Zakir bayramli


kədərli insan obrazı yaradırdı. Bu sakit təbiətli insan heç vaxt öz



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə156/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   152   153   154   155   156   157   158   159   ...   348
2018-997

kədərli insan obrazı yaradırdı. Bu sakit təbiətli insan heç vaxt öz 
çətinlikləri və müxtəlif növ problemləri haqqında bir iş yoldaşına 
belə məlumat verməzdi. İş, ailə qayğıları və şəxsi səhhətindəki 
problemləri yalnız daxilində götür-qoy və saf-çürük edərdi. Bu 
xasiyyət və ya vərdiş isə əlbəttə onun səhhətinə geci-tezi ziyan vura 
bilərdi. 
Əziz oxucum, mənim məqsədim söhbəti çox uzatmaq yox, 
hörmətli iş yoldaşımız və əziz müəllimimiz Ağabəy Quliyevin həyatı 
və əmək fəaliyyəti barədə qısa da olsa sizə məlumat verməkdir:
 
Ağabəy Balabəy oğlu Quliyev 
1928-
ci ildə Şabran (keçmiş Dəvəçi) ra-
yonu
nun keçmiş Pirəbədil kənd sovetinin 
Ərşəli kəndində əsilzadə ailəsində dün-
yaya gəlib. Atası Balabəy kişi Ərşəlinin 
tanınmış keçmiş bəylərindən olub. 1920-
ci ildə Azərbaycanda Sovet Hakimiyyəti 
qurulduqdan sonra Balabəy kişinin bütün 
var-
dövləti müsadirə edilərək dövlət mül-
kiyətinə keçirilib. Lakin Balabəy kişi ya-
şadığı kənddən başqa yerə köçüb getmək 
istəməyib. Həyatının sonuna kimi doğma 
yurdu Ərşəlidə yaşayıb və işləyib. Həmin 
kənddə də dünyasını dəyişib. 


231 
Ağabəyin anası Mələknisə xanım isə hələ o, kiçik yaşlarında 
olarkən vəfat edib. 
1953-
cü ildə 25 yaşlı gənc ikən Ağabəy Quliyev Azərbaycan 
Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirib. Ali təhsilini 
başa çatdıran kimi dərhal hərbi xidmətə yollanıb. Hərbi xidmətini 
qurtardıqdan sonra isə pedaqoji işə başlayıb. Dəvəçi qəsəbəsində 
olan yeg
anə orta təhsil verən keçmiş S.M.Kirov adına orta məktəbə 
fizika- 
riyaziyyat müəllimi təyin olunub. 
İlk gündən böyük ruh yüksəkliyi ilə işə başlayan, ali 
məktəbdə topladığı bilik və təcrübəni yüksək maraqla və istəklə 
dərs dediyi şagirdlərə verməyi bacaran Ağabəy müəllim pedaqoji 
işə böyük həvəs göstərib. O, işlədiyi məktəbdəki yaşlı və stajlı 
müəllimlərin təcrübəsinə istinad edərək fizika fənninin şagirdlərə 
öyrədilməsinin sirlərini öyrənib və işinə tətbiq etməyə başlayıb. Bir 
neç
ə ildən sonra məktəbin ən qabaqcıl və yüksək təcrübəli müəl-
lim
ləri sırasına keçib. 
1959-
cu ildə onun pedaqoji sahədə qazandığı həlledici 
nəticələr təhlil edildikdən sonra yüksək rəy alıb. Məktəbin təqdimatı 
və Dəvəçi Rayon Xalq Maarif Şöbəsinin əmrinə əsasən 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə