Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə124/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   120   121   122   123   124   125   126   127   ...   348
2018-997

Emin Əsgərov,
Dəvəçikənd tam orta məktəbinin direktoru 

 

Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin kollektivinə 
 
Hörmətli həmkarlarımız! Əziz şagirdlər və valideynlər! Gəndov 
kənd tam orta məktəbin kollektivi və şəxsən öz adımdan məktəb-
liseyinizin 45 illik yubileyi münasibətilə sizi səmimi qəlbdən təbrik 
edirəm. 
Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyi 
yarandığı gündən etibarən rayonun təhsil sahəsində öz uğurlu 
addımlarını atmağı bacara bilib. Məktəb-liseyin zəhmətkeş və 
təcrübəli pedaqoji kollektivi həmişə var gücünü səfərbər edərək bu 
təhsil ocağında təlim-tərbiyənin dövlətimizin tələb etdiyi səviyyəyə 
yüksəltməyə nail ola bilmişlər. 
Qədim zamanlardan Şabran (keçmiş Dəvəçi) torpağı yüksək 
təhsil ənənələrinə malikdir. Yüz ildən artıqdır ki, bu məkanda 
dünyəvi təhsil mövcuddur. Bu torpaq öz dövlət xadimləri, 
sərkərdələri, alim və filosofları, eləcə də tanınmış idmançıları ilə 
həmişə fəxr edə bilər. Biz müəllimlər bu gün də həmin tarixi 
ənənələri və dəyərləri qorumağa və davam etdirməyə borcluyuq. 
Məktəb- liseyin əməksevər və mehriban pedaqoji kollektivinə 
həyatda ən gözəl nemət sayılan cansağlığı və yüksək təhsil əldə 
etmək uğrunda yeni-yeni əmək qələbələri qazanmağı arzu edirəm.
Samirə Baladadaşova,
 
Gəndov kənd tam orta məktəbin direktoru 


190 

Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü
məktəb-liseyin kollektivinə 
 
 
Hörmətli müəllim həmkarlarımız, əziz şagirdlər və valideynlər! 
Sizi məktəb-liseyinizin 45 yaşının tamam olması münasibətilə 
ürəkdən təbrik edirəm. 
Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyi 
Şabranın çox sakinləri özünün doğma evi hesab edirlər. Çünki 
şəhərdə tək- tək ailə tapılar ki, həmin ailənin övladlarından bu 
məktəb-liseydə təhsil almasın və ya orada müəllim və ya texniki işçi 
kimi 
işləməsin.
Bir də bu təhsil müəssisəsi Şabranda ona görə elin gözündə 
əzizdir ki, burada qazanılan hər uğur uzunömürlüdür. Bura ayaq 
açan 
kiçik qələbə belə bu təhsil məbədini tərk etmək fikrində 
deyildir.
Arzu edirəm ki, Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifov adına 2 №li texniki fənlər təmayüllü məktəb-liseyin 
səmimi və fədakar əmək kollektivinin uğura gedən yollarında 
həmişə yaşıl işıq yansın. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə