163
Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin komandanlığı
tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəbin müəllimi Həqiqət Əzimovanın dərs dediyi IX sinif
şagirdi Səkinə Rövşən qızı Mürşüdzadə Azərbaycan dili və
ədəbiyyatı fənni üzrə keçirilmiş Respublika Olimpiadasında IV yeri
tutub.
Məktəbin komandası “Şahin” hərbi-idman oyununun respub-
lika final yarışında fərqləndiyinə görə Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanla təltif edilib.
Məktəbin komandası “Cəsurlar” hərbi-idman oyununun rayon
birinciliyi yarışında III yeri tutduğuna görə Azərbaycan Respub-
likasının Gənclər və İdman Nazirliyinin Dəvəçi Rayon Gənclər və
İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.
Ümum
milli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
1995-
ci il təvəllüdlü şagirdlər arasında Açıq Respublika birin-
ciliyində 62 kq çəki dərəcəsində III yeri tutduğu üçün məktəbin
şagirdi Xıdır Binyətov Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən III dərəcəli diplomla
təltif olunub.
09 noyabr 2009-
cu il tarixdə məktəbin şagirdi Saleh Xanıyev
idman məktəblərinin boks üzrə keçirilən II respublika oyunlarında
48 kq çəki dərəcəsində I yeri tutduğuna görə Qazax rayon Gənclər
və İdman İdarəsi tərəfindən qiplomla təltif edilib.
30 dekabr 2009-
cu ildə məktəbin şagirdi Saleh Xanıyev
2008/2009-
cu tədris ilində boks üzrə keçirilən zona və respublika
yarışlarında yüksək idman naliyyətləri qazandığına görə Dəvəçi
UGİM tərəfindən fəxri fərmanla təltif olunub.
Məktəb regionda şagirdlərin ingilis dili bacarıqlarını inkişaf
etdirməkdən ötrü 2009-cu ildən Sülh Korpusu Azərbaycan ilə
səmərəli əməkdaşlığı davam etdirdiyi və Sülh Korpusu könüllü-
lərinin xidmətlərinin uğurlu keçməsinə dəstək göstərdiyi üçün Sülh
Korpusu Azərbaycanın sertifikatı ilə təltif edilib.
Dostları ilə paylaş: