§ 4. İmpemtiv normalar
Qanunvericinin ümumi qayda haqqında qeyd-şərti mücərrəd
saxlanması hüquq tətbiqetmə fəaliyyətini həyata keçirənlərə bu
institutun tətbiqilə bağlı geniş imkanlar açır. Məhz bunun nəticəsidir
ki, bəzən təcrübədə eyni xarakterli işə bir halda bu institutdan istifadə
etməklə xarici hüququn tətbiqindən imtina edilir, digər halda isə
tətbiq edilir. Ənənəvi olaraq milliləşdirmə haqqında sovet qanunlarını
ümumi qayda haqqında qeyd-şərtə əsasən tanımayan Fransa
məhkəməsinin 1954-cü ildə Yekatrina Şukin-Kelle- rin qaldırdığı
iddiaya baxarkən bu mövqeyindən əl çəkməsi buna misaldır'.
Bütün bunlara baxmayaraq nə qədər ki, planetimizdə genİş
spektrə malik milli hüquq sistemləri (bir anlıq İran hüquq sistemi ilə
hər hansı bir Avropa ölkəsinin hüquq sistemini müqayisə edin)
mövcuddur, ümumi qayda haqqında qeyd-şərt institutu öz
əhəmiyyətini saxlayacaqdır.
§ 4. İmperativ normalar
Beynəlxalq xüsusi hüquqda nisbətən yenİ olan bu instituta
münasibət birmənalı deyildir. Bir qrup müəlliflər bu institutu ümumi
qayda haqqında qeyd-şərt İnstitutunun davamı kimi qiymətləndirir,
digər qismi isə onların hər birini müstəqil institut kimi xarakterizə
edir.
Milli hüquqda olan kollizion normalarının tətbiqini məhdudlaş-
dınnaq bu institutun əsas təyinatıdır. Ümumi qayda haqqında qeyd-
şəndən fərqli olaraq imperativ normaların tətbiqi xüsusi hüquq
xarakterli münasibətin tənzimlənməsinin ilkin mərhələsində baş verir.
Hüquq tətbiq etmək səlahiyyətinə malik olan dövlət orqanı xarici
hüquqa müraciət etmədən milli hüquqda olan imperativ normalara
birbaşa müraciət edir. Ümumi qayda haqqında
qeyd-şərt
1 JlvHu Jl.A. Mc*ayııapo
4
uoc saciHüc ııpaBo. M., 1970. c, 279
77