Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər
çıxarır. Qeyd edilən prinsiplərin kolliziyası nəticəsində bir hüquqi
şəxs eyni vaxtda bir- neçə dövlətə mənsub və yaxud "milli mən-
subiyyətsiz" ola bilər. Vəziyyətdən çıxış yolu kimi son dövrlərdə
ayrı-ayrı dövlətlərin qanunvericiliklərində bir deyil, bir neçə prinsipin
nəzərdə tutulması müşahidə olunur. Məsələn, ABŞ qanunvericiliyinə
görə məhkəmə aidiyyətinin müəyyən, edilməsi ilə əlaqədar
inkorporasiya prinsipi, vergi tutmaları ilə bağlı fəaliyyət yeri prinsipi
tətbiq edilir. 1979-cu il Macarıstan beynəlxalq xüsusi hüquq haqqında
qanununun mövqeyi bu baxımdan daha maraqlıdır. Həmin qanunun
18-ci paraqrafına görə hüquqi şəxsin şəxsi qanunu onun qeydə
alındığı yerin qanunu hesab edilir. Əgər hüquqi şəxs bir neçə dövlətin
qanunvericiliyinə uyğun qeydə alınıbsa və yaxud onun
nizamnaməsində göstərilən inzibati mərkəzin yerləşdiyi yerin
qanununa görə qeydə alınma tələb edilmirsə, onda onun şəxsi qanunu
kimi nizamnaməsində göstərilən yerləşdiyi yerin qanunu tətbiq edilir.
Əgər hüquqi şəxsin nizamnaməsinə görə yerləşdiyi yeri yoxdursa və
yaxud bir neçə yerləşdiyi yeri varsa və o, müvafiq dövlətlərin heç
birində qeydə aimmayıbsa, onda onun şəxsi qanunu mərkəzi inzibati
aparatının yerləşdiyi ərazinin mənsub olduğu dövlətin qanunu hesab
olun ur.
§ 2. Azərbaycan Respublikasında xarici hüquqi
şəxslərin hüquqi vəziyyəti
Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərin
hüquqi vəziyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilir. Bu barədə müddəalar Azərbaycan Respublikasının
qanunlarında, qanun qüvvəli aktlarında, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmışdır.
Hüquqi şəxsin şəxsi statutu (şəxsi qanunu), onun dövlət
mənsubiyyətinin
müəyyən
edilməsi
üçün
Azərbaycan
Respublikasının qanunvericiliyində inkorporasiya prinsipindən
istifadə edilmişdir.
106
Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər
Respublikasının ərazisində kütləvi informasiya vasitəsi təsis etməsi
Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə
tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, nizamnamə
kapitalının və ya səlimlərinin 30%-dən çoxunun xarici dövlətlərin
hüquqi şəxslərinə və ya vətəndaşlarına məxsus olan və ya
təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici
dövlətin hüquqi şəxsi və
ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür)". Normanın mətnindən
göründüyü kimi qanunverici hüquqi şəxsin xarici dövlətə mənsub
olma meyarını müəyyən edərkən məhz nəzarət nəzəriyyəsi
mövqeyindən çıxış etmişdir.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası
Qanununun 13-cü maddəsi ilə hüquqi şəxsin hüquq və fəaliyyət
qabiliyyəti onun şəxsi qanunu ilə müəyyən olunur. Bu qayda hüquqi
şəxsin nümayəndəliyinə və filialına da şamil edilir. Eyni zamanda.
hüquqi şəxsin, onun filial və nümayəndəliyinin adı, ondan istifadə,
onun müdafiəsi də hüquqi şəxsin şəxsi qanunu İlə müəyyən olunur.
Azərbaycan Respublikasında xarici hüquqi şəxsin hüquqi
vəziyyətinin əsasında milli rejim prinsipi durur. Xarici hüquqi
şəxslərə milli rejim verilməsinin normativ əsası kimi əvvəlki fəsildə
istinad etdiyimiz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3
maddəsinin 2-ci hissəsi, “Beynəlxalq xüsusi hüquq haqqında”
Qanunun 15-ci maddəsi çıxış edir. Xarici hüquqi şəxs Azərbaycan
Respublikasının hüquq sisteminə bəlli olmayan hüquqlardan
istifadəni tələb edə bitməz. Bununla əlaqədar olaraq “Beynəlxalq
xüsusi hüquq haqqında” Qanunun ! 3-cü maddəsinin 2-ci hissəsində
deyilir; "Xarici hüquqi şəxs onun orqanının (fılialımn) və ya
nümayəndəsinin əqd bağladığı ölkənin hüququna uyğun olaraq
qadağan edilən həmin əqdi bağlaya bilmədiyinə görə səlahiyyətinin
məhdudlaşdın 1- masına etiraz edə bilməz".
Qeyd edilən sənədlər əsasında xarici hüquqi şəxslərə mülki
dövriyyədə milli rejim verilməsi qanunvericİni
konkret istiqamət
108