Zakir bayramli


VIII sinifdə oxuduğum vaxtlarda onun dərsdə bizə



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə150/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   146   147   148   149   150   151   152   153   ...   348
2018-997

VIII sinifdə oxuduğum vaxtlarda onun dərsdə bizə 
dediyi 
bu sözlər yadıma düşür: “ Tarix fənni təbiətin, cəmiyyətin 
inkişaf prosesini öyrənən bir elmdir. Sizin bu gün öyrəndiyiniz 
ayrı-ayrı fənlərin hamısının öz yaranma və inkişaf tarixi vardır. 
Bir V
ətən övladı kimi seçdiyiniz peşə və sənətdən asılı olmayaraq 
sizin hər birinizə Vətənimizin tarixini, o cümlədən üzərində 
yaşadığınız ulu Şabran torpağının tarixini sevə-sevə öyrənməyi və 
təbliğ etməyi tövsiyə edirəm”. 
Nurbala müəllim bu dahiyanə sözləri bizə 54 il bundan 
qabaq demişdi. Lakin yarım əsrdən də çox vaxt keçməsinə baxma-
yaraq, onun bu müdri
k kəlamları indi də qulaqlarımızda eşidilir. 
Nurbala Quliyev adi tarix müəllimi deyildi. Onun adı 
gələndə biz onu Azərbaycanda neçə-neçə adı, izi itib-batmış yaşa-
yış məskəninin, tarixi qalanın, hərbi istehkamın, el-obanın düş-
məndən qorunması məqsədilə tikilmiş qurğuların, sədlərin baca-
rıqlı tədqiqatçısı kimi dərk edirik. O, olduqca vətənpərvər, Vətənə, 
torpağa heç vaxt odu-alovu tükənməyən istək və məhəbbətlə bağlı 
bir insan idi. Deyərdim ki, ali məktəbdə oxuduğu dövrdə və 
sonralar 
rayonda müəllim işlədiyi vaxtlarda o, sanki “civə” kimi 
bir yerdə dura bilmirdi. Bakının, Abşeronun qəsəbələrindəki və 
Azərbaycanın şimal bölgəsindəki ərazilərimizdə olan tarixi yerləri 
bir-
bir gəzirdi. Öz şəxsi istək və arzusu, güclü marağı, eləcə də 
vətənpərvərlik hisslərinin tükənməz təsiri altında oralarda tarixi 
və arxeoloji araşdırma və çoxlu tədqiqat işləri aparırdı. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə