Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə119/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   115   116   117   118   119   120   121   122   ...   348
2018-997

 
Fikrət Şamxalov, 
Şabran şəhər
T. Abbasov adina
1№-li tam orta məktəbin direktoru 
 

 
 


183 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı
 
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü
məktəb-liseyin kollektivinə 
Əziz və hörmətli müəllimlər, şagirdlər, valideynlər və məzun-
lar. Sizi şəxsən öz adımdan məktəb-liseyimizin 45 illik yubileyi 
münasibətilə ürək dolusu təbrik edirəm və hamınızı yüksək hörmət 
və ehtiramla bağrıma basıram. 
Bu gün 
Şabran (keçmiş Dəvəçi) rayonunun təhsil tarixinə öz 
adını qızıl hərflərlə yazmış Şabran şəhər Azərbaycanın Milli 
Qəhrəmanı Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb-liseyin hər bir müəlliminin, şagirdinin, valideyninin və 
məktəbi bitirmiş çoxsaylı məzunlarının öyünməyə, qürür hissi 
keçirməyə haqları vardır. Ona görə ki, 45 il əvvəl Şabran (keçmiş 
Dəvəçi) şəhərində fəaliyyətə başladığı ilk illərdən indiyədək bu 
müqəddəs təhsil məbədi daim rayon təhsilinin ön sıralarında getmiş, 
öz qabaqcıl işi və qabaqcıl tədris ənənələri ilə rayonun bir çox 
məktəblərinə nümunə olmuşdur. Mən fəxr edir, fərəh hissi 
keçirirəm ki, hal- hazırda öz xariqələri ilə rayon sakinlərinin 
yaddaşında daşlaşmış bu məktəb-liseyə rəhbərlik edirəm. 
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov 
adına 2 №-li texniki fənlər təmayüllü məktəb-lisey fəaliyyətə başla-
yan gündən rayonun “qaymaqları“ hesab olunan çoxlu bacarıqlı 
müəllimlər öz canları, qanları bahasına bu təhsil müəssisəsində dərs 
demiş, yüzlərlə şagirdə yüksək təlim-tərbiyə vermişlər. Həmin vaxt-
lardan bu yüksək bilikli və zəngin təcrübəli təhsil fədailəri məktəbin 
bu günkü uğurlar qazanmasının təməlini qoymuşlar. Onların çoxu 
bu gün dünyasını dəyişsə də bir zərrə qədər bu pedaqoji kollektiv 
tərəfindən unudulmayıb. Həmin keçmiş müəllimlər istər dərs vaxtı, 
istərsə də müxtəlif tədbirlər zamanı hər gün iş vaxtlarında və 
işdənkənar saatlarda tez-tez yad edilir və həmin gözəl insanların 
ruhlarına Allah- Taaladan rəhmət diləyirlər.
Lakin dərsə qoyulan müasir tələblər bizdən bu gün və sabah 
dünənkindən daha yüksək səviyədə işləməyi tələb edir. Mən mək-
təb-liseyimizin pedaqoji kollektivinin hər bir üzvünün əldə etdiyi-
miz uğurlarla kifayətlənmədiyini yaxşı başa düşürəm. Ona görə də 


184 
onları yeni çağırışa - yəni gələcəkdə bundan da gözəl uğurlara 
səsləyərək belə deyirəm: Əziz müəllimlər, biz bu günə qədər əldə 
etdiyimiz 
əmək qələbəsinə arxayınlaşıb, onun nəticəsi ilə kifayət-
lənməməliyik. Bizi qarşıda daha böyük və çətin sınaqlar: yəni, say-
sız elm və təhsil axtarışları, müasir, eləcə də ən qabaqcıl dünya 
standart
larına cavab verən təhsil metodları, üsülları və texnolo-
giyaları ilə işləmək məqamı gözləyir.
Hörmətli müəllimlər, şagirdlər və valideynlər, məktəbimizin 
fəxri saydığımız əziz məzunlarımız! Sizə möhkəm cansağlığı və 
təhsil kimi strateji bir sahənin irəli getməsində yeni-yeni uğurlar 
arzulayıram. Yaşasın Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı 
Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü məktəb-
liseyin 
cəsur, əməksevər, mehriban və sədaqətli əmək kollektivi! 
Rafiq Hüseynov
,
Şabran şəhər Azərbaycanın Milli Qəhrəmanı R.Yusifov adına 
texniki fənlər təmayüllü 2 №-li məktəb-liseyin direktoru 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə