Zakir bayramli


səmimi bir müəllim kimi bizi bağışlamağı bacardığınıza görə siz



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə133/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   129   130   131   132   133   134   135   136   ...   348
2018-997

səmimi bir müəllim kimi bizi bağışlamağı bacardığınıza görə siz 
dünyamızı bəzəyən yeganə insansınız. Allah sizi 100 yaşatsın.Siz 
bizə çox lazımsınız, mənim əziz dostum! 
Mürsəl müəllimin uşaqlıq illəri çox çətin və əziyyətli keçib. 
Bir yandan 
müharibə, sonra isə anasız keçən uşaqlıq,yeniyetməlik 
və gənclik illəri... 
İllər ötüb, tamam unudulmasa belə, illərin ağrı-acısı arxada 
qalıb. Mürsəl Balayev ali təhsil pillələri ilə addımlamağa başlayıb. 
Əvvəlcə qiyabi yolla Azərbaycan Dövlət Universitetində, sonra isə 
Bakı Ali Partiya Məktəbində əyani təhsil alıb. Sonuncu ali məktəbi 
rus dilində olmaqla fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə 
Beynəlxalq Mühazirəçilər Məktəbini bitirib. Yetmişinci illərin 
əvvəllərində iki il Azərbaycan KP Dəvəçi Rayon Komitəsində 
təlimatçı işləyib. 1974-cü ildə “Qurucu” qəzetinə redaktor müavini 
göndərilib. Burada 7-8 il ədəbi işçi və şöbə müdiri vəzifələrində 
işləyib. Sonra uzun illər redaktor müavini və redaktor vəzifələrində 
çalışıb. 
Dörd çağırış üzrə şəhər sovetinin deputatı, üç konfrans-
da isə Azərbaycan KP Dəvəçi Rayon Komitəsinə üzvlüyə 


203 
namizəd seçilib. 
20 il içtimai əsaslarla Rayon Xalq Nəzarət Komitəsinin sədr 
müavini olub.
Uzun müddətli səmərəli əmək fəaliyyətinə görə “Əmək 
veteranı” medalı ilə təltif edilib. SSRİ Jurnalistlər İttifaqının və 
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 
Mürsəl müəllimin ailə arxivini bəzəyən qəzetlər toplusundakı 
rəngarəng yazılarını,yüksək Dövlət və hökümət mükafatlarını, 
onlarla 
fəxri fərmanları, zaman-zaman ona ünvanlanan səmimi 
təbrikləri və təşəkkür məktublarını seyr etdikcə, bir jurnalist 
ömrünün 
heç də hədər keçmədiyini, onun nələrəsə nail olduğunu bir 
daha görür 
və hiss edirsən. 
Mürsəl müəllimi mən 50 ildən artıqdır ki, tanıyıram. Dediyi 
və yazdığı sözün məsuliyyətini dərk edən yetkin bir ziyalıdır Mürsəl 
müəllim. Danışığında, söz-söhbətində o qədər məntiq və məna var 
ki, hər oğulun işi deyil onda səhv tapsın. Çox danışmağı,qeybəti 
sevmir, nikbin və istiqanlı insandır. 
Cavan v
axtlarında yerli qəzet üçün bir neçə feleyton yazsa 
da, 
Mürsəl müəllimin yazılarında, xüsusilə, onun publisistikasında 
dili kimi bir şirinlik var. İşlətdiyi sözlər və cümlələr yerli-yerində 
olmaqla bərabər, dilimizin bütün tələblərinə cavab verir. Onun söz-
söhbətində, yazılarında yüksək məna dərinliyi, dövlətçilik, vətən-
pərvərlik prinsiplərinin qorunması və s. meyarlar daim gözlənilib. 
Əbəs yerə deyil ki, vaxtı ilə keçmiş Sovet dövründə Dəvəçi 
rayonunda 
bütün dövlət və məhsul bayramlarında təntənəli parad-
ların, ümumxalq nümayişlərinin keçirilməsinə rayon radiosunda
aparıcılıq etməyə onu dəvət edirdilər. Mürsəl müəllim böyük istək 
və həvəslə, eləcə də yüksək peşəkarlıqla ona tapşırılan bu işi 
bacarıqla yerinə yetirirdi. O vaxtlar həmin tədbirlərdə deyilən bir 
kəlmə səhv- yəni yerində işlədilməyən söz və ifadə bir neçə saniyə 
ərzində bütün işləri korlaya bilərdi.Sözün və səsin ecazkar sehrinə 
inanan Mürsəl müəllimin isə uzun illər ona tapşırılan bu işdə nöqsan 
olmadı. Ona əbəs yerə “Dəvəçinin Levitanı” demirdilər. Dinib-
danışmaq üçün heç vaxt söz axtarmayan Mürsəl Balayev bayram 
paradlar
ını məharətlə və ustalıqla idarə etməsi,tpibunadan uca səslə 
dediyi şüarlar həqiqətən bu insanın gücünü, qüdrətini bir daha 


204 
nümayiş etdirirdi. 
Mürsəl Balayev bu kitab da daxil olmaqla mənim 4 kitabımın 
məsləhətçi redaktoru olub. Mənim Şabran (keçmiş Dəvəçi) şəhər 
T.Abbasov adına 1 saylı tam orta məktəbin 55 illik yubileyinə həsr 
edilmiş “Günəşdən nur alanlar” (2015), Gəndov kənd tam orta 
məktəbin 85-illik yubileyinə həsr olunmuş “Arzuları qovuşduran 
məkan” (2016) və Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına 4 
saylı tam orta məktəbin 95 illik yubileyinə həsr edilmiş “Dünyaya 
açılan pəncərə” kitablarımın araya - ərsəyə gəlməsində Mürsəl 
müəllimin məsləhətçi redaktor kimi əməyi çoxdur. 
Mən çox təəssüflənirəm ki, Mürsəl müəllimlə 1994-cü ildə 
deyil, 2014-
cü ildə yaxından tanış olmuşam. Arxaya baxıb itirdiyim 
bu 20 ili görəndə ağlım az qalır başımdan çıxsın. Onları necə 
itirdiyimi isə heç özüm də bilmirəm. Ancaq bir onu bilirəm ki, 
həmin dövrü bir də geri qaytara bilməyəcəm. Lakin onsuz keçən 20 
ili itirsəm də, Allaha şükürlər olsun ki, çox da peşiman deyiləm. 
Ona görə ki, biz əl-ələ verib həmin itən illərin əvəzini son 4-5 ilin 
olduqca 
məhsuldar keçən yaradıcılıq uğurları ilə çıxmışıq. 
Bu insan 
canlı ensiklopediya, olduqca maraqlı bir həyat 
məktəbidir.Utopiyadan və xəyallar aləmindən çox-çox uzaq, realist 
düşüncəli, saf əqidəli, paklıq nümunəsidir Mürsəl müəllim. Öz dərin 
məna kəsb edən düşündürücü fikirlərini həmişə Vətən,xalq,torpaq,
dövlətçilik, milli əxlaq və ənənələrimizə aid olan ideyalar üzərində 
kökləyə bilən bir ziyalıdır. 
Mürsəl müəllimin söz-söhbəti, yazdığı publisistik yazılar ha-
mısı real elmə, məntiqə və həqiqətə əsaslanır. Ədaləti sevən, haqqı 
nahaqqa verməyən bir insandır o. Bir sözlə, “Ətəyində namaz 
qılmaq olar”. Onunla mən dost və iş yoldaşı olmaqdan qürur hissi 
keçirirəm. Bizim dostluğumuzu Allahdan gələn bir çağırış da 
adlandırmaq olar. Təmənnasız,heç bir şəxsi xeyir, qazanc güd-
məyən, ümumi mənafelər üzərində qurulan münasibətdir. Bu yaxın-
lıq bizim qranit kimi saf ürəklərimizdən qaynaqlanır. Bu dostluq 
heç vaxt xəyanət bulağından su içə bilməz. Kimsənin sözünə-
söhbətinə qulaq asıb, dostluq tellərini qıra bilməz. Birgə ədəbi-bədii 
fəaliyyət, ümumi məqsəd və mənafe birliyindən ibarətdir bizim 
dostluğumuz. Aramızda 11 il yaş fərqi var. O məndən böyükdür. 


205 
Bəzi hallarda aramızda soyuqluq yaranmasın deyə kiçik fikir 
ayrılığı və söz-söhbət baş verdikdə, mən güzəştə gedib onunla 
razılaşıram. 
Böyük və kiçik fasilələrlə 50 ildən artıq bədii yaradıcılıqla 
məşğul olduğum bir şair-publisist kimi deyə bilərəm ki, çox halda 
paxıl, qısqanc adamlarla üzləşmişəm. Həyatda belə adamlar gücsüz, 
azad rəqabətdən xəbəri olmayan insanlardır. Mürsəl müəllimə isə 
belə xüsusiyyətlər çox yaddır. Şəksiz ona inanmaq və etibar 
etməkdə mən səhv etməmişəm. Bu gözəl insan mənim planlarımın 
və saysız arzularımın gerçəklənməsində mənə yardımçı olub. 
Mürsəl Balayev təkcə jurnalist deyil, həm də müəllimdir. O, 
demək olar ki, Şabranda çox yazarları hamiliyə götürüb. 80 yaşı və 
səhhətində problemlər olsa da, həm öyrənir, həm də öyrədir. 
Hamıya kömək əlini uzadır. Onun daxili dünyası çox işıqlıdır. 
Çünki üzündən təbəssüm və sevinc heç vaxt əskik olmur. 
Mürsəl müəllimin səsində də bir cazibədarlıq,məlahət, sanki 
sakit və həzin bir musiqi var. Elə bil bu musiqini dinlədikcə özünü 
rahat hiss edirsən. Saflıq, paklıq adlı bir dünyanın qapısından içəri 
daxil olub 
söz xəzinəsindən çıxan dürlü kəlmələri eşitdikcə onlara 
valeh olmaya bilmirsən. Görünür ki, o, orta məktəbdə oxuyarkən 
fizika fənindən səs bəhsini yaxşı öyrənib. Onun səsini eşitmək çox 
xoşdur. Ona görə ki, səsinin diapozonunu həmişə bir səviyyədə 
saxlaya bilir. Onu heç vaxt ucaltmaq 
və nəticədə tərəf müqabilini 
yormaq həvəsi yoxdur. 
Mürsəl müəllimin Şabranda (keçmiş Dəvəçidə) böyük 
xidmətləri var. Mən 60 ildən çox vaxtı əhatə edən həmin xidmət-
lərin hamısının adını bu kitabda çəkmək iqtidarında deyiləm. Lakin 
qısa deyə bilərəm ki, rayonumuzun 88 illik tarixində yerli 
mətbuatımızın qızıl salhamələri hesab olunan “Yüksəliş”,” Qurucu” 
və “Şabran” qəzetlərinin işıq üzü görməsində onun böyük əməyi 
olub. O hələ orta məktəb illərində “Yüksəliş”in ştatankənar müxbiri 
olub. Sonralar “Qurucu”,
“Şabran” qəzetlərində 30 ildən çox ədəbi 
işçi, şöbə müdiri, müxbir, məsul katib, redaktor müavini və redaktor 
kimi 
çətin və məsul vəzifələrdə çalışıb. Rayonun bütün 
mədəni,ictimai tədbirlərində fəal iştirak edib. 
Mürsəl müəllim həm də gözəl ailə başçısıdır. Beş övladı, on 


206 
üç nəvəsi və üç nəticəsi vardır. Allah -Taala ona, həyat yoldaşı 
Mahirə müəlliməyə və övladlarına cansağlığı, könül xoşluğu və 
uzun ömür qismət eləsin. Onların ikisini də balalarının, nəvələrinin 
çevrəsindən əskik eləməsin.Mən sevinirəm ki, Mürsəl müəllim kimi 
dostum var. 
Bu yazını sözlə başladığım üçün onu “ Söz” adlı şeirimdən 
bir parça ilə də bitirirəm: 
Söz var 
eşidəndə avazı xoşdur, 
Söz var könüllərə dəyən bir daşdır. 
Söz var mənasızdır, tutumu boşdur, 
Söz də var, hikmətlə bəzər cahanı. 
Başıuca eylər daim insanı. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə