Zakir bayramli


Şabran (keçmiş Dəvəçi) rayonunun təhsil tarixinə İsbat



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə138/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   134   135   136   137   138   139   140   141   ...   348
2018-997

Şabran (keçmiş Dəvəçi) rayonunun təhsil tarixinə İsbat 
müəllimin adı riyaziyyat məktəbinin banisi kimi həkk olunub.
Çünki həmin dövrlərdən neçə onilliklər keçsə belə, İsbat İsaqovun 
yetişdirdiyi məzunlar pedaqoji ali məktəbləri bitirdikdən sonra bu 
fənnin tədrisində rayon məktəblərində xüsusi yer tuturlar. Bu təhsil 
fədaisinin indi Dəvəçi məktəblərində riyaziyyat, fizika, kimya və 
digər texniki fənnlərdən dərs deyən 50 nəfərdən artıq keçmiş şagirdi 
vardır. 
Lakin göstərdiyim faktlar İsbat İsaqovun yetişdirdiyi məzun-
ların tam siyahısı deyildir. Onun dərs dediyi məzunlar arasında 3 
nəfər elmlər doktoru, 15 nəfərdən çox elmlər namizədi və bir neçə 
əməkdar müəllim vardır. 
İ. İsaqovun coşqun pedaqoji fəaliyyəti və onun rayonumuzda 
riyaziyyat fəninin tədrisinin inkişafına verdiyi töhfələr olduqca 
zəngin və dəyərlidir. Məhz ona görə dövlətimiz tərəfindən bu riya-
ziyyat fədaisinin əməyinə bir sıra təltiflərlə yüksək qiymət verilib. 
O, 
1970-
ci ildə “V.İ.Leninin 100 illik yubiley” medalı, 1976-cı 
ildə isə “Şərəf nişanı” ordeni ilə təltif edilib. 1983-cü ildə 
pedaqoji sahədə qazandığı uğurlara görə “metodist müəllim” 
adına layiq görülmüşdür. 
İsbat müəllimin bir övladı var. Oğlu Elşən hərbi zabitdir. Milli 
ordumuzda 
xidmət edir. 
Şabranın (keçmiş Dəvəçinin) riyaziyyatçılar məktəbinin 
yaradıcısı, təhsilin cəfakeşi İsbat İsaqov 1995-ci ilin dekabr ayında 
65 yaşında vəfat edib. Onun, dünyasını dəyişdiyi vaxtdan 22 il 
keçsə də, o, hələ də unudulmayıb, çoxsaylı keçmiş şagirdləri 
tərəfindən onun əziz xatirəsi həmişə uca tutulur və tez-tez yad edilir. 


213 
TAMARA QASIMOVA - RAYONDA 
İLK QADIN
MAARİF MÜDİRİ 
 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə