Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə121/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   117   118   119   120   121   122   123   124   ...   348
2018-997

Elnur 
Cəfərov, 
Şabran şəhər M. Nəzirov adına 4 №-li
tam orta məktəbin direktor əvəzi 


186 

Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin kollektivinə 
 
 
Mehriban qonşumuzu, kollektivinizin bütün üzvlərini şəxsən 
öz adımdan məktəb-liseyinizin 45 illik yubileyi münasibətilə saf 
istəkdən doğan ürək çırpıntıları ilə təbrik edirəm. 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 № -li texniki fənlər təmayüllü məktəb-lisey Şabran (keçmiş 
Dəvəçi) rayon təhsilinin iftixarıdır. Məktəb-liseyin 45 illik fəaliy-
yətinin nəticəsi bunu deməyə əsas verir ki, bu elm, təhsil ocağı 
yaşadığı müddətdə yalnız uğurlarla yaşamağa, nəfəs almağa öyrə-
şib. Bunun da əsas səbəbi burada yaradılmış və öz tarixi köklərini, 
yüksək ideyalarını və təhsil ənənələrini qorumağı bacaran, onu
daha da yeniləşdirib inkişaf etdirərək ildən-ilə, nəsildən-nəsilə 
ötürən möhkəm əmək kollektivinin mövcud olmasıdır. Əgər kollek-
tivdə hamının sözü və əməli bir nöqtəyə vurursa, istər rəhbərin, 
istərsə də hər hansı fənn müəlliminin sözü bütün kollektivin üzvləri 
üçün kəsərlidirsə, orada uğur qazanmaq çox asan olar. 
45 il vaxt üçün 
az müddət deyil. Bu dövr ərzində məktəb-lisey 
özünün əldə etdiyi yüksək təcrübəsini, təlim-tərbiyə sahəsindəki 
uğurlarını nəinki rayon səviyyəsində, eləcə də respublika miqya-
sında göstərə bilib. Bunu fənn olimpiadalarının, idman və hərbi 
idman oyunlarının, şeir və inşa müsabiqələrinin rayon, olimpiada-
ların zona və respublika turlarının göstəricilərindən, eləcə də ali və 
orta ixtisas məktəblərinə test üsulu ilə keçirilmiş imtahanların 
nəticələrindən də açıq-aydın görmək olar. 
Zəhmərsevər və təhsil üçün əsl canıyanan pedaqoji kollek-
tivinizə həyatın gözü olan cansağlığı və uzun ömür, təhsil adlı 
strateji əhəmiyyətli bir sahədə bir-birindən möhtəşəm əmək nailiy-
yətləri qazanmağı arzulayıram. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə