|
Zakir bayramli2018-997Nazirliyinin
kollegiya iclasının qərarına əsasən işdən azad
olunmuşdu. Qərara uyğun olaraq şöbədə və rayonun ümumtəhsil
məktəblərində başqa kadr dəyişilikləri də həyata keçirilmişdi. Bu
azmış kimi həmin ilin son günlərində kadr təzələnməsi proseduru
hətta şöbənin mərkəzləşdirilmiş mühasibatlığına da keçdi.
Rayonun rəhbər orqanına gedən şikayət əsasında əvvəlki baş
mühasib qəflətən dəyişdirildi. Məni RXMŞ-nin əmrilə müvəqqəti
olaraq
baş mühasib əvəzi təyin etdilər.
O ildə mən D.X.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunda uçot-iqtisad fakültəsinin qiyabi şöbəsinin
III kursunda uğurla təhsil alırdım. Ovqatım çox şən idi.
Mühasibatlıqda da işlərim pis getmirdi. Şöbənin ikinci mühasibi
kimi çətin bir vəzifənin öhdəsindən layiqincə gələ bilirdim. Lakin
işlər mən dediyim kimi olmadı, vəziyyət birdən-birə dəyişildi. Məni
indi yüksək məsuliyyətin altına salmaqla irəli çəkmək istəyirdilər.
RXMŞ-nin baş mühasibini əvəz etdiyim 3 ay ərzində mənə
dəfələrlə həmin vəzifəyə daimi keçmək təklif olunmuşdu. Ancaq
bu tezkən belə yüksək vəzifədə işləmək təklifi mənim heç yuxuma
215
da girməmişdi. O dövrlərdə Siyəzən rayonu da Dəvəçinin tərkibinə
daxil idi. Hələ RXMŞ kimi nəhəng təşkilatda ikinci rəhbər məsul
vəzifə tutmaq üçün özümü çox gənc hesab edirdim. Əsgərlikdən
də üçüncü il idi ki, tərxis olunmuşdum. Sözün qısası, mənim baş
mühasib olmaq fikirim yox idi, arzularım başqa-başqa və daha
böyük idi.
Dostları ilə paylaş: |
|
|