Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə130/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   126   127   128   129   130   131   132   133   ...   348
2018-997

IX 
BÖLMƏ 
QƏLƏM DOSTUMUZUN 80 İLLİK YUBİLEYİ 
MÜNASİBƏTİLƏ 
Şad gününü əl çalıb alqışlayan,
B
əd gününə həmfikir olmaqdı dost. 
 
Darda qalıb düşsən ümidsizliyə,
Əl yetirib, halına yanmaqdı dost. 
 
Zakiri m
əftun elədin dostluğa 
Alnın açıq, hər an üzün ağdı, dost. 
 



198 
ŞABRAN RAYON MƏTBUATININ CANLI SALNAMƏSİ 
Hələ V-VI siniflərdə oxuyarkən gözəl inşa yazılar yazan, həm də 
ilk rayon qəzetimiz olan “Qurucu” və “Şabran” qəzetinin sələfi 
“Yüksəliş”də ara-sıra kiçik məktəb xəbərləri ilə çıxış edən Mürsəl 
Balayev haqqında sizlərə söz açmaq istəyirəm. Doqquz yaşında ikən 
anasını itirən balaca Mürsəl olduqca gərgin və çalpaşıq təhsil, iş 
günlərindən, yuxusuz gecələrdən keçərək bu günümüzəcən gələn canlı 
bir salnamədir. Qəzetimizin, mətbuatımızın, jurnalistikamızın canlı 
salnaməsi!.. 
Bu günlərdə onunla keçirəcəyimiz görüşə hazırlıq ərəfəsində idik. 
Hava yağışlı idi. Xaqani adına Poeziya Evindən ta Bayraq meydanına 
qədər uzanan yolda səhər yürüşü edirdi Mürsəl müəllim. Şabranın 
qocaman jurnalisti, SSRİ Jurnalistlər İttfaqının və Azərbaycan 
Jurnalistlər Birliyinin üzvü, dəyərli söz adamı 80 yaşı haqlamışdı.


199 
Addımları yeyin idi, sanardın ki, harasa tələsir. Hər dövrə 
vuranda parkda bitən həmişəyaşıl kollardan bir yarpaq dərib cibinə 
qoyurdu. Mən bunu Poeziya Evinin pəncərəsindən görürdüm. Hər 
dəfə də marağım bir az da artırdı. Niyə belə etdiyini özündən 
soruşacaqdım. Əynimi geyinmədən yağışlı-çiskinli payızın ağuşuna 
aldığı parka düşdüm. Əsl şair havasıydı. Mürsəl müəllim məni 
görən kimi ayaq saxladı. Üzü güldü, gözləri işıqlandı, yooox, bu, 
mənə belə gəldi bəlkə də, mənimçün isə dünəndən dolmuş payız 
buludlarından bozaran hava yoxa çıxdı, parkda günəş doğdu. 
Onunla bir dövrə yürüş yapacaqdım. Sevindi. Mürsəl müəllim yenə 
həmin kol tərəfə yaxınlaşıb yarpaq dərəndə marağımı gizlətməyib 
səbəbini soruşdum. Etdiyi yürüşün sayı qədər yarpaq dərirmiş?
Təsirləndim. Hər gün etdiyi yürüşlərin sayı qədər yığdığı 
yarpaqları yəqin ki, cibində evə qədər aparacaqdı. Nədənsə o 
yarpaqları düşündüm. Mürsəl müəllimin evinə qədər gedəcəkdilər. 
Bəlkə də elə evinin içinə girib pencəyinin cibindən onun istiliyinə 
və varlığına dolmuş evinə gizli-gizli boylanacaqdılar. Yəqin ki, çox 
xoşbəxt olacaqdılar, axı beləliklə onlar da bir xeyir işə yararlı 
olduqlarını hiss edəcəkdilər. Mürsəl müəllim belə insandır. Sənin 
bu həyata yararlı olduğunu səndən daha yaxşı bilən bir insan! 
Mürsəl Balayev!.. Söz durduqca var olun! 
İş otağıma qayıdıb yağışdan islanmış saçlarımı dəsmalla quru-
la
dım. Güzgüləndim. Saçlarım da yarpaqların xoşbəxtliyinə həsəd 
çəkər kimi işıq saçırdılar... Bir gözüm elə pəncərədəydi. Mürsəl 
müəllim yürüşünü hələ də davam etdirirdi. Hardan yadına düşdüsə 
qoltuğundan qara çətirini çıxarıb açdı. Bəlkə o da islandığının 
fərqinə indi varmışdı. 
...Və 25 yanvar 2018-ci ildə isə Şabran Xaqani Poeziya 
Evində ömrünün məhsuldar illərini Şabran rayonunun yeganə 
qəzeti-güzgüsü sayılan “Qurucu” qəzetinin, sonralar “Şabran” qəze-
tinin araya-
ərsəyə gəlmnəsinə sərf edən qocaman bir jurnalistimiz 
Mürsəl Balayevin yaradıcılıq gecəsi keçirildi. Tədbirdə jurnalistin 
qələm dostları, yetirmələri çıxış etdilər. Sadiq dost, təmiz ürəkli 
insan, ləyaqətli ailə başçısı olan Mürsəl müəllimin ömür yolu 
səhifələndi, ədəbi-bədii fəaliyyəti haqqında söz açıldı. ...Və beləcə 
tədbir başa çatmışdı, gələn qonaqların üzündəki nuru görmək üçün 


200 
göz lazım deyildi. Hamı Mürsəl dünyasının işığına qərq olmuşdu. 
Və hər kəs həmin işıqdan bir ovuc götürüb öz dünyasına mayak edə 
bildisə, nə gözəl... Demək ki, Poeziya Evi öhdəsinə düşəni edə 
bilmişdi.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə