182
ŞƏHƏR TAM ORTA MƏKTƏBLƏRİ
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü
məktəb-liseyin kollektivinə
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin işgüzar və
qabaqcıl kollektivini çalışdıqları bu təhsil ocağının 45 illik yubileyi
münasibətilə səmimi- qəlbdən təbrik edirəm.
Bu məktəb-lisey mənim yaddaşımda öz saysız uğurları ilə
qalıb. Təkcə onu demək kifayətdir ki, qazandığı nailiyyətlərə görə
uzun illərdir ki, rayon təhsilinin inkişaf mərhələsində qabaqcıllar
sırasında addımlayır. Neçə onilliklərdir ki, bu tədris müəssisəsi hər
il
məzunlarının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu
sahəsində rayonda birincilər sırasında durur. Bu əmək qələbəsi
qonşu şəhər məktəbi kimi bizim məktəbin kollektivini də ürəkdən
sevindirir.
Rayon təhsilinin adını və bayrağını uca tutan, bu bayrağı öz
zəhməti və alın təri ilə irəli aparan, işlədikləri məktəblərdə yeni
təhsil üsulları və texnalogiyaları ilə təlim- tərbiyə işini inkişaf
etdirən məktəblərin pedaqoji kollektivlərinə eşq olsun!
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov
adına 2 №li texniki fənlər təmayüllü məktəb-liseyin fədakar
kollektivinə cansağlığı, təhsil işi kimi üzərlərinə götürdükləri çətin,
ağır, məsuliyyətli, lakin çox şərəfli və Vətənimiz Azərbaycan üçün
daha
səmərəli və faydalı olan bir sahənin inkişafında çoxlu-çoxlu
uğurlar arzu edirəm.
Dostları ilə paylaş: