Zakir bayramli


olmayan  bahalı bir inci idi. Elə zənn edirəm ki, mən onu əvvəlki



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə152/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   148   149   150   151   152   153   154   155   ...   348
2018-997

olmayan 
bahalı bir inci idi. Elə zənn edirəm ki, mən onu əvvəlki 
kitablarımda Şabranın (keçmiş Dəvəçinin) Herodotu adlandır-
maqda səhv etməmişəm. O, həqiqətən, milli tariximizin bilicisi və 
fanatiki idi. O, t
ədris etdiyi tarix fənnini bütün şagirdləri kimi 
mənə də ürəkdən sevdirə bilib. Bu fənnin yaxşı mənimsənilməsi, 
tarixi hadisələrin xronoloji ardıcıllıqla, özü də xəritə üzrə yadda 
saxlanılması sirlərini və üsullarını öyrədib. 
Yaddaşımda onun haqqında şirin xatirələrim olduqca 
çoxdur. 
Bu sevimli müəllimim hər dəfə yadıma düşəndə çağlayan 
bulaq kimi coşub-daşıram. Lakin bu barədə yazını davam etdirib 
istəkli oxucularımızı çox yormaq fikirim yoxdur. Ona görə də əziz 
müəllimimin həyat və əmək fəaliyyəti ilə sizi bir qədər ətraflı tanış 
etmək istəyirəm: 
Nurbala Şahbala oğlu Quliyev 1928-ci ildə Şabran (keçmiş 
Dəvəçi) rayonunun Orta Əmirxanlı kəndində kəndli ailəsində 


226 
anadan olub.
1935-
ci ildə Orta Əmirxanlı kənd 
yeddillik 
məktəbinin I sinfinə daxil 
olub. 1943-
cü ildə isə həmin məktəbi 
uğurla bitirib. Orta təhsilini keçmiş 
Dəvəçi qəsəbə S.M.Kirov adına orta 
məktəbində davam etdirməyə başlayıb. 
Bu təzə təhsil müəssisəsində oxuduğu 
ilk günlərdən o, özünü bilikli və baca-
rıqlı şagird kimi göstərib. 1946-cı ildə 
N.Quliyev orta 
məktəbi müvəffəqiy-
yətlə bitirdiyinə görə ona orta təhsil 
haqqında kamal attestatı verilib.
 
Hələ orta məktəbdə oxuyarkən gənc Nurbalanın qəlbində tarix 
müəllimi olmaq istəyi baş qaldırmışdı. Ancaq bu arzusunu çin olana 
qədər heç kimə bildirməməyə qərar vermişdi. Bu arzu və istəklə o,
sənədlərini Azərbaycan Dövlət Universitetinin tələbə qəbulu 
komissiyasına təqdim edib. Ali məktəbə qəbul üçün nəzərdə tutul-
muş imtahanları yüksək nəticələrlə verdiyinə görə o, universitetin 
tarix fakü
ltəsinə qəbul olunub. 
N.Quliyevin 
ali təhsil dövrü onun gənclik həyatının çox 
yaddaqalan,
elm, bilik öyrənmək üçün ən məhsuldar olan vaxtına 
düşüb. O, istər öz nizam-intizamı, yüksək əxlaqi davranışı ilə, 
istərsə də biliyi və bacarığı ilə tələbə yoldaşlarına nümunə olub. Bu 
möhtəşəm tələbəlik illərində gənc Nurbala təkcə mühazirə və 
məşğələlərə oturub qulaq asmaq, müəyyən qeydiyyatlar aparmaqla 
kifayətlənməyib. O, unveristetin gərgin, lakin şərəfli təhsil həyatını
ürəkdən yaşamaqla yanaşı, milli tariximizin açılmamış səhifələrini 
oxuyub tədqiq etmək, araşdırmaq kimi məsul vəzifələri yerinə 
yetirməyə də qərar verib. 
Hər il universitetdə kursdan-kursa keçmə imtahanlarından 
sonra 
gənc Nurbala yay tətili dövründə Azərbaycanın şimal bölgə-
sinə tarixi yerlərə səyahətlər edib. Maşınla, atla, çox vaxt piyada bu 
bölgədə yerləşən qədim tarixi qalalar və istehkamlarla, sədlərlə 
yaxından tanış olub. Xüsusilə, ana yurdu Dəvəçinin (indiki Şabra-
nın) ərazisində vaxtilə tikilmiş tarixi yerlərin adlarını və dəqiq 


227 
yerlərini müəyyənləşdirib. Öz qüvvəsi ilə kiçik qazıntı və tədqiqat 
işləri apara bilib. Həmin qədim tikililərin gizli qalmış bəzi sirlərini 
çətin də olsa açmağa nail olub. O, hərbi məqsədlə tikilmiş 
Çıraqqala, Narınqala, Dərbənd qalası kimi qalaları, həmçinin 
Beşbarmaq və Gilgilçay sədləri kimi istehkamları hərtərəfli tədqiq 
edib. 
Ulu hərb tariximizə aid olan bu yerlər barədə mətbuat 
vasitəsilə öz elmi fikirlərini bildirib.
1950-
ci ildə Nurbala Quliyev universiteti bitirərək ali təhsil 
haqqında diplom alıb. Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən 
onun təyinatını Dəvəçi rayonuna veriblər. Dəvəçi Rayon Xalq 
Maarif Şöbəsinin əmri ilə gənc Nurbala keçmiş Dəvəçi qəsəbə 
S.M.
Kirov adına orta məktəbinə tarix müəllimi təyin edilib. O, on il 
bu məktəbdə tarix müəllimi işləyib.
Nurbala Quliyev 
işə başladığı ilk günlərdən universitetdə aldığı 
bilikləri qısa zamanda öz işində nümayiş etdirə bilib. Məktəbdəki və 
rayondakı qocaman müəllimlərin qabaqcıl təcrübəsindən, dərs 
metod və texnologiyalarından səmərəli istifadə edərək tədris işində 
yüksək irəliləyişə nail olub. O, bununla kifayətlənməyərək əvvəlki 
il
lərdə tarixi yerlərin tətqiqi ilə bağlı işlərini də uğurla davam 
etdirib
. Məktəbdə tarix fənninin tədrisini müvəffəqiyyətlə həyata 
keçirən Nurbala müəllim bir ziyalı kimi rayon əhalisinin ideya-
siyasi həyatında, əhalinin bu sahədə maarifləndirilməsi işində də 
iştirak etməyə başlayıb. 
01 aprel 1961-
ci ildə Dəvəçi şəhərində birtipli dövlət layıhəsi 
əsasında tikilmiş üçmərtəbəli məktəb binası işə başladı. N.Quliyev 
də ciddi ehtiyaca görə bu məktəbə tarix müəllimi köçürüldü. O, yeni 
məktəbə yeni bilik, təcrübə ilə birlikdə gəldi. Bu vaxta qədər 
tədrisdə istifadə etmədiyi qatı açılmamış iş metodlarını və üsullarını 
da bura 
gətirdi. Və burada o, öz yüksək müəllimlik istedadı ilə 
mənim kimi yüzlərlə şagirdə Vətənimizin tarixini sevdirə-sevdirə 
dərindən öyrədə bildi. 
Nurbala 
müəllim 1975-ci ildən sonra ehtiyaca görə əvvəlcə 
Sincanboyad kənd səkkizillik, sonra isə Surra kənd səkkizillik 
məktəblərində direktor və tarix müəllimi işləyib. O, öz biliyi və 
bacarığı, zəngin təşkilatçılıq və idarəetmə məharəti ilə həmin 
məktəb kollektivlərinin, həmçinin dərs dediyi hər bir şagirdin, eləcə 


228 
də onun valideyninin dərin nüfuzunu qazana bilib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə