Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə88/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   84   85   86   87   88   89   90   91   ...   124

§ 3, Vərəsaləri olmayan əmlak 
hər hansı bir şəxsin ölümü ilə bağlı həmin vətəndaşın haqqı çatdığı 
pul və digər əmlakı məhkəmədən, hakimiyyət orqanlarından, yaxud 
ayrı-ayn şəxslərdən almaq hüququna malikdir. 
Yuxarıda  sadalanan  funksiyaları  konsulluğun  vəzifəli  şəxsi 
yerinə yetirərkən o, qəbul edən dövlətin qanunvericiliyinə və qayda- 
lanna riayət etməyə borcludur, 
§ 3. Vərəsələri olmayan əmlak 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  1165-ci 
maddəsi  vərəsələri  olmayan  əmlakın  dövlət  xəzinəsinə  keçməsi  ilə 
əlaqədar məsələləri tənzimləyir. Əgər miras qoyanın nə qanun üzrə, 
nə də vəsiyyət üzrə vərəsələri yoxdursa və ya vərəsələrdən heç biri 
mirası  qəbul  etməmişdirsə,  yaxud  bütün  vərəsələr  vərəsəlik 
hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə 
keçir. Bu zaman dövlət qanun üzrə vərəsə hesab edilir. Dövlət, eyni 
zamanda, vəsiyyət üzrə vərəsə kimi də çıxış edə bilər 
Beləliklə,  .Azərbaycan  Respublikasının  qanunvericiliyinə  görə 
vərəsələri  olmayan  əmlak  dövlət  mülkiyyətinə  keçir  və  dövlət  belə 
əmlakın varisi hesab olunur. Lakin bir sıra xarici dövlətlərdə (ABŞ, 
Fransa,  Avstriya  və  s.)  vərəsəsiz  əmlakın  dövlətə  keçməsinə  başqa 
hüquqi  qiymət  verilir.  Həmin  dövlətlərin  qanunvericiliklərinə  görə 
vərəsəsiz  əmlakın  dövlətə  keçməsi  "işğal"  hüququ  əsasında  həyata 
keçirilir.' 
Məsələyə  belə  fərqli  hüquqi  yanaşma  dövlətdaxili  vərəsəlik 
münasibətləri üçün heç bir əhəmiyyət kəsb etmir. Faktiki olaraq hər 
iki  halda  vərəsəsiz  əmlak  dövlət  xəzinəsinə  keçir.  Lakin  xarici 
elementi i vərəsəlik münasibətləri üçün bunu demək olmaz. Belə ki, 
"işğal" hüququ prizmasından məsələyə yanaşma özünün vəfat 
1. FyöaHOB A.A. Hac-iciiOBaHiıe 
B
 MejitayHapomioM nacTUOM npaBc. M., 1972, c. 225 
269 


Fəsil 15. Vərəsəlik hüququ 
etmiş  vətəndaşının  xarici  dövlətin  ərazisində  yerləşən  əmlaka 
vərəsəlik hüququ əsasında dövlətin iddia etməsini istisna edir. 
Bununla  əlaqədar  hüquqi  yardım  haqqında  müqavilələrdə,  bir 
qayda  olaraq,  vərəsələri  olmayan  əmlakın  razılığa  gələn  tərəflərə 
keçməsi  qaydası  haqqında  xüsusi  norma  nəzərdə  tutulur.  Məsələn, 
1993-cü il mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq 
münasibətləri  haqqında  MDB  Konvensiyasının  46-cı  maddəsinə 
görə, əgər Razılığa Gələn Tərəflərin vərəsəlik zamanı tətbiq edilən 
qanunvericiliyinə görə dövlət varis hesab edilirsə, onda miras qalan 
daşınar  əmlak  miras  qoyanın  vəfat  etdiyi  zaman  vətəndaşı  olduğu 
Razılığa  Gələn  Tərəfə,  daşınmaz  əmlak  isə  ərazisində  olduğu 
Razılığa  Gələn  Tərəfə  keçir.  Maddi  hüquqi  xarakter  daşıyan  bu 
norma kollizion problemin aradan qaldırılmasına yönəlmişdir. 
270 


Fəsil 16. Beynəlxalq xüsusi hüquqda 
əmək münasibətləri 
§ 1. Xarici elementi! əmək münasibətləri 
sahəsində kollizion məsələlər 
Müasir  dövrdə  xarici  elementli  əmək  münasibətləri  adi  hal 
almışdır.  İnsanlar  iş  dalınca  öz  ölkələrini  tərk  edir,  xarici 
dövlətlərdə  daha  sərfəli  şərtlərlə  əmək  müqaviləsi  bağlamaq 
istəyirlər.  Sahibkarlar  da,  eyni  zamanda,  qabaqcıl  texnikanın 
tətbiqi ilə əlaqədar xaricdən mütəxəssislər dəvət edir. Digər halda 
onlar  ucuz  işçi  qüvvəsinin  axtanşına  çıxır  və  bunu  inkişaf 
etməkdə  olan  ölkələrin  iş  axtaran  əmək  qabiliyyətli  əhalinin 
timsalında  realizə  edirlər.  Əmək  münasibətlərinin  bezi 
növlərində  (təyyarəçilər,  dənizçilər  və  s.)  isə  xarici  elementin 
mövcudluğu birbaşa onlann xarakterindən irəli gəlir. 
Dünyada  gedən  inteqrasiya  prosesləri  də  xarici  elementli 
əmək  münasibətlərinin  kütləsinin  artmasına  təsir  göstərir. 
Transmilli  korporasiyaların  sərhəd  tanımayan  təsərrüfat 
fəaliyyəti,  iqtisadiyyata  xarici  investisiyalarm  cəlb  edilməsi  və 
xarici investisiyalı müəssisələrdə əmək fəaliyyəti, xarici dövlətdə 
təhsilin  davam  etdirilməsi,  elmi-texniki  əməkdaşlığın  forması 
kimi mütəxəssislərin mübadiləsi zamanı da xarici elementli emək 
münasibətləri  meydana  gəlir.  Əmək  hüquq  normalarının  təsir 
dairəsinə  düşən  belə  münasibətlərin  tənzimlənməsi  üçün  hansı 
dövlətin  hüququ  səlahiyyətlidir?  Tə-  bii  ki,  problem  kollizion 
hüquq normaları vasitəsi ilə həll edilməlidir. 
Ayn-ayrı  dövlətlərin  qanunvericiliyində  və  məhkəmə 
təcrübəsində xarici elementli əmək münasibətlərinə tətbiq edilən 
aşağıdakı kollizion bağlanmalara rast gəlinir: 
1.
 
İradələrin  muxtariyyəti  (lex  voluntatis). 
Əmək 
müqavilələri 
zamanı 
iradələrin  muxtariyyəti  bir  çox  hallarda 
əsas  prinsip  kimi 
çıxış 
edir.  Böyük  Britaniya,  AFR,  İtaliya, 
Kanada  qanunvericiliyində  əmək  hüquq  münasibətlərinə 
tərəflərin seçdiyi qanunun tətbiq edilməsi nəzərdə tutulmuşdur. 
Bəzi dövlətlərin qanunvericiliyi isə 
271 


Fosil 16. Beynolxalq xüsusi hüquqda əmək münasibətləri 
İradələrin  muxtariyyəti  prinsipinə  müəyyən  şərtlərlə  istinad  edir. 
Məsələn,  ABŞ  qanunvericiliyinə  görə  tərəflər  yalntz  əmək 
münasibəti ilə sıx əlaqədə olan qanunu seçməkdə sərbəstdirlər. 
2.
 
İşin  görüldüyü  yerin  qanunu  (lex  loci  laboris).  Tərəflər  öz 
aralannda  tətbiq  ediləcək  qanunu  müəyyən  etmədiyi  hallarda,  bir 
qayda olaraq onların əmək fəaliyyətinə işin adi halda görüldüyü yerin 
qanunu  (lex  loci  laboris)  tətbiq  edilir.  Bəzi  dövlətlərin 
qanunvericiliyində  (AFR)  işin  görüldüyü  yerin  qanunu  əlavə 
kollizion bağlanma kimi nəzərdə tutulsa da, digərlərində (Avstriya, 
Macarıstan, İspaniya, İsveç və s.) bu əsas kollizion bağlanma hesab 
edihr.  Bir  sıra  hallarda  işçi  üçün  işin  görüldüyü  yerin  qanununa 
əsasən  nəzərdə  tutulan  müdafiə  tədbirləri  ilə  əlaqədar  da  tərəflərin 
seçdiyi qanunun tətbiqi məhdııdlaşdınhr. Kvebek Mülki Məcəlləsinə 
görə  əmək  müqaviləsi  ilə  əlaqədar  tərəflərin  seçdiyi  qanun  işin 
görüldüyü ölkənin imperativ nonnalarına əsasən işçiyə təqdim edilən 
müdafiə vasitələrindən istifadəni istisna etmir. Əgər işin görüldüyü 
yeri müəyyən etmək qeyri- mümkündürsə, onda işə götürənin işgüzar 
fəaliyyətinin  əsasən  həyata  keçirildiyi  yerin  imperativ  nonnalarına 
istinad edilir. 
3.
 
İşə götürənin yerləşdiyi yerin qanunu. Yuxanda qeyd edildiyi 
kimi  işin  görüldüyü  yeri  müəyyən  etmək  mümkün  olmadıqda  bu 
kollizion  bağlanmaya  istinad  edilir.  Əmək  müqaviləsinə  görə  işin 
icrası  bir  neçə  dövlətin  ərazisi  İtə  bağlı  olduqda  da  bu  prinsipə 
üstünlük  verilir.  İşə  götürənin  yerləşdiyi  yerin  qanunu  kimi  işə 
götürənin ya yerləşdiyi, ya yaşadığı, ya da kommersiya fəaliyyətinin 
həyata keçirdiyi yerin qanunu tətbiq edilə bilər (İsveçrə). 
4.
 
İşə götürənin şəxsi qanunu (lex patriae). Bu kollizion prinsipi 
əvvəlkinin  davamı  kimi  də  qiymətləndirmək  olar.  Macarıstan 
qanunvericiliyində  təsadüf  edilən  bu  normaya  görə  əgər  macar  işə 
götürənin işçiləri əmək fəaliyyətinin xeyli hissəsini ezamiyyətdə. 
1. X.Koii. y.Miinıyc, n.BnıiK.ııep (|x)iı MopcHt[K.ibc. MexayHapoiiHcre Hacrnoe npaao ıı 
cpiiHiiHTentıMoc [ipaBOBCjietme. M., 2001, c. 236 
272 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə