Zakir bayramli


Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə118/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   114   115   116   117   118   119   120   121   ...   348
2018-997

 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman 
Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin 
kollektivinə 

 
Məktəb-liseyinizin 45 illik yubileyi münasibətilə bütün 
müəllimlərinizi, şagirdlərinizi, valideynlərinizi və məzunlarınızı 
səmimi- qəlbdən təbrik edirəm. 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin Şabranda 
dünyəvi təhsilin 100 illik tarixində özünə məxsus yeri vardır. Bu 
yeri tutmaq,
onu əldə etdikdən sonra uzun illər qoruyub saxlamaq 
asan məsələ deyildir. Buna ancaq yetkin, elm və təhsil sahəsində 
püxtələşmiş, pedaqoji işdə mətinləşmiş, yüksək təhsil üsulları, 
metodları, texnologiyaları və qabaqcıl dünya təcrübəsi ilə 
silahlanmış pedaqoji kollektivlər nail ola bilərlər. 
Ol
duqca zəhmətkeş, mehriban və çiçəklənən respublikamızda 
təhsilin inkişafı naminə qəlbi daim birlikdə döyünən qabaqcıl əmək 
kollektivinizə möhkəm cansağlığı və təhsil kimi cətin, lakin şərəfli 
və Vətənimiz Azərbaycana böyük fayda verən sahədə yeni- yeni 
əmək uğurları arzu edirəm. 

Əntiqə Əkbərova,
 
Respublikanın Əməkdar müəllimi, Pirəmsən kəndi


182 
ŞƏHƏR TAM ORTA MƏKTƏBLƏRİ 

 

Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin kollektivinə 
 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin işgüzar və 
qabaqcıl kollektivini çalışdıqları bu təhsil ocağının 45 illik yubileyi 
münasibətilə səmimi- qəlbdən təbrik edirəm. 
Bu məktəb-lisey mənim yaddaşımda öz saysız uğurları ilə 
qalıb. Təkcə onu demək kifayətdir ki, qazandığı nailiyyətlərə görə 
uzun illərdir ki, rayon təhsilinin inkişaf mərhələsində qabaqcıllar 
sırasında addımlayır. Neçə onilliklərdir ki, bu tədris müəssisəsi hər 
il 
məzunlarının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu 
sahəsində rayonda birincilər sırasında durur. Bu əmək qələbəsi 
qonşu şəhər məktəbi kimi bizim məktəbin kollektivini də ürəkdən 
sevindirir. 
Rayon təhsilinin adını və bayrağını uca tutan, bu bayrağı öz 
zəhməti və alın təri ilə irəli aparan, işlədikləri məktəblərdə yeni 
təhsil üsulları və texnalogiyaları ilə təlim- tərbiyə işini inkişaf 
etdirən məktəblərin pedaqoji kollektivlərinə eşq olsun! 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №li texniki fənlər təmayüllü məktəb-liseyin fədakar 
kollektivinə cansağlığı, təhsil işi kimi üzərlərinə götürdükləri çətin, 
ağır, məsuliyyətli, lakin çox şərəfli və Vətənimiz Azərbaycan üçün
daha 
səmərəli və faydalı olan bir sahənin inkişafında çoxlu-çoxlu 
uğurlar arzu edirəm. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə