|
Zakir bayramlitikinti təşkilatına köçürməkdən ibarət idi. Təhvil-təslim zamanı2018-997tikinti təşkilatına köçürməkdən ibarət idi. Təhvil-təslim zamanı
inşaat işlərinin həcminin şişirdilməsi halları aşkar edildikdə bu
işə hüquqi qiymət verilirdi.
Hər dəfə də tikinti işlərinin qəbulu aktlarına Nazirliyin
nümayəndəsi ilə yanaşı rayonun baş memarı, RXMŞ müdiri və
digər məsul şəxslər imza edirdilər. Və hər həftənin şənbə
günlərində həmin məktəbdəki tikintidə olan real vəziyyət rəsmi
şəkildə rayonun rəhbərliyində müzakirə olunuraq protokollaş-
214
dırılırdı.
Tamara xanım da bu işə nəzarət edənlərdən idi. Mən də
daxil olmaqla şöbənin əksər işçiləri məktəbdə aparılan tikinti
işlərinə nəzarət etmək kimi məsul işə qoşulmuşdular. Məqsədimiz
tikintinin podratçı təşkilatlar tərəfindən təsdiq edilmiş layihə üzrə
aparılması, təchizat işlərinin plan-qrafikə əsasən düzgün və
vaxtında yerinə yetirilməsi və binanın dərs ilinin əvvəlinədək
istifadəyə verilməsi idi.
Tamara müəllimə qadın və ana qayğıları ilə əhatə olun-
masına baxmayaraq, mərdliklə bu işin öhdəsindən gəldi. Şagird
tutumuna görə rayonda yeganə olan bu məktəb 1972/1973-cü
tədris ilində işə başladı və öz istəkli şagird və müəllim kollektivini
qoynuna aldı.
Tale elə gətirdi ki, mənə də bu qorxmaz, lakin olduqca
mülayim, səmimi və mehriban insanla – Tamara Qasımova ilə bir
idarədə işləmək qismət oldu.
Tamara Qasımova RXMŞ-nin rəhbərliyinə işə gələndə
ondan əvvəlki müdir bir neçə işçisi ilə Azərbaycan SSR Maarif
Dostları ilə paylaş: |
|
|