Zakir bayramli


yüksək dərəcəli təssübkeşi olmuşdur



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə135/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   ...   131   132   133   134   135   136   137   138   ...   348
2018-997

yüksək dərəcəli təssübkeşi olmuşdur.
İsbat İsaqov sözün həqiqi mənasında Şabran (keçmiş 
Dəvəçi) rayonunda güclü riyaziyyat məktəbinin təməl daşını 
qoyan insanlardandır. Bu təhsil fədaisi dərs dediyi məktəblərdə və 
dərsdən kənar məşğələlərdə riyaziyyat fənnini böyük canıyana-
lıqla, yüksək peşəkarlıqla, yeni və mütərəqqi dərs üsulları ilə 
böyük həvəs və ürəklə tədris etmişdir. Onun bu fənnin tədrisi ilə 
bağlı açdığı və bildiyi bir çox sirləri dərs dediyi şagirdlərə yüksək 
peşəkarlıqla öyrətməsi mənə onu belə adla adlandırmağa əsas 
verir. Bir sözlə, o illərdə İsbat İsaqovun tükənməz səyi, təşkilat-
çılığı və yaxından rəhbərliyi ilə rayonumuzda böyük riyaziy-
yatçılar dəstəsinin yetişdirilməsi kimi məsul və dövlət əhəmiyyətli 
iş həyata keçirilib. 
İsbat müəllimi mənə sevdirən və ona qırılmaz tellərlə 
bağlayan bir cəhəti də onun orta məktəbdə VI-VIII siniflərdə 
oxuyarkən mənə rəsmxət fənnindən dərs deməsi olub. Açığını 
deyim ki, mən hələ yeniyetmə çağlarımda şagird partasında 
oturan dövrlərdən onun biliyinə, bacarığına, səbrinə və dərsi bö-
yük həvəslə, ustalıqla, yüksək dirijorluqla və vətənpərvərliklə, özü 
də nəzərə çarpacaq dərəcədə canıyananlıqla tədris etməsinə valeh 
olmuşdum. Onun sinifdə dəqiq elmləri ürək coşqusu, böyük istək 
və sevgi ilə, yüksək maraqla, yeni tədris metodlarına əsasən izah 
etməsi və tədris işini uğurla həyata keçirməsi məni elə şagird 


209 
olduğum vaxtlardan ovsunlamışdı. 
O, rayonumuzda riyaziyyat elminin mahir bilicisi, peşəkar, 

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə