Pirəbədil kənd tam orta məktəbindən 58 il,
Şabran (keçmiş Dəvəçi) şəhərində təhsilin bayraqdarı sayılan
Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbindən 50
il,
Gəndov kənd tam orta məktəbindən 41 il, Şabran (keçmiş
Dəvəçi) şəhər
T.Abbasov adına 1 saylı tam orta məktəbindən 12
il kiçik olsa da,
onun təhsil uğrunda qazandığı nailiyyətlər çox
yüksək və sevindiricidir. Xüsusilə həmin məktəb-liseyi son 18 ildə
bitirən məzunların respublikamızın və diğər xarici ölkələrin ali və
orta
ixtisas təhsili məktəblərinə müvəffəqiyyətlə qəbul olması
barədəki statistik göstəriciləri daha yüksək və ürəkaçandır.
Yola saldığımız 45 il ərzində Şabran (keçmiş Dəvəçi) şəhər
Azərbaycanın Milli Qəhrəmanı R.Yusifov adına 2 №-li texniki fən-
lər təmayüllü məktəb-liseyi bitirib ali təhsil aldıqdan sonra həyatda
özünə layiqli yer tutan, ad-san qazanan, el-obada məşhur insan kimi
tanınan və sayılıb-seçilən məzunlarımız çoxdur. Kitabın həcmi im-
kan vermədiyinə görə həmin məzunların hamısının adını bu kitabda
göstərmək qeyri-mümkün oldu. Ona görə də seçmə qaydasında bil-
diyimiz, eşitdiyimiz məktəbin məzunlarının (müəllimləri də onlar-
dan
ayırmadan) bəzilərinin adını kitabın bu bölməsinə daxil etdik:
RESPUBLİKAMIZDA Elm sahəsində: Məktəbin sabiq müəllimi, tarix elmləri
doktoru, professor Oqtay Sultanov
və başqaları;
Məktəbin məzunu, texnika elmləri namizədi, Azərbaycan
MEA-
nın İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin qrup
rəhbəri Zərifə Cəbrayilova və digərləri;
Təhsil sahəsində :
Azərbaycan Respublikasının Əməkdar
194
müəllimləri: məktəbin keçmiş biologiya müəllimi və direktoru,
Sədaqət Əsgərova, məktəbdə tarix müəllimi işləmiş Babək
Xubyarov və qeyriləri;