IX
BÖLMƏ
QƏLƏM DOSTUMUZUN 80 İLLİK YUBİLEYİ
MÜNASİBƏTİLƏ
Şad gününü əl çalıb alqışlayan,
B
əd gününə həmfikir olmaqdı dost.
Darda qalıb düşsən ümidsizliyə,
Əl yetirib, halına yanmaqdı dost.
Zakiri m
əftun elədin dostluğa
Alnın açıq, hər an üzün ağdı, dost.
198
ŞABRAN RAYON MƏTBUATININ CANLI SALNAMƏSİ
Hələ V-VI siniflərdə oxuyarkən gözəl inşa yazılar yazan, həm də
ilk rayon qəzetimiz olan “Qurucu” və “Şabran” qəzetinin sələfi
“Yüksəliş”də ara-sıra kiçik məktəb xəbərləri ilə çıxış edən Mürsəl
Balayev haqqında sizlərə söz açmaq istəyirəm. Doqquz yaşında ikən
anasını itirən balaca Mürsəl olduqca gərgin və çalpaşıq təhsil, iş
günlərindən, yuxusuz gecələrdən keçərək bu günümüzəcən gələn canlı
bir salnamədir. Qəzetimizin, mətbuatımızın, jurnalistikamızın canlı
salnaməsi!..
Bu günlərdə onunla keçirəcəyimiz görüşə hazırlıq ərəfəsində idik.
Hava yağışlı idi. Xaqani adına Poeziya Evindən ta Bayraq meydanına
qədər uzanan yolda səhər yürüşü edirdi Mürsəl müəllim. Şabranın
qocaman jurnalisti, SSRİ Jurnalistlər İttfaqının və Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, dəyərli söz adamı 80 yaşı haqlamışdı.
199
Addımları yeyin idi, sanardın ki, harasa tələsir. Hər dövrə
vuranda parkda bitən həmişəyaşıl kollardan bir yarpaq dərib cibinə
qoyurdu. Mən bunu Poeziya Evinin pəncərəsindən görürdüm. Hər
dəfə də marağım bir az da artırdı. Niyə belə etdiyini özündən
soruşacaqdım. Əynimi geyinmədən yağışlı-çiskinli payızın ağuşuna
aldığı parka düşdüm. Əsl şair havasıydı. Mürsəl müəllim məni
görən kimi ayaq saxladı. Üzü güldü, gözləri işıqlandı, yooox, bu,
mənə belə gəldi bəlkə də, mənimçün isə dünəndən dolmuş payız
buludlarından bozaran hava yoxa çıxdı, parkda günəş doğdu.
Onunla bir dövrə yürüş yapacaqdım. Sevindi. Mürsəl müəllim yenə
həmin kol tərəfə yaxınlaşıb yarpaq dərəndə marağımı gizlətməyib
səbəbini soruşdum. Etdiyi yürüşün sayı qədər yarpaq dərirmiş?
Təsirləndim. Hər gün etdiyi yürüşlərin sayı qədər yığdığı
yarpaqları yəqin ki, cibində evə qədər aparacaqdı. Nədənsə o
yarpaqları düşündüm. Mürsəl müəllimin evinə qədər gedəcəkdilər.
Bəlkə də elə evinin içinə girib pencəyinin cibindən onun istiliyinə
və varlığına dolmuş evinə gizli-gizli boylanacaqdılar. Yəqin ki, çox
xoşbəxt olacaqdılar, axı beləliklə onlar da bir xeyir işə yararlı
olduqlarını hiss edəcəkdilər. Mürsəl müəllim belə insandır. Sənin
bu həyata yararlı olduğunu səndən daha yaxşı bilən bir insan!
Mürsəl Balayev!.. Söz durduqca var olun!
İş otağıma qayıdıb yağışdan islanmış saçlarımı dəsmalla quru-
la
dım. Güzgüləndim. Saçlarım da yarpaqların xoşbəxtliyinə həsəd
çəkər kimi işıq saçırdılar... Bir gözüm elə pəncərədəydi. Mürsəl
müəllim yürüşünü hələ də davam etdirirdi. Hardan yadına düşdüsə
qoltuğundan qara çətirini çıxarıb açdı. Bəlkə o da islandığının
fərqinə indi varmışdı.
...Və 25 yanvar 2018-ci ildə isə Şabran Xaqani Poeziya
Evində ömrünün məhsuldar illərini Şabran rayonunun yeganə
qəzeti-güzgüsü sayılan “Qurucu” qəzetinin, sonralar “Şabran” qəze-
tinin araya-
ərsəyə gəlmnəsinə sərf edən qocaman bir jurnalistimiz
Mürsəl Balayevin yaradıcılıq gecəsi keçirildi. Tədbirdə jurnalistin
qələm dostları, yetirmələri çıxış etdilər. Sadiq dost, təmiz ürəkli
insan, ləyaqətli ailə başçısı olan Mürsəl müəllimin ömür yolu
səhifələndi, ədəbi-bədii fəaliyyəti haqqında söz açıldı. ...Və beləcə
tədbir başa çatmışdı, gələn qonaqların üzündəki nuru görmək üçün
200
göz lazım deyildi. Hamı Mürsəl dünyasının işığına qərq olmuşdu.
Və hər kəs həmin işıqdan bir ovuc götürüb öz dünyasına mayak edə
bildisə, nə gözəl... Demək ki, Poeziya Evi öhdəsinə düşəni edə
bilmişdi.
Dostları ilə paylaş: |