|
Zakir bayramliŞabran (keçmiş Dəvəçi) rayonunun təhsil tarixinə İsbat2018-997Şabran (keçmiş Dəvəçi) rayonunun təhsil tarixinə İsbat
müəllimin adı riyaziyyat məktəbinin banisi kimi həkk olunub.
Çünki həmin dövrlərdən neçə onilliklər keçsə belə, İsbat İsaqovun
yetişdirdiyi məzunlar pedaqoji ali məktəbləri bitirdikdən sonra bu
fənnin tədrisində rayon məktəblərində xüsusi yer tuturlar. Bu təhsil
fədaisinin indi Dəvəçi məktəblərində riyaziyyat, fizika, kimya və
digər texniki fənnlərdən dərs deyən 50 nəfərdən artıq keçmiş şagirdi
vardır.
Lakin göstərdiyim faktlar İsbat İsaqovun yetişdirdiyi məzun-
ların tam siyahısı deyildir. Onun dərs dediyi məzunlar arasında 3
nəfər elmlər doktoru, 15 nəfərdən çox elmlər namizədi və bir neçə
əməkdar müəllim vardır.
İ. İsaqovun coşqun pedaqoji fəaliyyəti və onun rayonumuzda
riyaziyyat fəninin tədrisinin inkişafına verdiyi töhfələr olduqca
zəngin və dəyərlidir. Məhz ona görə dövlətimiz tərəfindən bu riya-
ziyyat fədaisinin əməyinə bir sıra təltiflərlə yüksək qiymət verilib.
O,
1970-
ci ildə “V.İ.Leninin 100 illik yubiley” medalı, 1976-cı
ildə isə “Şərəf nişanı” ordeni ilə təltif edilib. 1983-cü ildə
pedaqoji sahədə qazandığı uğurlara görə “metodist müəllim”
adına layiq görülmüşdür.
İsbat müəllimin bir övladı var. Oğlu Elşən hərbi zabitdir. Milli
ordumuzda
xidmət edir.
Şabranın (keçmiş Dəvəçinin) riyaziyyatçılar məktəbinin
yaradıcısı, təhsilin cəfakeşi İsbat İsaqov 1995-ci ilin dekabr ayında
65 yaşında vəfat edib. Onun, dünyasını dəyişdiyi vaxtdan 22 il
keçsə də, o, hələ də unudulmayıb, çoxsaylı keçmiş şagirdləri
tərəfindən onun əziz xatirəsi həmişə uca tutulur və tez-tez yad edilir.
213
TAMARA QASIMOVA - RAYONDA
İLK QADIN
MAARİF MÜDİRİ
Dostları ilə paylaş: |
|
|