§ 2. Əmək münasibəllərinin beynəlxalq-hüquqi tonzimİ
Azərbaycan Respublikasımn xarici dövlətlərlə bağladığı
ikitərəfli müqavilələr arasında sırf əmək münasibətləri və sosial
təminat məsələlərini tənzimləyən müqavilələrə də rast gəlinir.
1997-ci ildə Azərbaycan Respublikası və Qırğızıstan Respublikası
hökumətləri
arasmda
bağlanan
əmək
fəaliyyəti
və
əməkçi-miqrantlann sosial müdafiəsi sahəsində əməkdaşlıq barədə
Saziş bu qəbildəndir. Saziş Azərbaycan Respublikasının və ya
Qırğızıstan Respublikasının vətəndaşlan olan və bu dövlətlərdən
birinin ərazisində daimi yaşayan, həmin Sazişə müvafiq olaraq digər
tərəfin ərazisində əmək fəaliyyətini həyata keçirən şəxslərə
(əməkçi-miqrantlara), həmçinin onlann ailə üzvlərinə tətbiq edilir.
Sazişin həyata keçirilməsinə cavabdehlik hər iki tərəfin Əmək və
Sosial MüdaTıə nazirliklərinin üzərinə qoyulmuşdur.
Əməkçi-miqrantlann əmək fəaliyyətinə cəlb edilməsi qaydası
onlan işlə təmin edən Tərəfin qanunvericiliyinə əsasən müəyyən
edilir. Əməkçi-miqrantlann və onların ailə üzvlərinin onları işlə
təmin edən Tərəfin ərazisinə gəlməsi, orada qalması və oradan
getməsi qaydası həmin dövlətin qanunvericiliyinə əsasən həyata
keçirilir. Səlahiyyətli orqanlar öz səlahiyyətləri çərçivəsində əməkçi
miqrantları işlə təmin edən Tərəfin ərazisində əmək fəaliyyətini
həyata keçirmələri üçün lazımi sənədlərin rəsmiləşdirilməsi ilə bağlı
əməliyyatların həyata keçirilməsini sürətləndirmək İstiqamətində
zəruri tədbirlər görməlidirlər.
Sazişə əsasən işlə təmin edən Tərəfin ərazisində əmək fəaliyyəti
ilə bağlı əməkçi-miqrantın səhhətinə dəymiş ziyanın ödənilməsinə
MDB çərçivəsində 1994-cü ildə imzalanmış “Əmək vəzifələrinin
icrası ilə bağlı şikəst olan, peşə xəstəliyinə tutulan, yaxud başqa zədə
alan işçilərə dəymiş ziyanın ödənilməsi hüququnun qarşılıqlı
tanınması haqqmda” Sazişin müddəaları tətbiq edilir. İşlə təmin edən
Tərəfin işə götürənin təsərrüfat fəaliyyətinin dayandı- nlması, habelə
əmək fəaliyyətini həyata keçirən əməkçi-mİqrant- ların sayının və ya
ştatının ixtisarı ilə bağlı əmək müqaviləsinin pozulması hallarında
əməkçi-miqrantlara işlə təmin edən Tərəfin qa
279
Fəsil 16, Beynəlxalq xüsusi hüquqda əmək münasibətləri
nunvericiliyinə əsasən imtiyazlar və kompensasiyalar verilməlidir.
Bu zaman işə götürən azad edilmiş əməkçİ-miqranta onun və ailə
üzvlərinin daimi yaşayış yerinə qayıtması üçün kifayət qədər vəsait
təqdim etməlidir.
§ 3. Əcnəbilərin Azərbaycan Respublikasına
əmək miqrasiyası
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində
təsbit edilən əmək hüqtıqunun subyekti “hər kəs”dir. Yənİ
Respublika Konstitusiyası vətəndaşlıqdan asılı olmayaraq hər kəsə
əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü,
peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu verir. Heç kəs zorla
işlədilə bilməz. Konstitutsion normaya görə əmək müqavilələri
sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə
bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir
ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ
vardır. Əsas Qanun, eyni zamanda, hər kəsin istirahət hüququna
təminat verir. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən
edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və
bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan
ödənişli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Bunlardan
əlavə. Konstitusiya hər kəsin sosial təminat hüququna fmaddə 38)
malik olmasını elan edir.
Sadalanan hüquqlann subyekt dairəsi müəyyən edilərkən "hər
kəs" ifadəsindən Konstitusiyada istifadə edilməsi bu sahədə
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikası və- təndaşlanna bərabər tutulmasının göstəricisidir. Bu
barədə Konstitusiyanın 69-cu maddəsinin birinci hissəsində düzünə
göstəriş vardır.
Azərbaycan Respublikasının ərazisində əmək münasibətləri
sferasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə milli rejim
280
§ 3. Əcnəbilərin Azərbaycan Respublikasına əmək miqrasiyası
verilməsi haqqında konstitusion norma cari qanunvericilikdə inkişaf
etdirilmişdir. 1997-ci İl “Əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 11-ci maddəsinə görə Azərbaycan Respublikasının
qanunvericiliyi və Azərbaycan Respublikasının iştirakçısı olduğu
beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən olunmayıbsa,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əmək münasibətlərində
Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlardan
istifadə edir və eyni vəzifələri daşıyırlar.
Qanuna görə Azərbaycan Respublikasına müəyyən müddət əmək
fəaliyyəti ilə məşğul olmaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər əmək fəaliyyəti ilə müəyyən olunmuş qaydada
məşğul ola bilərlər. Yalnız müəyyən vəzifələri tutmaq, yaxud
müəyyən fəaliyyət növləri ilə məşğul olmaq Azərbaycan
Respublikası vətəndaşlığı ilə şərtləndirildiyi hallarda əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər belə vəzifələr tuta və belə foaliy>'ət!ə
məşğul ola bilməzlər.
Əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan
Respublikasına gəlməsi, bir qayda olaraq, onların yaşayış yerinin
dəyişməsi ilə müşayiət olunur. Bütövlükdə bu proses əmək
miqrasiyası adlandmlır. Azərbaycan Respublikasında əmək
miqrasiyası proseslərinin hüquqi, iqtisadi və sosial əsaslan 1999-cu il
“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanunu ilə
müəyyən edilmişdir.
Qanunun 4-cü maddəsinə görə 18 yaşma çatmış hər bir əcnəbi
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan
Respublikasına gələ bilər. Əcnəbinin Azərbaycan Respublikasının
ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün
aşağıdakı iki şərtin gözlənilməsi tələb olunur: 1) iş yerinin tələblərinə
cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan
Respublikası vətəndaşının iddİa etmədiyi boş iş yerlərinin
mövcudluğu; 2) məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi
qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin
etmək imkanının olmaması.
281
Dostları ilə paylaş: |