Zakir bayramli


məktəb-liseyin kollektivinə



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə123/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   119   120   121   122   123   124   125   126   ...   348
2018-997

məktəb-liseyin kollektivinə 
 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin 45 illik 
yubileyi münasibətilə müəllim kollektivinin bütün üzvlərini, şagird-
ləri, valideynləri və məzunları səmimi qəlbdən təbrik edirəm. 
Bu məktəb-lisey mənə rəhbərlik etdiyim Ağbaş kənd tam orta 
məktəbi qədər əziz və doğmadır. Ona görə ki, rayonun sərəncamına 
gəlmiş gənc müəllim kadrlarının yetişdirilməsində, pedaqoji təcrü-
bənin öyrənilməsində və yayılmasında həmişə bu məktəb- liseyin 
rəhbərliyi və mehriban pedaqoji kollektivi bizə köməklik edib, bu 
işdə məktəbimizə yaxın məsləhətçi, arxa və dayaq olub. Bu məktə-
bin 
zəngin və qabaqcıl təcrübəsindən öyrəndiklərimizi həmişə 
işimizə tətbiq edərək bəhrələnmiş, bu işdən yüksək fayda görmüşük. 
Məktəb- liseyin bu gün təhsildə əldə etdiyi saysız uğurlar son 
hədd deyildir. Ümid edirəm ki, əməksevər və çox səmimi pedaqoji 
kollektivin səyi ilə onların sayı gələcəkdə daha da artıb çoxa-
lacaqdır. 
Fədakar müəllim kollektivinə cansağlığı və gələcək işində 
yeni-
yeni uğurlar arzulayıram. Qoy bu məktəb-liseyin məzunlarının 
səsi-sorağı daha uzaqlardan gəlsin!
 
 
Bəhram Fətullayev, 

Ağbaş kənd tam orta məktəbin direktoru 

Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin kollektivinə 
 

Dəvəçikənd tam orta məktəbinin kollektivi adından və 


şəxsən öz adımdan məktəb-liseyinizin 45 illik yubileyini ürəkdən 
təbrik edirəm.
 
Yaşadığı 45 illik bir dövrü əhatə etsə də, bu məktəb-liseyin 
çalışqan və bacarıqlı kollektivi elə məktəbin yaradıldığı ilk illərdən 


189 
rayonumuzda umumi orta 
təhsilin inkişaf etdirilməsi sahəsində öz 
adını qabaqcıllar sırasına yazdıra bilib. 
Məktəb-liseyin müəllim və şagird kollektivinə möhkəm 
can
sağlığı və təhsil sahəsi kimi çətin, lakin şərəfli və xeyirxah işdə 
bir-
birindən yüksək və parlaq əmək qələbələri arzu edirəm. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə