Zakir bayramli


Baba müəllim 1974-cü ildə Dəvəçi rayon



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə148/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   144   145   146   147   148   149   150   151   ...   348
2018-997

Baba müəllim 1974-cü ildə Dəvəçi rayon 
axşam (qiyabi) orta məktəbinə direktor vəzifəsinə irəli çəkilib.
O, ona tapşırılmış daha çox məsuliyyət və səy tələb edən bu işin də 
öhdəsindən layiqincə gəlib. Həmin dövrlərdə rayonda axşam (qiya-
bi) 
təhsilin nisbətən aşağı səviyyədə olan nüfuzunu yüksəltmək kimi 
məsul bir vəzifənin öhdəsindən gəlməyi bacarıb.1978-ci ilə kimi bu 
vəzifədə çalışıb. 
Rayonun rəhbər təşkilatlarının göstərişi ilə 1978-ci idə 
B.Muradəliyev daha məsul, yüksək bilik, bacarıq və idaretmə səriş-
təsi tələb edən pedaqoji işə - 
indiki 
Şabran şəhər Azərbaycanın 
Milli Qəhrəmanı Roman Yusifov adına 2 saylı texniki fənlər 
təmayüllü məktəb-liseyə direktor vəzifəsinə göndərilib. 
O, bu 
vəzifədə 1981-ci ilə kimi çalışıb. Ona tapşırılan məsul vəzifəni 
canla-
başla yerinə yetirib. 
Lakin rayonda 
axşam (qiyabi) təhsilin idarə olunmasında 
yaranan çətinliklərlə bağlı olaraq yenə axşam (qiyabi) təhsil sahə-
sinin 
yüksək təşkilatçısı və mahir bilicisi Baba müəllimə ehtiyac 
duyulub. O, 
1981-
ci ildə Dəvəçi rayon axşam (qiyabi) orta mək-
təbinin direktoru vəzifəsinə köçürülüb. 
Bu vəzifənin də öhdə-
sindən Baba müəllim bacarıqla gəlib. O, bu ağır, çətin və məsuliy-
yətli işdə 1985-ci ilə kimi işləyib. Onun gərgin və məhsuldar əməyi 
nəticəsində axşam (qiyabi) məktəbin şagird planı vaxtında və key-
fiy
yətlə yerinə yetirilib. Rayonda axşam (qiyabi) təhsilin qarşısında 
təhsil sahəsinə dair öhdəlik və tapşırıqların müntəzəm olaraq yerinə 
yetirilməsinə əməl olunub. Baba müəllimin gərgin və böyük 
məsuliyyət hissi ilə işləməyi sayəsində məktəbin fəaliyyəti və 
təhsilin keyfiyyət göstəriciləri ildən-ilə xeyli dərəcədə artıb. 
1985-
ci ildə Baba müəllim ömrünün 61-ci ilində qəflətən 
xəstələndi. Əmək qabiliyyətini tam itirdiyinə görə xəstəliklə əlaqə-
dar 
təqaüdə çıxdı. Həkimlərin çox səy göstərmələrinə baxmayaraq, 


223 
o, bir daha ayağa qalxa bilmədi. 9 il yataq rejimində oldu.Ailə 
üzvlərinin və adlı-sanlı həkimlərin ona göstərdiyi yüksək dərəcəli 
qulluq və müalicənin heç bir əhəmiyyəti olmadı. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə