§ 2. Azərbaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti
üzro qəbul edilən hər bir qanunda həmin müddəanın təkrar edilməsi
zərurətindən azad edir. Lakin milli rejimlə əlaqədar hər hansı bir
istisna halı isə mütləq qanunla müəyyən edilməlidir.
Xarici hüquqi şəxslərin Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərməsi üçün onlar burada dövlət qeydiyyatından
keçməlidirlər. 12 dekabr 2003-cü il tarixli “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununda (Bu Qanun 6 fevral 1996-cı il tarixli “Hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununu
əvəz etmişdir) xarici investİsiyalı hüquqi şəxslərin, xarici hüquqi
şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatının
xüsusiyyətləri göstərilmişdir. Qanunun 4-cü maddəsinə görə
"Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq
istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı
dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir.
Kommersiya
təşkilatlan,
habelə
xarici
hüquqi
şəxslərin
nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan
sonra fəaliyyət göstərə bilərlər... Azərbaycan Respublikasında dövlət
qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filiallan və
digər qurumları dövlət reyestrinə daxil edilməlidir. Hüquqi şəxs
statusu almaq istəyən qurumların, xarici hüquqi şəxslərin
nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi
şəxslərinin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur".
Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına
alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi
olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada
vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında
təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir: 1) təsisçi
109
Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər
(təsisçilər) fiziki şəxs olduqda - onun (onlann) adı, soyadı, atasının
adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə
tarixi; 2) təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı,
olduğu yer və qeydiyyat nömrəsi; 3) ərizə səlahiyyətli şəxs tərəfindən
imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer,
şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və
vəkalətnamə haqqında məlumatlar. Ərizəyə aşağıdakı sənədlər əlavə
edilir; 1) təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun
təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi
tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması
və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi
şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis
edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi
şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq
edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri,
habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər
göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır); 2)
dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 3) təsisçi hüquqi şəxs
olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət
reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq
olunmuş surəti; 4) hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi
ünvanını təsdiq edən sənəd. Əgər dövlət qeydiyyatı üçün verilən ərizə
xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə
bağlıdırsa, onda əlavə aşağıdakılar təqdim olunmalıdır; 1)
nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun
səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə
(nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici
hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi,
nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və
ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər
məsələlər göstərilməlidir); 2) nümayəndəliyin və ya filialın
yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı; 3)
nümayəndəliyin
110
§ 2. Azərijaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti
və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən
sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.)-
Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan
Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə
Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin
diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna
hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən)
qanunvericiliklə
nəzərdə
tutulmuş
qaydada
leqallaşdırılmalıdır; 4) nümayəndəliyi və ya filialı yaradan xarici
hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsl İ və ya notariat
qaydasında təsdiq edilmiş surəti; 5) nümayəndəliyin və ya filialın
rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı
yaradan xarici hüquqi şəxsin qərannın əsli və ya notariat qaydasında
təsdiq edilmiş surəti.
Bundan əlavə qeyd edilən qanunla Azərbaycan Respublikasında
xaricilər (xarici hüquqi və fiziki şəxslər) tərəfindən hüquqi şəxsin təsis
edilməsi məsələsi də tənzimlənir. Xarici investisiyalı hüquqi şəxs
adlandırılan belə hüquqi şəxslərin təsis edilməsi zamanı yerli hüquqi
şəxslər təsİs edilərkən nəzərdə tutulan sənədlərdən əlavə aşağıdakı
sənədlər də təqdim olunmalıdır: I) təsisçi xarici hüquqi şəxsdirsə,
onun qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxanş,
qeydiyyat şəhadətnaməsini və s. (bu halda həmin sənəd hüquqi şəxsin
yerləşdiyi
ölkədə
Azərbaycan
Respublikasının
diplomatik
nümayəndəliyi, və ya bu ölkədə Azərbaycan Respublikasının
mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi
tərəfindən (belələri olmadıqda Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə müəyyən edilmiş
qaydada leqallaşdırılmalıdır); 2) təsisçi əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs olduqda onun şəxsiyyətini təsdiq edən sənədin surəti,
habelə bu qeyd edilən qaydada leqallaşdırılmış, vətəndaşı olduğu və
daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə
məşğul olmasını təsdiq edən sənəd.
111
Dostları ilə paylaş: |