Zakir bayramli


dərnəyin təbliğatçısı vəzifəsini də yerinə yetirirdi. Bəzi hallarda



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə144/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   140   141   142   143   144   145   146   147   ...   348
2018-997

dərnəyin təbliğatçısı vəzifəsini də yerinə yetirirdi. Bəzi hallarda 
onu direktoru əvəz edən məsul şəxs kimi də görürdük. Çox 
hallarda 
isə onun yoruldum sözünü dilə gətirmədən məktəbdə və 
rayon təhsil şöbəsində keçirilən bir çox tədbirlərə aid şüarlar və 
plakatlar yazdığının da şahidi olurduq. Bütün bu işlərlə yanaşı 
Baba müəllim məktəbimizdə bir saat da dərsinin boş keçməsinə 
razı olmazdı. Cədvəl üzrə vaxtında gəlib dərsini keçər, sonra isə 
ona tapşırılan digər işlərin icrasını davam etdirərdi. Evi məktəbə 
yaxın olduğu üçün çox vaxt iş vaxtından sonra və qeyri iş günləri 
də onu məktəbdə iş başında görmək olardı. 
Tale elə gətirdi ki, mən Bakı Plan-Uçot Texnikumunu 
bitirdikd
ən sonra təhsil işçisi oldum. Və təqaüdə çıxana kimi bu 
yolu uğurla davam etdirdim. Baba müəllim də məktəblərdə iş 
fəaliyyətini davam etdirdiyinə görə onunla daha yaxın oldum. O, 
mənə həm iş yoldaşı, həm yaxın dost, həm də bir neçə il ardıcıl 
olaraq getdiyimiz turist səfərlərində etibarlı və yaddaqalan yol 
yoldaşı oldu. Bu müddət ərzində mən Baba müəllimi daha 
yaxından tanıdım, ona olan sevgim və hörmətim daha da artdı. 
Bir müəllim kimi onun analoqu yox idi. Elə bil anadan-
gəlmə bu peşə üçün doğulmuşdu. Sanki onda şirin nəvazişlə, 


219 
səmimi sözlə-söhbətlə insanları ələ almaq qabiliyyəti vardı. 
Özünün elmiliyi, sözünün helmiliyi ilə elə bil tərəf müqabilini 
ovsunlayırdi. Bir sözlə, bu müdrik insan dərs dediyi şagirdlərin də 
qəlbinə yol tapmağı bacarırdı. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə