Zakir bayramli


Şabran rayon təhsilinin aparatında 40 ildən artıq çalışmış



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə145/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   141   142   143   144   145   146   147   148   ...   348
2018-997

 
Şabran rayon təhsilinin aparatında 40 ildən artıq çalışmış 
yeganə şəxs kimi mən iş prosesində müxtəlif vaxtlarda rayonda 
işləyən əksər müəllimlərlə az-çox halda görüşmüş və işlə bağlı 
daim onlarla 
ünsiyyətdə olmuşam. Həmin insanlarda olan müsbət 
keyfiyyətlərin canlı şahidi olmuş, onsuz da möhkəm olan yadda-
şımda bu keyfiyyətlərin siyahı əsasında şifahi olaraq sanki 
”şifrələnmiş”və onların uçotunu aparmışam.Əldə etdiyim həmin 
məlumatları yaddaşımın arxivində hələ də saxlamışam . Lakin bu 
insanlar arasında Baba müəllim kimi hərtərəfli inkişaf etmiş, 
çoxlu sayda 
yaxşı xüsusiyyətləri özündə birləşdirən ikinci insan 
görməmişəm. O, hərtərəfli yetişmiş ziyalı, öz hərəkətlərini ciddi 
nəzarətdə saxlamağı bacaran çox mədəni bir şəxsiyyət idi. O, 
kimdənsə qeybət etməyi, kiminsə ardınca danışmağı sevməzdi. 
Onun s
özündə-söhbətində o qədər şirinlik, dərin məna və məntiq 
var idi 
ki,.. Sanki bu insanın qarşısındakı tərəf müqabilini xoşbəxt 
insan saymaq olardı. Çünki o, elə bil öz sözündə-söhbətində acı və 
pis əhval- ruhiyyə yaradan, bir sözlə, yoldaşın qəlbini qıran 
sözlərdən tamamilə imtina etmişdi. Paxıllıq və kin nə olan şeydir, 
ömrü boyu o, 
bilməzdi. 
Baba müəllim ailədə də özünü çox səmimi və mehriban 
aparırdı. Bir neçə dəfə bunun şahidi olmuşdum. Ailə içində də o, 
böyük hörmətə və nüfuza malik idi. Bütün övladları və ömür- gün 
yoldaşı Tamara xanım daim qulluğunda durur, onun üçün lap “ 
əldən-ayaqdan” gedərdilər. 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə