1991-2000-
ci illər
İllik imtahandan və yekunda müsbət qiymətlər almış 94 nəfər
IX sinif şagirdinə natamam orta məktəbi bitirmək haqqında (Əmr №
98 1991-
ci il) şəhadətnamə verilib
.
Həmin şagirdlərdən IX “b”
sinfində oxumuş 5 nəfərə isə keçdiyi fənnlərdən illik, imtahan və
yekun qiymətləri əla olduğuna, məktəbin ictimai təşkilatlarının və
şagird özünüidarə təşkilatlarının işində fəal iştirakına görə fərqlən-
mə şəhadətnaməsi verilib.
1990/1991-
ci tədris ilinin sonunda (Əmr №106 25.06.1991-ci
il) orta məktəbin son imtahanlarını müvəffəqiyyətlə verərək bura-
xılış sinfini bitirmiş 79 nəfər məzuna orta təhsil haqqında attestat
verilib.
Məktəbin 24.06.1991-ci il tarixli pedaqoji şura iclasının qəra-
rına əsasən Azərbaycan Respublikası Xalq Təhsil Nazirliyinin
mövcud təlimatlarına əsasən
orta təhsil haqqında attestat qiy-
mətləri “ 5” olan, yalnız iki fənnən artıq olmayaraq “ 4” qiymət
alan, məktəbin ictimai həyatında fəal iştirakları olan XI “b”
sinif məzunları Arzu Musayevaya və Mehriban Rüstəmovaya
gümüş medal verilməsi nəzərdə tutulub.
1991/1992-
ci dərs ilinin əvvəlinə (01.09.1991-ci il tarixə)
məktəbdə min nəfərə yaxın şagird təhsil alırdı. Ayrı -ayrı siniflərdə
isə şagird kontingentinin say tərkibi aşağıdakı vəziyyətdə idi:
Beş I sinifdə 105 nəfər, dörd II sinifdə 102 nəfər, altı III
sinifdə 135 nəfər, iki IV sinifdə 39 nəfər, beş V sinifdə 113 nəfər,
beş VI sinifdə 115 nəfər, dörd VII sinifdə 92 nəfər, üç VIII sinifdə
63 nəfər, üç IX sinifdə 67 nəfər, dörd X sinifdə 81 nəfər, dörd XI
sinifdə 81 nəfər, cəmi 45 sinifdə 993 nəfər.
1991/1992-
ci tədris ilinin başlanğıcında aşağıda adları qeyd
olunan ixtisaslı müəllimlər məktəbdə təhsil işinə cəlb olunmuşdular:
Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə:
Rahib Aslanov,
Həqiqət Əzimova, Əzizə Muradova, Müslüm Mayılov, Münəvvər
Əkbərova, Gülbikə Nurməmmədova, Məhbubə Salmanova, Şərqiy-
yə Cəbrayılova, Niknijad Sahibə.
Dostları ilə paylaş: |