Zaqatala Bölgə Təcrübə Stansiyası
Cəlilabad Bölgə Təcrübə Stansiyası
Direktor: Kərimov Nəbi İsmayıl oğlu
Baş mühasib: Talıbova Məryəm Mahmud qızı
Bitki seleksiyası və toxumçuluğu şöbəsi
Şöbə müdiri: Sofiyev Həbib Saleh oğlu
Əliyeva Əminət İslam -aparıcı elmi işçi
Sofiyev Vaqif Həbib oğlu-elmi işçi
Məcidova Elmira şamil qızı –kiçik elmi işçi
Əhmədov Zəminə Həsən qızı-aqronom
Qurbanova Cəmilə Ərşad qızı –aqronom
Əhmədova Ruhiyyə Yusif qızı –böyük aqrotexnik
Yaqubov Rəhmətulla Salam oğlu- böyük aqrotexnik
Hacıyev Sevinc Məhəmməd qızı-aqrotexnik
Əkinçilik və bitki diversifikasiyası şöbəsi
Şöbə müdiri: Abdullayev Nərgiz Musa qızı
Qurbanova Hədiyyətullah Şıxamir-böyük elmi işçi
Məmmədova Sevda Tofiq qızı- böyük elmi işçi
Yusubov Musa Şaban oğlu-aqronom
Mamayev Məhsəti İbad qızı-böyük aqrotexnik
Bilalova Münəvvər Müslüm qızı-aqrotexnik
Danaçı Dayaq Məntəqəsi
Direktor: Əhmədov Məhəmməd Ömər oğlu
Əhmədova Məryəm Mehdievna-böyük aqrotexnik
Zaqatala BTS 1924-cü ildə Zaqatala tütün dayaq stansiyasının bazası əsasında
yaradılmışdır. Həmin illərdə tütün plantasiyası birbaşa Zaqatala qəzasının
aqroməntəqəsi ilə bağlı olub və 1926-cı ildə Zaqatala tütün təcrübə stansiyası
adlandırılıb, onun fəaliyyəti tütünçülük olub. Stansiyanın yaradıcısı və rəhbəri
Ə.D. Rəcəbli ilk illərdə bütün fəaliyyətini əkinçiliyin inkişafına yönəldib.
1930-cu ildə təcrübə stansiyasında yer fındığı, soya üzrə tədqiqatlar aparılıb.
Dənli, texniki bitkilər və meyvəçilik üzrə elmi işlər davam etdirilib. Ə.D.
Rəcəblinin rəhbərliyi altında 1930-cu il burada Pərzivan 46/2 və Zaqatala 294/1
araxis sortları yaradılmış Azərbaycanda və Orta Asiyada rayonlaşmışdır.
1950-ci ildən Zaqatala bölgə təcrübə stansiyası Azərbaycan Elmi-Tədqiqat
Əkinçilik İnstitutunun tabeçiliyinə verilmişdir. Stansiyanın kollektivi sonrakı
illərdə də xəstəlik və zərərvericilərə davamlı, yüksək və keyfiyyətli məhsul
verən sort və hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması
və son nəticələrin fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətlərində geniş
miqyaslı tədqiqat işləri aparmışdır.
Hal-hazırda elmi tədqiqat işlərinin aparılması və yeni nailiyyətlərin əldə
olunması üçün stansiyada bitki seleksiyası və toxumçuluq istiqamətində iki şöbə
fəaliyyət göstərir. Stansiyada 23 nəfər çalışır ki, onlardan 5 nəfəri tədqiqatçıdır.
Elmi tədqiqatlar ryonun 3 müxtəlif sahəsində həyata keçirilir.
•Pərzivan sahəsi dəniz səviyyəsindən 500 m hündürlükdədir-torpağı allüvial
çəmən torpağıdır (dağdibi zona).
•Çökək-oba sahəsi dəniz səviyyəsindən 370 m hündürlükdə yerləşir (orta
qurşaq).
•Danaçı Dayaq Məntəqəsi dəniz səviyyəsindən 220 m hündürlükdə yerləşir
(Alazan ətrafı zona).
Seleksiya işləri nəticəsində burada yumşaq buğdanın “Pərzivan 1”, qarğıdalının
“Zaqatala yaxşılaşdırılmış”, “Zaqatala 514”, “Zaqatala 68”, “Zaqatala 420”,
tütünün “Zaqatala 67”, “Zaqatala iriyarpaqlı”, “Trapezond 1” sortları yaradılmış
və rayonlaşmışdır.
Zaqatala BTS-nin elmi-təcrübə bazasında 80-100 ton taxıl, 15-20 ton
qarğıdalının yüksək reproduksiyalı toxumu istehsal olunur və rayonun dövlət və
özəl toxumçuluq təsərrüfatlarına təklif olunur.
Zaqatala BTS-də uzun müddət Ə.D. Rəcəbli, T.X. Axundzadə, E.L. Sinskaya,
İ.X. Əliyev işləmiş, A.M. Əsədov, G.Ş. Unçiyeva, H.M. Əlicanov,
N.İ. Kərimov, Ə.İ. Əliyeva isə bu gün də stansiyada böyük əzmlə çalışırlar.
Əlaqə tel: 050-358-29-86
Email:
zaqatala_bts@mail.ru
Zaqatala BTS