Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Azərbaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə35/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   31   32   33   34   35   36   37   38   ...   124

§ 2. Azərbaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti 
üzro qəbul edilən hər bir qanunda həmin müddəanın təkrar edilməsi 
zərurətindən  azad  edir.  Lakin  milli  rejimlə  əlaqədar  hər  hansı  bir 
istisna halı isə mütləq qanunla müəyyən edilməlidir. 
Xarici  hüquqi  şəxslərin  Azərbaycan  Respublikası  ərazisində 
fəaliyyət  göstərməsi  üçün  onlar  burada  dövlət  qeydiyyatından 
keçməlidirlər.  12  dekabr  2003-cü  il  tarixli  “Hüquqi  şəxslərin  dövlət 
qeydiyyatı  və  dövlət  reyestri  haqqında”  Azərbaycan  Respublikası 
Qanununda  (Bu  Qanun  6  fevral  1996-cı  il  tarixli  “Hüquqi  şəxslərin 
dövlət  qeydiyyatı  haqqında”  Azərbaycan  Respublikası  Qanununu 
əvəz  etmişdir)  xarici  investİsiyalı  hüquqi  şəxslərin,  xarici  hüquqi 
şəxslərin  filiallarının  və  nümayəndəliklərinin  dövlət  qeydiyyatının 
xüsusiyyətləri  göstərilmişdir.  Qanunun  4-cü  maddəsinə  görə 
"Azərbaycan  Respublikasının  ərazisində  hüquqi  şəxs  statusu  almaq 
istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı 
dövlət  qeydiyyatına  alınmalı  və  dövlət  reyestrinə  daxil  edilməlidir. 
Kommersiya 
təşkilatlan, 
habelə 
xarici 
hüquqi 
şəxslərin 
nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan 
sonra fəaliyyət göstərə bilərlər... Azərbaycan Respublikasında dövlət 
qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filiallan və 
digər  qurumları  dövlət  reyestrinə  daxil  edilməlidir.  Hüquqi  şəxs 
statusu  almaq  istəyən  qurumların,  xarici  hüquqi  şəxslərin 
nümayəndəlik  və  ya  filiallarının  dövlət  qeydiyyatına  alınması  üçün 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
məbləğdə  və  qaydada,  kommersiya  və  qeyri-kommersiya  hüquqi 
şəxslərinin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur". 
Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına 
alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi 
olduqda  isə,  bütün  təsisçilər)  və  ya  onun  (onların)  müvafiq  qaydada 
vəkil  etdiyi  şəxs  tərəfindən  imzalanır  və  notariat  qaydasında 
təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir: 1) təsisçi 
109 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
(təsisçilər)  fiziki  şəxs  olduqda  -  onun  (onlann)  adı,  soyadı,  atasının 
adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə 
tarixi; 2) təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, 
olduğu yer və qeydiyyat nömrəsi; 3) ərizə səlahiyyətli şəxs tərəfindən 
imzalandıqda  habelə  onun  adı,  soyadı,  atasının  adı,  yaşadığı  yer, 
şəxsiyyətini  təsdiq  edən  sənədin  nömrəsi  və  verilmə  tarixi  və 
vəkalətnamə haqqında məlumatlar. Ərizəyə aşağıdakı sənədlər əlavə 
edilir; 1) təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun 
təsisçisi  (təsisçiləri)  və  ya  onun  (onların)  səlahiyyətli  nümayəndəsi 
tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması 
və  nizamnaməsinin  təsdiq  edilməsi  haqqında  qərar  (qərarda  hüquqi 
şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis 
edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi 
şəxs  yaradılarkən  yenidən  təşkilin  şərtləri,  nizamnamənin  təsdiq 
edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, 
habelə  təsisçilər  tərəfindən  zəruri  hesab  edilən  digər  məsələlər 
göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır); 2) 
dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 3) təsisçi hüquqi şəxs 
olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət 
reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq 
olunmuş surəti; 4) hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi 
ünvanını təsdiq edən sənəd. Əgər dövlət qeydiyyatı üçün verilən ərizə 
xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə 
bağlıdırsa,  onda  əlavə  aşağıdakılar  təqdim  olunmalıdır;  1) 
nümayəndəliyi  və  ya  filialı  yaradan  xarici  hüquqi  şəxs  və  ya  onun 
səlahiyyətli  nümayəndəsi  tərəfindən  təsdiq  edilmiş  əsasnamə 
(nümayəndəliyin  və  ya  filialın  əsasnaməsində  onu  yaradan  xarici 
hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, 
nümayəndəliyin  və  ya  filialın  hüquq  və  vəzifələri,  idarə  olunma  və 
ləğv  olunma  qaydası  və  təsisçi  tərəfindən  zəruri  hesab  edilən  digər 
məsələlər  göstərilməlidir);  2)  nümayəndəliyin  və  ya  filialın 
yaradılması  haqqında  onu  yaradan  xarici  hüquqi  şəxsin  qərarı;  3) 
nümayəndəliyin 
110 


§ 2. Azərijaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti 
və  ya  filialın  təsisçisi  olan  hüquqi  şəxsin  qeydiyyatını  təsdiq  edən 
sənəd  - ticarət  reyestrindən çıxarış (qeydiyyat  şəhadətnaməsi  və s.)- 
Bu  halda  həmin  sənəd  hüquqi  şəxsin  yerləşdiyi  ölkədə  Azərbaycan 
Respublikasının  diplomatik  nümayəndəliyi  və  ya  bu  ölkədə 
Azərbaycan  Respublikasının  mənafeyini  təmsil  edən  digər  ölkənin 
diplomatik  nümayəndəliyi  tərəfindən  (belələri  olmadıqda,  müstəsna 
hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən) 
qanunvericiliklə 
nəzərdə 
tutulmuş 
qaydada 
leqallaşdırılmalıdır;  4)  nümayəndəliyi  və  ya  filialı  yaradan  xarici 
hüquqi  şəxs  tərəfindən  verilmiş  etibarnamənin  əsl  İ  və  ya  notariat 
qaydasında  təsdiq  edilmiş  surəti;  5)  nümayəndəliyin  və  ya  filialın 
rəhbərinin  təyin  edilməsi  barədə  həmin  nümayəndəliyi  və  ya  filialı 
yaradan xarici hüquqi şəxsin qərannın əsli və ya notariat qaydasında 
təsdiq edilmiş surəti. 
Bundan əlavə qeyd  edilən qanunla Azərbaycan Respublikasında 
xaricilər (xarici hüquqi və fiziki şəxslər) tərəfindən hüquqi şəxsin təsis 
edilməsi  məsələsi  də  tənzimlənir.  Xarici  investisiyalı  hüquqi  şəxs 
adlandırılan belə hüquqi şəxslərin təsis edilməsi zamanı yerli hüquqi 
şəxslər  təsİs  edilərkən  nəzərdə  tutulan  sənədlərdən  əlavə  aşağıdakı 
sənədlər  də  təqdim  olunmalıdır:  I)  təsisçi  xarici  hüquqi  şəxsdirsə, 
onun  qeydiyyatını  təsdiq  edən  sənəd  -  ticarət  reyestrindən  çıxanş, 
qeydiyyat şəhadətnaməsini və s. (bu halda həmin sənəd hüquqi şəxsin 
yerləşdiyi 
ölkədə 
Azərbaycan 
Respublikasının 
diplomatik 
nümayəndəliyi,  və  ya  bu  ölkədə  Azərbaycan  Respublikasının 
mənafeyini  təmsil  edən  digər  ölkənin  diplomatik  nümayəndəliyi 
tərəfindən (belələri olmadıqda Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə müəyyən edilmiş 
qaydada  leqallaşdırılmalıdır);  2)  təsisçi  əcnəbi  və  ya  vətəndaşlığı 
olmayan  şəxs  olduqda  onun  şəxsiyyətini  təsdiq  edən  sənədin  surəti, 
habelə bu qeyd edilən qaydada leqallaşdırılmış, vətəndaşı olduğu və 
daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə 
məşğul olmasını təsdiq edən sənəd. 
111 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə