Zakir bayramli


Tamara müəllimə rayon təhsil sistemində yeganə qadın



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə139/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   135   136   137   138   139   140   141   142   ...   348
2018-997

Tamara müəllimə rayon təhsil sistemində yeganə qadın 
RXMŞ müdiri olub. O, həm də İkinci Dünya müharibəsinin rayo-
nu
muzdan olan qadın müəllimlər arasında tək iştirakçısı idi. 
Kapitan rütbəsində ordudan tərxis olunmuşdu. Üç ildən artıq 
müharibənin od-alovunu, dəhşətlərini öz gözləri ilə görmüş, top-
tüfəng səsindən təngə gəlmiş bu qadının cəsarəti, mərdliyi, 
ürəyinin təmizliyi, sözünün bütövlüyü çox insanlara nümunə idi. 
 
Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrə-
manı Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin tikintisində Tamara müəllimin göstərdiyi xidmət-
dən danışmasaq olmaz. Min doqquz yüz yetmişinci illərin əvvəlləri 
idi. Azərbaycan SSR Maarif Nazirliyinin maliyyə vəsaiti hesabına 
bu məktəbdə tikinti işləri geniş vüsət almışdı. Həmin tikintidə 
çalışan iş icraçılarının, mühəndis və fəhlələrin çox hissəsi Dəvəçi 
sakinləri idilər. 
Azərbaycan KP MK-dan və Azərbaycan SSR Nazirlər So-
vetin
dən xüsusi tapşırıqla həmin tikintinin aparılmasına, material 
və inventar təchizatı məsələlərinə, görülən işlərin keyfiyyətinə və 
obyektin vaxtında təhvil verilməsinə rayon Xalq Maarif Şöbəsi ilə 
birlikdə rayonun rəhbər təşkilatları cavabdeh idilər. Ona görə də 
Azərbaycan KP Dəvəçi RK-sı. Dəvəçi rayon ZDS İK-sı və rayon 
Xalq Nəzarəti Komitəsi vaxtaşırı olaraq tikintidə işlərin gedişinə 
nəzarət edirdilər. Respublika Maarif Nazirliyinin əsas vəzifəsi 
tikintinin maliyyə və təchizat məsələlərini həll etməklə rübdə bir 
dəfə görülən işləri yerində yoxlayıb təhvil almaqdan və pulunu 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə