Zakir bayramli


İstəkli oxucularım, məni bağışlayın. Deyəsən, sizi çox yubat-



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə147/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   143   144   145   146   147   148   149   150   ...   348
2018-997

İstəkli oxucularım, məni bağışlayın. Deyəsən, sizi çox yubat-
dım. Neyləyim, ürəyim sözlə doludur. Baba müəllim haqqında 
yaddaşımda bir kitablıq söz-söhbətim var. Məsləhətdirsə, bu gözəl 
insanın ömrünü-gününü bəzəmiş həyat və əmək salnaməsi barədə 
sizə daha geniş açıqlama verim:
Baba Mövsüm oğlu Muradəliyev 1924-cü ilin aprel ayının 28-
də Şabran (keçmiş Dəvəçi) şəhərində qulluqçu ailəsində dünyaya 
gəlib. 
Atası Mövsüm Muradəliyev sayılıb-
seçilən ziyalılardan olub. Dəvəçi rayo-
nunda 
bir sıra məsul vəzifələrdə işləyib. 
1932-
ci ildə B.Müradəliyev Dəvəçi-
bazar 7-
illik məktəbinin I sinfinə qəbul 
olub. 1937-
ci ildə həmin təhsil müəssisəsi 
orta məktəbə çevirildiyinə görə o, məktəb-
də orta təhsilini davam etdirib. Dəvəçi 
qəsəbə orta məktəbini bitirən vaxtda 18 
yaşı tamam olduğuna görə könüllü olaraq 
cəbhəyə gedib. 1942-1945-ci illərdə o, 
faşist Almaniyasına qarşı şiddətli döyüş-


221 
lərin fəal iştirakçısı olub. Müharibədə mərdlik və igidlik göstər-
diyinə görə bir çox orden və medallarla təltif olunub. 
Baba Muradəliyev İkinci Dünya müharibəsi qurtardıqdan 
sonra ordudan 
evə tərxis olunub. 1946-cı ildə ali təhsil almaq üçün
sənədlərini Moskva Pedaqoji İnstitutuna verib. Qəbul imtahanlarını 
uğurla verdiyinə görə həmin ali məktəbə daxil olub. Ancaq ailə 
vəziyyəti ilə əlaqədar olaraq həmin məktəbdə təhsilini davam etdirə 
bilməyib və Azərbaycana qayıdıb. Vətənə - doğma rayonuna gəldik-
dən sonra onun ürəyində yığılıb qalmış arzular artıq yavaş-yavaş
çin olmağa başlayıb.
Bir-
birinin ardınca ona iki ali məktəbdə təhsil almaq qismət 
olub. 1951-
ci ildə Bakı şəhərində Rus dili və Ədəbiyyatı İnstitu-
tunu, 1959-
cu ildə isə Bakı Dövlət Unuversitetinin coğrafiya fakül-
təsini fərqlənmə diplomu ilə biririb. Aldığı iki ali təhsil diplomu ona 
ümumtəhsil məktəblərində rus-dili və coğrafiya fənləri üzrə 
müəllim işləməyə səlahiyyət verib. 
B. Muradəliyev Dəvəçi qəsəbə S.M.Kirov adına orta məktəbində 
İlk pedaqoji əmək fəaliyyətinə pioner baş dəstə rəhbəri kimi 
başlayıb. Sonradan bu məktəbdə rus dili müəllimi işləyib. O, eyni 
zamanda b
ir sıra məsul ictimai vəzifələrdə də çalışıb.
1960-
cı ildə dövlət sifarişi əsasında Dəvəçi şəhərində ilk dəfə 
olaraq birtipli layihə üzrə yeni məktəb binası tikilib istifadəyə 
verildi. Bu tədbir bütün Dəvəçi camaatını, o cümlədən rayon 
müəllimlərini də çox sevindirdi. Əlbəttə sevinənlər arasında Baba 
müəllim də vardı. Başqa müəllim yoldaşları kimi onun da qəlbində 
yeni təhsil ocağında işləmək arzusu baş qaldırmışdı. 
Nəhayət, nigarançılıq buzu sınmağa başlayıb. 1960-cı ildə 
Baba Muradəliyev ciddi ehtiyaca görə indiki Şabran (keçmiş 
Dəvəçi) şəhər T.Abbasov adına 1 №-li tam orta məktəbə ixtisası 
üzrə müəllim köçürülüb. O, bu məktəbdə müəllim işləməklə yanaşı 
məktəbin və rayonun ictimai işlərində də can yandırıb. Bunu görən 
təzə məktəbin kollektivi əvvəlcə onu həmkarlar təşkilatının sədri, 
daha sonra isə ilk partiya təşkilatının katibi kimi məsul vəzifələrə 
seçiblər. 
Tezliklə Baba müəllimin bilik və bacarığı, pedaqoji ustalığı, 
təşkilatçılıq və idarəetmə məharəti iş prosesində üzə çıxıb. Bu 


222 
keyfiyyətlərdən məlumatlı olan Dəvəçi rayonun rəhbər təşkilat-
larının məsləhəti və məktəb direktorluğunun təqdimatı ilə o, işlədiyi 
məktəbdə tədris hissə müdiri vəzifəsinə irəli çəkilib. Müəllimlik 
peşəsinin vurğunu olan bu gözəl insan ona tapşırılan bu məsul və 
ağır işin öhdəsindən də bacarıqla gəlib. 
İş, təşkilatçılıq və idarəetmə bacarıgını günü-gündən artır-
mağa səy göstərən 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə