilin
olduqca
məhsuldar keçən yaradıcılıq uğurları ilə çıxmışıq.
Bu insan
canlı ensiklopediya, olduqca maraqlı bir həyat
məktəbidir.Utopiyadan və xəyallar aləmindən çox-çox uzaq, realist
düşüncəli, saf əqidəli, paklıq nümunəsidir Mürsəl müəllim. Öz dərin
məna kəsb edən düşündürücü fikirlərini həmişə Vətən,xalq,torpaq,
dövlətçilik, milli əxlaq və ənənələrimizə aid olan ideyalar üzərində
kökləyə bilən bir ziyalıdır.
Mürsəl müəllimin söz-söhbəti, yazdığı publisistik yazılar ha-
mısı real elmə, məntiqə və həqiqətə əsaslanır. Ədaləti sevən, haqqı
nahaqqa verməyən bir insandır o. Bir sözlə, “Ətəyində namaz
qılmaq olar”. Onunla mən dost və iş yoldaşı olmaqdan qürur hissi
keçirirəm. Bizim dostluğumuzu Allahdan gələn bir çağırış da
adlandırmaq olar. Təmənnasız,heç bir şəxsi xeyir, qazanc güd-
məyən, ümumi mənafelər üzərində qurulan münasibətdir. Bu yaxın-
lıq bizim qranit kimi saf ürəklərimizdən qaynaqlanır. Bu dostluq
heç vaxt xəyanət bulağından su içə bilməz. Kimsənin sözünə-
söhbətinə qulaq asıb, dostluq tellərini qıra bilməz. Birgə ədəbi-bədii
fəaliyyət, ümumi məqsəd və mənafe birliyindən ibarətdir bizim
dostluğumuz. Aramızda 11 il yaş fərqi var. O məndən böyükdür.
205
Bəzi hallarda aramızda soyuqluq yaranmasın deyə kiçik fikir
ayrılığı və söz-söhbət baş verdikdə, mən güzəştə gedib onunla
razılaşıram.
Böyük və kiçik fasilələrlə 50 ildən artıq bədii yaradıcılıqla
məşğul olduğum bir şair-publisist kimi deyə bilərəm ki, çox halda
paxıl, qısqanc adamlarla üzləşmişəm. Həyatda belə adamlar gücsüz,
azad rəqabətdən xəbəri olmayan insanlardır. Mürsəl müəllimə isə
belə xüsusiyyətlər çox yaddır. Şəksiz ona inanmaq və etibar
etməkdə mən səhv etməmişəm. Bu gözəl insan mənim planlarımın
və saysız arzularımın gerçəklənməsində mənə yardımçı olub.
Mürsəl Balayev təkcə jurnalist deyil, həm də müəllimdir. O,
demək olar ki, Şabranda çox yazarları hamiliyə götürüb. 80 yaşı və
səhhətində problemlər olsa da, həm öyrənir, həm də öyrədir.
Hamıya kömək əlini uzadır. Onun daxili dünyası çox işıqlıdır.
Çünki üzündən təbəssüm və sevinc heç vaxt əskik olmur.
Mürsəl müəllimin səsində də bir cazibədarlıq,məlahət, sanki
sakit və həzin bir musiqi var. Elə bil bu musiqini dinlədikcə özünü
rahat hiss edirsən. Saflıq, paklıq adlı bir dünyanın qapısından içəri
daxil olub
söz xəzinəsindən çıxan dürlü kəlmələri eşitdikcə onlara
valeh olmaya bilmirsən. Görünür ki, o, orta məktəbdə oxuyarkən
fizika fənindən səs bəhsini yaxşı öyrənib. Onun səsini eşitmək çox
xoşdur. Ona görə ki, səsinin diapozonunu həmişə bir səviyyədə
saxlaya bilir. Onu heç vaxt ucaltmaq
və nəticədə tərəf müqabilini
yormaq həvəsi yoxdur.
Mürsəl müəllimin Şabranda (keçmiş Dəvəçidə) böyük
xidmətləri var. Mən 60 ildən çox vaxtı əhatə edən həmin xidmət-
lərin hamısının adını bu kitabda çəkmək iqtidarında deyiləm. Lakin
qısa deyə bilərəm ki, rayonumuzun 88 illik tarixində yerli
mətbuatımızın qızıl salhamələri hesab olunan “Yüksəliş”,” Qurucu”
və “Şabran” qəzetlərinin işıq üzü görməsində onun böyük əməyi
olub. O hələ orta məktəb illərində “Yüksəliş”in ştatankənar müxbiri
olub. Sonralar “Qurucu”,
“Şabran” qəzetlərində 30 ildən çox ədəbi
işçi, şöbə müdiri, müxbir, məsul katib, redaktor müavini və redaktor
kimi
çətin və məsul vəzifələrdə çalışıb. Rayonun bütün
mədəni,ictimai tədbirlərində fəal iştirak edib.
Mürsəl müəllim həm də gözəl ailə başçısıdır. Beş övladı, on
206
üç nəvəsi və üç nəticəsi vardır. Allah -Taala ona, həyat yoldaşı
Mahirə müəlliməyə və övladlarına cansağlığı, könül xoşluğu və
uzun ömür qismət eləsin. Onların ikisini də balalarının, nəvələrinin
çevrəsindən əskik eləməsin.Mən sevinirəm ki, Mürsəl müəllim kimi
dostum var.
Bu yazını sözlə başladığım üçün onu “ Söz” adlı şeirimdən
bir parça ilə də bitirirəm:
Söz var
eşidəndə avazı xoşdur,
Söz var könüllərə dəyən bir daşdır.
Söz var mənasızdır, tutumu boşdur,
Söz də var, hikmətlə bəzər cahanı.
Başıuca eylər daim insanı.
Dostları ilə paylaş: |