Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə131/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   127   128   129   130   131   132   133   134   ...   348
2018-997

 
Ay Bəniz Əliyar, 
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Xa
qani adına Poeziya Evinin direktoru 
SÖZÜN VƏ SƏSİN SEHRİLƏ YAŞANAN ÖMÜR 
 
İlahi bir güc alar, 
Ür
əyə nur tək dolar, 
Yaddaşlarda kök salar, 
Əbədiyaşar qalar 
Söz yerin
ə düşəndə. 
 
İnsanları dərindən tanımaq, on-
ların daxilinə bələd olmaq çox qəliz 
məsələdir. Deyə bilərsiniz ki, yetmiş 
illik ömür payını yaşamış sizin kimi 
neçə məktəb bitirmiş bir ziyalı üçün 
insanları tanımaq nə çətin məsələdir ki,.. 
Mən nə psixoloqam, nə pedaqoq, nə 
həkim, nə də hüquqşünas. Sadəcə iqti-
sad
çı və mühasib olmuşam. İri təşkilat-
larda işləmək təcrübəsindəndir, yoxsa 
Allah vergisidir, 
nədir bilmirəm, mən insanları həmişə tanıya bilmi-
şəm. İnsanın danışığına, işlətdiyi ifadələrə diqqət yetirməklə, səsinin 
tonundan, yerişindən, baxışından, özünü aparmasından, yaranmış dost-
luğa, yoldaşlığa qoyduğu münasibətdən və s. Düzdür, bu işdə mənə 
yunan alimi Hipokratın temperament tiplərinin öyrənilməsi amili də 
kömək olub. Ancaq bu vərdişə mən 1986-cı ildən – artıq 30 ildən 
çoxdur 
ki, nail olmuşam. Sual verə bilərsiz ki, necə? 
Sözün deyilişi, onun cümlədə işlədilməsi, səs tonu, bir sözlə, 
qısaca desək sözün sehrilə. Ensiklopedik lüğətdə söz - əşya, hadisə 


201 
və b. adını bildirən dil vahidi, səs toplusu ilə işarəni bildirən məna 
əlaqəsi və vəhdəti kimi başa düşülür.Leksik və qramatik cəhətdən 
mənanı özündə əks etdirən söz müəyyən nitq hissəsinə aid olur. 
Sözün dəyəri onun məna və məzmunu ilə ölçülür. 
Söz haqqında mən öz publisistik əsərlərimdə çox yazmışam. 
Onun insan həyatında nə qədər müsbət və mənfi rolu olduğunu ata-
lar sözləri, rəvayətlər, lətifələr, digər şifahi və yazılı ədəbiyyat nü-
mu
nələri və öz yazdığım şeirlər vasitəsi ilə çox açıqlamışam. Düz-
dür, 
bəzi peşələr var ki, məsələn: həkim, müəllim, hüquqşünas və 
digər iş sahələrində sözün işlədilməsində ehtiyatlı olmaq vacıbdir. 
Lakin həmin peşələrdən heç də geri qalmayan jurnalistika sahəsində 
deyilən və ya mətbuata yazılan sözün,cümlənin təsir qüvvəsi heç də 
yuxarıda saydığım peşələrdəkindən az əhəmiyyətli deyildir. 
Rayonumuzda 
sözün və səsin sehrilə 80 illik ömür yaşamış 
gözəl insanlardan biri də Mürsəl Muxtar oğlu Balayevdir.
Mürsəl Balayev 1937-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonu-
nun 
Çölquşçu kəndində anadan olub. Atası Muxtar Şirin oğlu 
Balayev 
rayonun Çölquşçu kəndində böyüyüb, boya-başa çatıb. 
Son
ralar Dəvəçiyə köçüb. Daxili Qoşunların Xüsusi Təyinat dəstə-
sində xidmət edib. Rayon Milis Şöbəsində işləyib. 1982-ci ildə 82 
yaşında vəfat edib. 
Anası Meyva Ağası bəy qızı ilahiyyatçı olub. Rayonda ibtidai 
dini təhsil alıb. Qurani-Kərimi yaxşı oxumağı bacarırmış. Onun 
yanıqlı səsi o qədər həzin və məlahətli olub ki, Yasin surəsini 
oxumasını eşidənlər göz yaşını saxlaya bilmirlərmiş. Lakin kiçik 
Mürsəl ana nəvazişini çox erkən yaşlarında itirib. O, 9 yaşında 
olanda anası 35 yaşlı Meyva xanım vəfat edib. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə