Zakir bayramli


Baba müəllim Vətənimiz Azərbaycanın və onun əsrarəngiz



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə146/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   142   143   144   145   146   147   148   149   ...   348
2018-997

Baba müəllim Vətənimiz Azərbaycanın və onun əsrarəngiz 
təbiətinin ürəkdən vurğunu idi. Onların hər ikisini bütün varlığı 
ilə sevirdi .Təbiət gözəlliklərinə də heç vaxt biganə deyildi. Bu 
göz
əl pedaqoqla mən həmişə təbiət qoynunda olanda elə bil 
mənəvi rahatlıq tapır, dərdi-sərimi tamam unudaraq özümü 
tamamilə xoşbəxt sanardım. İsti yay vaxtlarında bir parça pendir -
ç
örəyini belə soyuq bulaq başında, meşə qoynunda, göy- 
çəmənlikdə süfrə başında dostlarla bölüşərək yeyərkən çox 


220 
sevinər, sanki dünyanı ona bağışlayardılar. 
Bir müəllim, iş yoldaşı və dost kimi mənim üçün o, ideal 
şəxsiyyət, əlçatmaz bir zirvə idi. Ancaq əfsuslar olsun ki, zalım 
Fələk bizi bir-birimizdən çox tez ayırdi. Dostluq və yoldaşlıq 
tellərini tez qıraraq arzumuzu yarıda qoydu. Bizə dostluq adlı bu 
körpüdən axıra qədər keçməyə imkan vermədi. Hörmətli 
müəllimim ağır formada xəstələnərək yatağa düşdü. Uzun sürən 
bu vəziyyət onun bizimlə yaxından ünsiyyət qurmasına, dinib- 
danışmasına, söhbət qurmasına mane oldu. 
İndi isə artıq Baba müəllimin vəfatından 22 il ötüb. O, haqq 
dünyasına qovuşub. Lakin mən onun bir keçmiş şagirdi, bir yaxın 
dostu 
kimi bu günəcən onun məzəli söz- söhbətlərini, müdrik 
kəlamlarla və dürüst məlumatlarla zəngin olan şirin və mehriban 
danışığını yaddaşımdan silə bilməmişəm. Bir ağsaqqal kimi ağıllı 
məsləhətlərini, dostluğun və yoldaşlığın tələblərinə cavab verən 
sədaqətini və etibarını zərrə qədər də unutmamışam. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə