186
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü
məktəb-liseyin kollektivinə
Mehriban qonşumuzu, kollektivinizin bütün üzvlərini şəxsən
öz adımdan məktəb-liseyinizin 45 illik yubileyi münasibətilə saf
istəkdən doğan ürək çırpıntıları ilə təbrik edirəm.
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov
adına 2 № -li texniki fənlər təmayüllü məktəb-lisey Şabran (keçmiş
Dəvəçi) rayon təhsilinin iftixarıdır. Məktəb-liseyin 45 illik fəaliy-
yətinin nəticəsi bunu deməyə əsas verir ki, bu elm, təhsil ocağı
yaşadığı müddətdə yalnız uğurlarla yaşamağa, nəfəs almağa öyrə-
şib. Bunun da əsas səbəbi burada yaradılmış və öz tarixi köklərini,
yüksək ideyalarını və təhsil ənənələrini qorumağı bacaran, onu
daha da yeniləşdirib inkişaf etdirərək ildən-ilə, nəsildən-nəsilə
ötürən möhkəm əmək kollektivinin mövcud olmasıdır. Əgər kollek-
tivdə hamının sözü və əməli bir nöqtəyə vurursa, istər rəhbərin,
istərsə də hər hansı fənn müəlliminin sözü bütün kollektivin üzvləri
üçün kəsərlidirsə, orada uğur qazanmaq çox asan olar.
45 il vaxt üçün
az müddət deyil. Bu dövr ərzində məktəb-lisey
özünün əldə etdiyi yüksək təcrübəsini, təlim-tərbiyə sahəsindəki
uğurlarını nəinki rayon səviyyəsində, eləcə də respublika miqya-
sında göstərə bilib. Bunu fənn olimpiadalarının, idman və hərbi
idman oyunlarının, şeir və inşa müsabiqələrinin rayon, olimpiada-
ların zona və respublika turlarının göstəricilərindən, eləcə də ali və
orta ixtisas məktəblərinə test üsulu ilə keçirilmiş imtahanların
nəticələrindən də açıq-aydın görmək olar.
Zəhmərsevər və təhsil üçün əsl canıyanan pedaqoji kollek-
tivinizə həyatın gözü olan cansağlığı və uzun ömür, təhsil adlı
strateji əhəmiyyətli bir sahədə bir-birindən möhtəşəm əmək nailiy-
yətləri qazanmağı arzulayıram.
Dostları ilə paylaş: