86
01 may 1981-
ci il tarixə məktəbə aşağıdakı cavabdeh şəxslər
rəhbərlik edirdi:
Baba Muradəliyev - direktor, Nadir Qəribov və Əzizağa
Əzizov - direktorun təlim-tərbiyə
işləri üzrə müavinləri, Rəfiqə
Dəmirova - təşkilatçı, Bayram Rzayev - direktorun təsərrüfat işləri
üzrə müavini, Ələmşah Qurbanov - hərbi rəhbər,
Südabə
Əsədullayeva – PBDR və qeyriləri.
Azərbaycan SSR MN-nin 17.12.1981-ci il tarixli 403 №-li,
Dəvəçi RXMŞ-nin 14.01.1982-ci il tarixli 12 №-li əmrləri ilə
məktəbin direktoru Baba Mövsüm oğlu Muradəliyev tutduğu
vəzifədən azad edilərək Dəvəçi rayon əyani-qiyabi axşam
ümumtəhsil məktəbinə direktor təyin edilib.
Məktəbin 14 yanvar 1982-ci il tarixli 03№-li əmrinin 2-ci
paraqrafı ilə məktəbin direktorluğu vəzifəsi müvəqqəti olaraq həmin
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nadir Bəylər
oğlu Qəribova tapşırılıb.
Azərbaycan SSR Maarif Nazirliyinin 05 fevral 1982-ci il
tarixli 52 №-li, Dəvəçi rayon XMŞ-nin 12.02.1982-ci il tarixli 58№-
li əmrlərinə əsasən
ali təhsilli coğrafiya müəllimi, 1964-cü ildən
pedaqoji fəaliyyətə başlamış Nofəl Gülü oğlu Məmmədov
rayonun Çölquşçu kənd orta məktəbinin direktoru vəzifəsindən
azad olunaraq məktəbə direktor vəzifəsinə köçürülüb.
O dövrlərdə məktəbdə təşkil edilmiş günüuzadılmış qruplarda
tərbiyə alan şagirdlərin tərbiyəsinin düzgün təşkilinə xüsusi diqqət
və qayğı vardı. Bu məqsədlə keçirilən müxtəlif məşğələlər, oyunlar,
istirahət (günorta yuxusu da daxil olmaqla) həmin uşaqların gələcək
inkişafı, onların sağlam böyüməsi üçün misli görünməyən əhəmiy-
yətə malik idi. Lakin bunlardan da ən vacibi qruplarda tərbiyə alan
şagirdlərin təkcə valideynlərin deyil, onların bir qisminin dövlət
hesabına gündə bir və ya iki dəfə pulsuz
yeməklə təmin edilməsi
məsələsi idi. Yaxşı yadımdadır: mən o illərdə RXMŞ-nin xətti ilə
bir neçə dəfə xəbərdarlıq edilmədən məktəbdə bu işin gedişini
yoxladım. Nəticə fərəhləndirici idi. Bu sahədə olan müsbət irəlilə-
yişləri və əldə edilən uğurları görüb
çox sevindim və bu barədə
RXMŞ-nə yazılı arayış təqdim etdim.
Məktəbin 22.02.1982-ci il tarixli 36 №-li əmrində məktəbdə
87
təşkil edilmiş 7 günüuzadılmış qrupda təhsil alan 63 nəfər şagirdə
(28 nəfərinə 100%-lə, 35 nəfərinə isə 50%-lə) dövlət büdcəsi
hesabına isti yemək verildiyi bildirilir.
Məktəbin müəllimlərinin attestasiyadan
keçirilməsi barədə
məktəbin 13.03.1982-ci il tarixli 40 №-li əmrilə komissiya yara-
dılıb.
Dostları ilə paylaş: