Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə36/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   32   33   34   35   36   37   38   39   ...   124

Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
Xarici  hüquqi  şəxslər  Azərbaycan  Respublikasının  ərzızisində 
investisiya  fəaliyyəti  ilə  məşğul  ola  bilərlər.  13  yanvar  1995-ci  il 
“İnvestisiya  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun  2-ci  maddəsində  investisiya  fəaliyyətinin  bir  növü  kimİ 
də  vətəndaşların,  hüquqi  şəxslərin,  dövlətlərin,  beynəlxalq  maliyyə 
təşkilatlarının, habelə vətəndaşlığı olmayan şəxslərin həyata keçirdiyi 
xarici investisiya fəaliyyəti göstərilir. Eyni zamanda həmin maddədə 
Azərbaycan  Respublikasının  və  xarici  dövlətlərin  vətəndaşları, 
hüquqi  şəxsləri  və  dövlətlər  tərəfindən  həyata  keçirilən  birgə 
investisiya  fəaliyyəti  də  nəzərdə  tutulmuşdur.  Bundan  irəli  gələrək 
xarici  hüquqi  şəxslər,  xarici  ölkələrin  vətəndaşlan,  vətəndaşlığı 
olmayan şəxslər, xarici dövlətlər investisiya fəaliyyətinin subyektləri 
ola  bilərlər.  Qanunun  18-ci  maddəsinə  görə  dövlət  xarici 
investisiyanın  qorunmasına  təminat  verir.  İnvestorlar,  o  cümlədən 
xarici  investorlar investisiyanı  idarə, istifadə və  ona xitam verməyə 
maneçilik törədə bilən bütün ayrı-seçkilik xarakterli tədbirləri istisna 
edən,  habelə  qoyulmuş  sərvətlərin  və  investisiyanın  nəticələrinin 
Respublikadan  aparılması  şərtləri  və  qaydasını  müəyyənləşdirən 
bərabər hüquqi rejimlə təmin olunurlar. 
15  yanvar  1992-ci  il  tarixli  “Xarici  İnvestisiyaların  qorunması 
haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  görə  xarici 
investorlar  Azərbaycan  Respublikasının  ərazisində  aşağıdakı  yolla 
investisiya  qoya  bilərlər;  a)  Azərbaycan  Respublikasının  hüquqi 
şəxsləri  və  vətəndaşları  ilə  birlikdə  yaradılan  müəssisələrdə, 
təşkilatlarda payçılıq iştirakı; b) tamamilə xarici investorlara məxsus 
olan 
müəssisələr 
yaradılması; 
c) 
müəssisələrin, 
əmlak 
komplekslərinin. binaların, qurğuların, müəssisələrdə iştirak payının, 
səhmlərin,  istiqrazların  və  digər  qiymətli  kağızların,  habelə 
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici 
investorlara  məxsus  ola  bilən  başqa  əmlakın  əldə  edilməsi;  ç) 
torpaqdan  və  başqa  təbii  ehtiyatlardan  istifadə  hüquqlarının,  habelə 
digər  əmlak  hüquqlarının  əldə  edilməsi;  d)  Azərbaycan 
Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya 
qoyuluşunun  başqa  formalarını  nəzərdə  tutan  müqavilələr 
bağlanması. 
112 


§ 2. Azərbaycan Respublikasında xarici hüquqi şəxslərin hüquqi vəziyyəti 
Dövlət  və  bələdiyyə  müəssisələrinin,  habelə  başa  çatdırılmamış 
tikinti 
obyektlərinin 
özəlləşdirilməsində 
xarici 
investorlar 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilən 
şərtlərlə və qaydada iştirak edə bilərlər. 
Xarici  investisiyalı  müəssisələr  səhmdar  cəmiyyətləri,  məhdud 
məsuliyyətli  cəmiyyətlər,  digər  təsərrüfat  cəmiyyətləri  və  ortaq- 
lıqları 
şəklində, 
habelə 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə zidd olmayan hər hansı başqa formalarda yaradılır. 
Azərbaycan  Respublikasının  ərazisində  xarici  investorlann  pay 
iştirakı  ilə  müəssisələr  (bİrgə  müəssisələr),  tamamilə  xarici 
investorlara  məxsus  olan  müəssisələr  (xarici  müəssisələr);  xarici 
hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları, agentlikləri) 
yaradıla  və  fəaliyyət  göstərə  bilər.  Qanunun  16-cı  maddəsinə  görə 
birgə  və  xarici  müəssisələr  Azərbaycan  Respublikasının  hüquqi 
şəxsləridir. 
Xarici  investisiyalı  müəssisələr  Azərbaycan  Respublikasının 
qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  şərtlərlə  və  qaydada 
birləşib  assosiasiyalar,  konsernlər,  konsorsiumlar  və  başqa  birliklər 
yarada bilər. 
Xarici  investisiyalı  müəssisə  götürdüyü  öhdəliklərin  bütün 
növlərini təmin etmək, o cümlədən borc vəsaiti cəlb etmək üçün öz 
əmlakından  istifadə  edə  bilər.  Öhdəlikləri  təmin  etmək  üçün  o, 
binalar, qurğular, avadanlıqlar üzərində əmlak hüquqlarından və digər 
əmlak  hüquqlarından,  o  cümlədən  torpaqdan  istifadə  hüququndan 
istifadə edə bilər. 
Xarici investorlara faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı 
və  işlənməsi,  digər  təbii  ehtiyatların  istifadəyə  verilməsi  hüquqları 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  onlarla  bağladığı  və 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  təsdiq  etdiyi  konsessiya 
müqavilələri əsasında verilir, 
Azərbaycan Respublikasında xarici investorlar və xarici investi- 
siyalı  müəssisələr  ilə  Azərbaycan  Respublikasının  dövlət  orqanları, 
müəssisələri, ictimai təşkilatları və başqa hüquqi şəxsləri arasın 
113 


Fəsil 6. Beynəlxalq xüsusi hüquqda hüquqi şəxslər 
da  mübahi  sə  i  ərə,  xarici  investisiyalı  müəssisənin  iştirakçılan 
arasında  mübahisələrə,  habelə  xarici  İnvestisiyalı  müəssisənin 
iştirakçıları 
ilə 
həmin 
müəssisə 
arasında 
mübahisələrə 
məhkəmələrdə,  yaxud  tərəflərin  razılığına  əsasən  münsiflər 
məhkəməsində,  o  cümlədən  xaricdəki  münsiflər  məhkəməsində 
baxılır. 
Qeyd edilən qanunlarda xarici hüquqi şəxslərlə əlaqədar nəzərdə 
tutulan  müddəalar  aşağıdakı  aktlarda  da  özünün  normativ  təsbitini 
tapmışdır. 
15  dekabr  1992-ci  il  tarixli  “Sahibkarlıq  fəaliyyəti  haqqında" 
Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq  xarici  hüquqi 
şəxslər' Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti 
ilə  məşğul  ola  bilərlər.  13  fevral  1998-ci  İl  “Yerin  təkİ  haqqında" 
Azərbaycan  Respublikası  Qanununun  8-cİ  maddəsinə  görə  xarici 
ölkələrin  hüquqi  və  flziki  şəxsləri  qanunvericilikdə  müəyyən 
olunmuş  qaydada  Azərbaycan  Respublikasında  yerin  təkinin 
istifadəçiləri  ola  bilərlər.  1  iyul  1994-cü  il  “Müəssisələr  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununun  l4-cü  maddəsinə  əsasən 
xarici  hüquqi  şəxslər,  beynəlxalq  təşkilatlar,  xarici  dövlətlər, 
əcnəbilər 
və 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hallarda  və 
qaydada müəssisənin təsisçisi ola bilərlər. 
Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  bağladığı  hüquqi 
yardım  haqqında  müqavilələrdə  də  razılığa  gələn  tərəflərin 
qanunvericiliyinə  uyğun  olaraq  təsis  edilən  hüquqi  şəxslərə  hüquqi 
müdafiə  zamanı  milli  rejimin  nəzərdə  tutulması  ənənəvi  xarakter 
daşıyır.  Həmin  müqavilələrdə  hüquqi  şəxsin  dövlət  mənsubiyyəti 
onun təsis edildiyi yerə görə müəyyən edilir. 
§ 3. Beynəlxalq xüsusi hüquqda beynəlxalq təşkilatlar 
Beynəlxalq  {hökumətiərarası)  təşkilatın  meydana  gəlməsinin 
əsasında  onun  üzvü  olan  dövlətlərin  öz  aralarında  bağladıqlan 
beynəlxalq müqavilə durur. Beynəlxalq təşkilatın təsis müqaviləsində 
114 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə