Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə32/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   28   29   30   31   32   33   34   35   ...   124

Fəsil 5. Beynəlxalq xüsusi hüquqda fiziki şəxslərin hüquqi vəziyyəti 
İstifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar 
hallar  nəticəsində  əvvəl  adətən  yaşadığı  ölkədən  kənarda  qalan, 
ehtiyat  üzündən  ora  qayıda  bilməyən  və  qayıtmaq  istəməyən  şəxs 
başa  düşülür.  Məcburi  köçkün  isə  Azərbaycan  Respublikası 
ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi 
yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 
Başqa Ölkədəki daİmi yaşayış yerini qaçqın və məcburi köçkün kimi 
tanınmaq üçün nəzərdə tutulan əsaslara görə tərk etməyə məcbur olub 
Azərbaycan  Respublikasına  gəlmiş  Azərbaycan  Respublikasının 
vətəndaşlarına məcburi köçkün statusu verilə bilər. 
Qanunun  2-ci  maddəsinə  görə  aşağıdakı  şəxslərə  qaçqın  statusu 
verilmir: 1) beynəlxalq hüquqla müəyyən edilən sülhə, bəşəriyyətə və 
insanlığa  qarşı,  habelə  hərbi  cinayət  törətmiş  şəxsə;  2)  Azərbaycan 
Respublikasına  gələnə  qədər  onun  hüdudlarından  kənarda  qey- 
ri-siyasi  xarakterli  cinayət  törətmiş  şəxsə;  3)  BMT-nin  məqsəd  və 
prinsiplərinə zidd əməllər törətməkdə müqəssir olan şəxsə. 
Qanunun 
6-cı 
maddəsinə  görə  qaçqınlara  Azərbaycan 
Respublikasının  ərazisində  Konstitusiya  və  digər  qanunvericilik 
aktları ilə başqa hal nəzərdə tutulmayıbsa mİllİ rejim verilir. Qaçqın 
statusu  almış  şəxs  Azərbaycan  Respublikasının  qanunvericiliyində 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  nəzərdə  tutulan 
hüquqlardan istifadə edir və vəzifələr daşıyır. 
Qaçqınların statusu ilə əlaqədar bir sıra məsələlər qaçqının şəxsi 
qanunu  ilə  tənzimlənir.  Azərbaycan  Respublikasının  “Beynəlxalq 
xüsusi  hüquq  haqqında”  Qanununun  9-cu  maddəsinin  üçüncü 
hissəsinə görə qaçqının şəxsi qanunu dedikdə, onun sığınacaq aldığı 
ölkənin hüququ başa düşülməlidir. 
Azərbaycan  Respublikası  qaçqın  problemləri  ilə  əlaqədar  başqa 
dövlətlərlə,  beynəlxalq  təşkilatlarla,  ilk  növbədə  BMT-nin 
Qaçqınların işləri üzrə Ali Komissarlıq İdarəsi ilə əməkdaşlıq edİr. 
100 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda 
hüquqi şəxslər 
§ 1. Hüquqi şəxsin şəxsi statusu və 
dövlət mənsubiyyəti 
Xarici  hüquqi  şəxsin  iştirakı  ilə  mülki  dövriyyədə  baş  verən 
münasibət  beynəlxalq  xüsusi  hüquq  münasibəti  olduğundan,  belə 
münasibətin iştirakçıları, o cümlədən xarici  hüquqi  şəxs beynəlxalq 
xüsusi  hüququn  subyekti  hesab  olunur.  Bu  mənada  hüquqi  şəxsin 
milli və ya xarici olmasını müəyyən etmək mühüm əhəmiyyət kəsb 
edir. 
Əwəla,  "milli"  hüquqi  şəxslər  arasında  mülki  dövriyyədə  baş 
verən münasibətlər beynəlxalq xüsusi hüquq normalan ilə deyil, milli 
hüququn digər müvafiq normalan ilə (mülki, əmək və s.) tənzimlənir. 
Münasibət iştirakçısı olan hüquqi şəxslərdən hər hansı birinin xarici 
olması  avtomatik  olaraq  münasibətin  statusunu  dəyişdirərək  onu 
beynəlxalq xüsusi hüquq nonnalanna tabe etdirir. 
İkincisi,  hüquqi  şəxsin  milli  və  ya  xarici  olmasını 
aydınlaşdırmaqla onun fəaliyyətinə təsir göstərəcək hüquq sistemləri 
məlum  olur.  Bildiyimiz  kimi  xarici  hüquqi  şəxs  ən  azı  iki  hüquq 
sisteminin  təsiri  altında  olur;  xarici  hüquqi  şəxsin  mənsub  olduğu 
dövlətin  hüquq  sistemi  və  ərazisində  fəaliyyət  göstərdiyi  və  ya 
fəaliyyət göstərəcəyi dövlətin hüquq sistemi. 
Üçüncüsü, bu zaman hüquqi şəxsin statusu ilə əlaqədar aşağıdakı 
çox  mühüm  məsələlərə  cavab  tapılır:  1)  qummun,  ümumiyyətlə, 
hüquqi  şəxs  statusuna  malik  olub-olmaması;  2)  hüquqi  şəxsin 
yaranması,  mövcudluğu,  fəaliyyəti,  ləğv  edilməsi,  habelə  onun 
yenidən təşkil olunmasınm üsul və formaları; 3) hüquqi şəxsin daxili 
və  xarici  təsərrüfat  dövriyyəsində  iştirakının  forma  və  qaydalan;  4) 
hüquqi şəxsin hüquq və fəaliyyət qabiliyyəti, onun həcmi; 5) hüquqi 
şəxsin  təşkila-  ti-hüquqi  formaları;  6)  hüquqi  şəxsin  daxili 
münasibətləri və s. 
101 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
Dördüncüsü,  bir  sıra  hallarda  hüquqi  şəxsin  milli  mənsubiyyə- 
linin müəyyən edilməsi beynəlxalq müqavilələrin tələblərindən irəli 
gəlir. Dövlətlərarası hüquqi yardım haqqında müqavilələrdə razılığa 
gələn tərəllər, bir qayda olaraq, öz ərazilərində bİr-birləri- nin hüquqi 
şəxslərinə  milli  rejim  verilməsini  nəzərdə  tuturlar  ki,  bu  da  hüquqi 
şəxsin  müvafiq  dövlətə  mənsubluğunun  müəyyən  edilməsini  zəruri 
edir.  Məsələn,  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası 
arasında  22  dekabr  1992-ci  ildə  bağlanan  hüquqi  yardım  haqqında 
Müqavilənin  birinci  maddəsinə  əsasən  Razılığa  Gələn  Tərəflərin 
birinin qanunvericiliyinə uyğun olaraq  yaradılan hüquqi şəxsi digər 
Razılığa  Gələn  Tərəfin  ərazisində  onun  hüquqi  şəxsləri  ilə  eyni 
şərtlərlə hüquqi müdafiəyə malikdir. Oxşar normaya hüquqi yardım 
haqqında digər müqavilələrdə də rast gəlinir. 
Beşincisi,  hər  bir  dövlət  öz  ərazisindən  kənarda  yaşayan 
vətəndaşlarının  hüquqi  müdafiəsinə  təminat  verdiyi  kimİ,  özünün 
xaricdə fəaliyyət göstərən hüquqi şəxslərinə də hamilik edir. 8 fevral 
1994-cü  il  tarixli  Azərbaycan  Respublikasının  Qanunu  ilə  təsdiq 
edilmiş  Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsinin  1-ci 
maddəsinə  görə  Azərbaycan  Respublikasının  konsulluqları  xarici 
dövlətlərdə  Azərbaycan  Respublikasının,  onun  vətəndaşlarının  və 
hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə edir. 
Ədəbiyyatda bəzən hüquqi şəxslə bağlı işlədilən "şəxsi status" və 
"dövlət  mənsubiyyəti"  kateqoriyalan  bir-birinə  qanşdınlır,  onlan 
bir-birindbn  fərqləndİnnok  üçün  uğursuz  cəhdlər  edilir.  Hüquqi 
şəxsin şəxsi statusu onun şəxsi qanununa deyilir. Hüquqi şəxsin şəxsi 
qanunu ilə onun dövlət mənsubiyyəti müəyyən edilir. 
Hüquqi  şəxsin  şəxsi  qanunu  onun  dövlət  mənsubiyyətini 
aydınlaşdırmaqla  bərabər  bir  sıra  digər  məsələləri:  hüquqi  şəxsin 
hüquq  və  fəaliyyət  qabiliyyətini,  hüquqi  şəxsin  ad  hüququnu,  onun 
müdafiə hüququnu, hüquqi şəxsin yaranma və ləğv olunma əsaslarını 
da müəyyən edir. 
Hüquqi  şəxsin  şəxsi  statusu  (şəxsi  qanunu)  ilə  əlaqədar  milli 
qanunvericiliklərdə nəzərdə tutulan meyarların məzmun müxtəlif 
102 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə