Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə115/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   111   112   113   114   115   116   117   118   ...   348
2018-997

 
Nəcməddin Mürvətov,
 
Respublikanın Əməkdar müəllimi, Siyəzən şəhəri 
 
 


178 
 
 
 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin kollektivinə 
 
 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin kollektivini 
çalışdıqları təhsil müəssisəsinin 45 illik yubileyi münasıbətilə ürəkdən 
təbrik edirəm. 
Bu məktəb-lisey mənə olduqca əziz və doğmadır. Ona görə yox 
ki, bu təhsil ocağı mənə ixtisasıma daha yaxın olan bir texniki fənlər 
təmayüllü məktəb- liseydir. Ona görə ki, vaxtıkən mənə dərs deyən 
hörmətli müəllimlərim, məzun dostlarım və müəllim yoldaşlarım bu 
təhsil məbədində işləyib. Riyaziyyat müəllimlərindən İsbat İsaqovu, 
Ağakərim Ağarzayevi, Tofiq Poladovu, ədəbiyyat müəllimlərindən 
Nadir Fazilovu, Müslüm Mayılovu, fizika müəllimlərindən Ağabəy 
Quliyevi, Fikrət Əfəndini, tarix müəllimlərimdən Nurbala və Hafiz 
Qu
liyevləri, Babək Xubyarovu, eləcə də neçə- neçə digər təhsil 
fədaisini böyük hörmətlə xatırlayıram. 
Bu məktəb təhsilin yüksək peşəkarlıq üsulları ilə idarə olunması 
sahəsindəki uğurlarına görə çox yaddaşlara həkk olub. Demək olar ki, 
bu təhsil ocağının yaşadığı 45 ildə ən bacarıqlı, zəngin təcrübəsi və 
pedaqoji işin ustası olan, idarəetmədə yüksək peşəkarlıq nümayiş 
etdirə bilən müəllimlər məktəbə rəhbərlik ediblər. Məktəb- liseyin 
rəhbəri olmuş fədakar insanların xronoloji ardıcıllığa riayət edərək fərq 
qo
ymadan onların bir- bir adını çəkmək istəyirəm. İsbat İsaqov 
(
riyaziyyat), Tamara Qasımova (coğrafiya), Əhməd Əkbərov (rus dili), 
Baba Muradəliyev (coğrafiya və rus dili), Nofəl Məmmədov 
(
coğrafiya), Sədaqət Əsgərova (biologiya), Kazım Əfəndi (riyaziyyat), 
Rafiq Hüseynov (rus dili). Allahdan 
dünyasını dəyişənlərə rəhmət 
diləyir, sağ olanlara isə cansağlığı və işlərində müvəffəqiyyətlər 
arzulayıram. 
Ooy Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman 


179 
Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin səsi- 
sorağı, təhsil uğrunda qazandığı nailiyyətlər respublikamızdan çox-
çox 
uzaqlara yayılsın.
Məktəb-liseyin fədakar pedaqoji kollektivinə həyatda ən gözəl 
nemət olan cansağlığı və təlim-tərbiyə kimi çətin, lakin şərəfli işdə 
yeni- 
yeni və bol-bol uğurlar arzu edirəm. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə